BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (ing. Framework Convention on Climate Change, UN FCCC) — Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) atmosferdə istixana qazlarının konsentrasiyalarını sabitləşdirməklə "insanların iqlim sisteminə təhlükəli müdaxiləsi" ilə mübarizə aparmaq üçün ölkələr arasında beynəlxalq müqavilədir.[1] 1992-ci ildə Rio-de-Janeyroda keçirilən BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransında (UNCED) 154 dövlət tərəfindən imzalanıb. Katibliyi öncə Cenevrədə olsa da, 1996-cı ildə Bonna köçüb.[2] Müqavilə 21 mart 1994-cü ildə qüvvəyə minmişdir.[3] "UN FCCC" həm də Almaniyanın Bonn şəhərindəki BMT Kampusunda ofisləri olan, konvensiyanın fəaliyyətinə dəstək verməklə məsul Katibliyin adıdır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası | |
---|---|
ing. UNFCCC | |
Müqavilənin tipi | Beynəlxalq ekoloji saziş |
Hazırlanma tarixi | 9 may 1992 |
İmzalanma tarixi |
4–14 iyun 1992 20 iyun 1992 – 19 iyun 1993 |
İmzalanma yeri |
Rio-de-Janeyro, Braziliya Nyu-York, ABŞ |
Qüvvəyə minməsi | 21 mart 1994 |
İmzalayanlar | 165 |
Tərəflər | 198 |
Veb-saytı | unfccc.int |
Vikianbarda əlaqəli mediafayllar |
Çərçivə Konvensiyasının son məqsədi onun 2-ci maddəsində:"atmosferdə istixana qazlarının konsentrasiyalarının iqlim sisteminə təhlükəli antropogen [yəni insan səbəbli] müdaxiləsinin qarşısını alacaq səviyyədə sabitləşdirilməlidir" şəklində göstərilib.[1] Müqavilə, ekosistemlərin iqlim dəyişmələrinə təbii şəkildə uyğunlaşmasına, qida istehsalının gücləndirilməsini təmin etməyə, iqtisadi inkişafın davamlı şəkildə davam etməsinə imkan verən davamlı elmi araşdırmalara və müntəzəm görüşlərə, danışıqlara və gələcək siyasət sazişlərinə çağırırdı.[3][4]
1997-ci ildə imzalanmış və 2005–2020-ci illəri əhatə edən Kioto protokolu UNFCCC çərçivəsində tədbirlərin ilk icrası olmuşdur.[5][6] Kioto protokolu 2016-cı ildə qüvvəyə minən Paris sazişi ilə əvəz olundu. 2022-ci ilə qədər UN FCCC-də 198 tərəfdar var idi. Onun ali qərar qəbuledici orqanı olan Tərəflər Konfransı (COP), iqlim dəyişmələri ilə mübarizədə irəliləyişi qiymətləndirmək üçün hər il toplanır.[7][8] Əsas imzalayan dövlətlər öz fərdi öhdəliklərinə əməl etmədiklərinə görə, UNFCCC qəbul edildiyi gündən karbon qazı emissiyasını azaltmaqdakı yönündəki fəaliyyətindəki uğursuzluğu tənqid olunur..[9]
Müqavilə imzalayan dövlətlərin üç kateqoriyası üçün müxtəlif məsuliyyətlər müəyyən edilib.[4] Bu kateqoriyalar inkişaf etmiş ölkələr, xüsusi maliyyə öhdəlikləri olan inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələrdir. Əlavə 1 ölkələri də adlandırılan inkişaf etmiş ölkələr əvvəlcə 38 dövlətdən, 13-ü demokratiyaya və bazar iqtisadiyyatına keçiddə olan Şərqi Avropa dövlətləri və Avropa İttifaqından ibarət idi. Hamısı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) aiddirlər.
Əlavə I ölkələri istixana qazlarının antropogen emissiyalarını məhdudlaşdırmaqla iqlim dəyişmələrinin yumşaldılmasına dair milli siyasətlər qəbul etməyə və müvafiq tədbirlər görməyə, habelə ayrı-ayrılıqda və ya birlikdə 1990-cı il emissiya səviyyələrinə görə atılan addımlar haqqında hesabat verməyə çağırılır. Xüsusi maliyyə öhdəlikləri olan inkişaf etmiş ölkələr Əlavə II ölkələri adlanır. Demokratiyaya və bazar iqtisadiyyatına keçiddə olan ölkələr istisna olmaqla, bunlara Əlavə I-in bütün ölkələri daxildir. Əlavə II ölkələri Monreal protokolu ilə nəzarət olunmayan bütün istixana qazları üçün mənbələr üzrə emissiyalarının milli inventarlarını hazırlamaq və onların udma qurğuları vasitəsilə atılması öhdəliyinə əməl etmək istiqamətində inkişaf etməkdə olan ölkələrin çəkdiyi xərcləri ödəmək üçün yeni və əlavə maliyyə resursları təqdim etməyə çağırılır.[4] Bundan sonra inkişaf etməkdə olan ölkələrdən öz inventarlarını UNFCCC katibliyinə təqdim etmələri tələb olunur.[4]
UNFCCC, xüsusilə əsas beynəlxalq müqavilələrdəki (Kioto protokolu və Paris sazişi) çatışmazlıqlara görə tənqidlərlə üzləşib. Məsələn, Paris sazişinin iqlimlə bağlı məqsədlərinə çatmaq üçün effektivliyi müzakirə olunmasına baxmayaraq, əksər ekspertlər bunun qlobal temperatur artımını 1,5 °C-dən aşağı saxlamaq kimi daha iddialı məqsəd üçün yetərli olmadığını bildirirlər.[10][11] Mümkün icra mexanizmləri, istixana qazları emissiyaları üçün tarixi məsuliyyət (iqlim ədaləti) və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi (məsələn, Yaşıl İqlim Fondu vasitəsilə) ətrafında müzakirələr aparılır.[mənbə göstərin]
İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPCC) ilk qiymətləndirmə hesabatı 1990-cı ildə yaradıldı. Hesabatda bu günə qədər olan elmi konsensusun geniş icmalı verilmişdir. Hesabatda istiləşmənin sübutuna dair məsələlərin müzakirəsinə geniş yer verilmişdi. Müəlliflər insanların fəaliyyəti nəticəsində atmosferdə istixana qazlarının artdığına əmin olduqlarını bildiriblər. Bu da, Yer səthinin daha çox istiləşməsi ilə nəticələnir.[12][13] Hesabat, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UN FCCC) yaradılmasına rəvac verib.[14]
Konvensiyanın mətni 1992-ci il aprelin 30-dan mayın 9-dək Nyu-Yorkda Hökumətlərarası Danışıqlar Komitəsinin iclası zamanı hazırlanmışdır. Konvensiya 9 may 1992-ci ildə qəbul edilmiş və 4 iyun 1992-ci ildə Rio-de-Janeyroda Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və İnkişaf üzrə Konfransında (UNCED) imzalanmaq üçün açılmışdır (Yer Sammiti adı ilə məşhurdur).[15] 12 iyun 1992-ci ildə 154 ölkə UN FCCC imzalandı, bu sənəd ratifikasiya edildikdən sonra imzalayanların hökumətləri "Yerin iqlim sisteminə təhlükəli antropogen müdaxilənin qarşısının alınması" məqsədilə istixana qazlarının atmosferdəki konsentrasiyalarını azaltmağı öhdəsinə götürdü. Bu öhdəlik istixana qazları emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasını tələb edir.[1][7] Konvensiyanın tərəfdarları iqlim dəyişmələri ilə mübarizədə irəliləyişi qiymətləndirmək üçün 1995-ci ildən etibarən hər il keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri Konfranslarında (COP) görüşürlər.[8]
Konvensiyanın 3(1)-cü maddəsində deyilir ki,[16] Tərəflər "ümumi, lakin fərqləndirilmiş məsuliyyətlər və müvafiq imkanlar" əsasında iqlim sistemini qorumaq üçün hərəkət etməlidirlər və inkişaf etmiş ölkələr iqlim dəyişmələrinin həllinə "rəhbərlik etməlidirlər". 4-cü maddəyə əsasən, bütün tərəflər, məsələn, iqlim dəyişmələrinin yumşaldılması ilə bağlı ümumi öhdəlikləri öz üzərlərinə götürürlər.[17] 4-cü maddənin 7-ci bəndində deyilir:[18]
İnkişaf etməkdə olan ölkələrin Konvensiya üzrə öhdəliklərini nə dərəcədə səmərəli şəkildə yerinə yetirmələri inkişaf etmiş ölkələr tərəfindən maliyyə resursları ilə bağlı Konvensiya üzrə öhdəliklərinin effektiv şəkildə həyata keçirilməsindən asılı olacaqdır və texnologiyanın transferi, iqtisadi və sosial inkişafın və yoxsulluğun aradan qaldırılmasının inkişaf etməkdə olan tərəflərin birinci və əsas prioritetləri olduğunu tam nəzərə alacaqdır.
Çərçivə Konvensiyasının son məqsədi 2-ci maddədə: "atmosferdə istixana qazlarının konsentrasiyalarının iqlim sisteminə təhlükəli antropogen müdaxilənin qarşısını alacaq səviyyədə sabitləşdirilməsi" verilmişdir.[1] Konvensiyanın 2-ci maddəsində, buna "ekosistemlərin iqlim dəyişmələrinə təbii uyğunlaşmasına, ərzaq istehsalının təhlükə altına düşməməsinə və iqtisadi inkişafın davamlı şəkildə davam etməsinə imkan vermək üçün kifayət qədər vaxt çərçivəsində nail olmaq lazım olduğu" verilmişdir.[1]
İqlimin Yaxşılaşdırılması üzrə Fəaliyyət (ACE) 2015-ci ildə UNFCCC tərəfindən bu mövzuda "6 Maddə" başlığı ilə qəbul edilmiş bir termindir. Bu, konvensiyanın ilkin mətninin (1992) 6-cı maddəsinə istinad edir və altı prioritet sahəyə: təhsil, təlim, ictimai məlumatlandırma, ictimai iştirakçılıq, ictimaiyyətin məlumat əldə etməsi və bu məsələlər üzrə beynəlxalq əməkdaşlığa diqqət yetirilir. Vurğulanan bütün altı sahənin həyata keçirilməsi hər kəsin iqlim dəyişmələrinin yaratdığı problemləri dərk etməsi və həllində iştirak etməsi üçün əsas amil kimi müəyyən edilmişdir. ACE, hökumətləri təhsil və ictimai maarifləndirmə proqramları hazırlamağa və həyata keçirməyə, elmi, texniki və idarəedici kadrları hazırlamağa, informasiyaya çıxışı gücləndirməyə, iqlim dəyişmələri və onun təsirlərinin həllində ictimaiyyətin iştirakını təşviq etməyə çağırır. O, həmçinin ölkələri yaxşı təcrübə və öyrənilmiş sahələrin mübadilə yolu ilə və milli institutları gücləndirməklə bu prosesdə əməkdaşlığa daçağırır. Bu geniş fəaliyyət dairəsi xüsusi məqsədlərlə idarə olunur ki, bu da iqlimə uyğunlaşma və təsirlərinin yumşaldılması tədbirlərinin effektiv şəkildə həyata keçirilməsi və UN FCCC-nin son məqsədinə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir.[19]
Kioto protokolu (yaponca: 京都議定書, Hepbörn: Kyōto Giteisho?) 1992-ci il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UN FCCC) genişləndirən beynəlxalq müqavilədir və iştirakçı dövlətləri ilə istixana qazları emissiyalarını azaltmağı öhdəsinə götürür. Kioto protokolu 11 dekabr 1997-ci ildə Yaponiyanın Kioto şəhərində qəbul edilmiş və 16 fevral 2005-ci ildə qüvvəyə minmişdir. 2020-ci ildə Protokola 192 tərəfdar dövlət[20] (Kanada 2012-ci ilin dekabrından qüvvəyə minmiş protokoldan çıxdı) qoşulub.
Kioto protokolu UN FCCC-nin atmosferdə istixana qazlarının konsentrasiyalarını "iqlim sisteminə təhlükəli antropogen müdaxilənin qarşısını alacaq səviyyəyə" endirməklə qlobal istiləşmənin başlanğıcını azaltmaq məqsədini həyata keçirib (maddə 2). Kioto protokolu Əlavə A-da sadalanan yeddi istixana qazına: karbon qazı (CO2), metan (CH4), azot oksidi (N2O), hidroftorkarbonlar (HFCs), perfluorokarbonlar (PFC), kükürd heksaflorid (SF6), azot trifluorid (NF3) tətbiq edilir. Doha raundunda ikinci uyğunluq dövrü üçün azot trifluorid də əlavə edildi.
Protokol ümumi, lakin fərqləndirilmiş öhdəliklər prinsipinə əsaslanırdı: o, ayrı-ayrı ölkələrin iqtisadi inkişaf sayəsində iqlim dəyişmələri ilə mübarizədə müxtəlif imkanlara malik olduğunu qəbul edir və buna görə də atmosferdəki istixana qazlarının hazırkı səviyyələrinə tarixən cavabdeh olduqlarını əsas götürərək, cari emissiyaları azaltmaq öhdəliyini inkişaf etmiş ölkələrin üzərinə qoyurdu.
Protokolun ilk öhdəlik dövrü 2008-ci ildə başlayıb və 2012-ci ildə başa çatıb. Birinci öhdəlik müddətində tam şəkildə iştirak edən 36 ölkənin hamısı Protokola əməl etmişdir. Bununla belə, doqquz ölkə digər ölkələrdə emissiyaların azaldılmasını maliyyələşdirməklə çeviklik mexanizmlərinə müraciət etməli oldu, çünki onların milli emissiyaları hədəflərindən bir qədər çox idi. 2007–2008-ci illərin maliyyə böhranı emissiyaları azaltdı. Ən böyük emissiya azalmaları keçmiş Şərq bloku ölkələrində müşahidə edildi, çünki Sovet İttifaqının dağılması 1990-cı illərin əvvəllərində onların emissiyalarını azaltdı. 36 inkişaf etmiş ölkə emissiyalarını azaltsa da, 1990-cı ildən 2010-cu ilə qədər qlobal emissiyalar 32% artıb.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədi 13 (SDG 13) UN FCCC ilə bağlı hədəfi ehtiva edərək, Yaşıl İqlim Fondunun necə istifadə olunacağını izah edir. 2030-cu ilə qədər əldə edilməsi nəzərdə tutulan SDG 13 çərçivəsində beş hədəfdən birində: "İqlim Dəyişmələri üzrə Birləşmiş Millətlər Təşkilatının Çərçivə Konvensiyasının inkişaf etmiş ölkələr tərəfindən 2020-ci ilə qədər hər il 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədilə öhdəliyin həyata keçirilməsi, mənalı yumşaldıcı tədbirlər və icrada şəffaflıq kontekstində inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını qarşılaması haqqında müddəalara yer verilib.[21]
Paris sazişi (fr. Accord de Paris), tez-tez Paris sazişləri və ya Paris İqlim sazişləri olaraq adlandırılır. Bu iqlim dəyişmələri ilə bağlı beynəlxalq müqavilədir. 2015-ci ildə qəbul edilmiş saziş iqlim dəyişmələrinin azaldılması, uyğunlaşma və maliyyə məsələlərini əhatə edir. Paris sazişi 2015-ci ildə Fransanın paytaxtı Paris yaxınlığında BMT-nin İqlim Dəyişmələri Konfransında 196 tərəf tərəfindən müzakirə edilib. 2023-cü ilin fevralına olan məlumata görə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UN FCCC) 195 üzvü sazişin tərəfdarıdır. Müqaviləni ratifikasiya etməyən UN FCCC-nin üç üzv dövlətindən yeganə əsas emissiya edən İrandır. ABŞ 2020-ci ildə sazişdən çıxsa da,2021-ci ildə yenidən sazişə qoşuldu.
Paris sazişinin uzunmüddətli temperatur hədəfi orta qlobal temperatur artımını sənayedən əvvəlki səviyyədən 2 °C (3.6 °F) çox aşağı saxlamaq və üstünlük verilən artımı 1,5 °C-ə qədər (2.7 °F) məhdudlaşdırmaqdır. Emissiyalar mümkün qədər tez azaldılmalı və XXI əsrin ortalarında xalis sıfıra çatmalıdır.[22] Qlobal istiləşmənin 1,5 °C-nin altında qalması üçün, 2030-cu ilə qədər emissiyaların təxminən 50% azaldılması lazımdır. Bu, hər bir ölkənin milli olaraq müəyyən edilmiş töhfələrinin məcmusudur.[23]
Onun məqsədi ölkələrə iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşmaqda kömək etmək və kifayət qədər maliyyə dəstəyi verməkdir. Müqaviləyə əsasən, hər bir ölkə öz töhfələrini müəyyənləşdirməli, planlaşdırmalı və mütəmadi olaraq hesabat verməlidir. Heç bir mexanizm ölkəni xüsusi emissiya hədəfləri təyin etməyə məcbur etmir, lakin hər bir hədəf əvvəlki hədəflərdən kənara çıxmalıdır. 1997-ci il Kioto protokolundan fərqli olaraq, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında fərq çoxdur, ona görə də sonuncular da emissiyaların azaldılması planlarını təqdim etməlidirlər.
Paris sazişi 2016-cı il aprelin 22-də (Yer Günü) BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında keçirilən mərasimdə imzalanmaq üçün açılıb. Avropa İttifaqı sazişi ratifikasiya etdikdən sonra, 4 noyabr 2016-cı ildə qüvvəyə minməsi üçün dünyanın bir çox ölkəsi ratifikasiya etdi.
2022-ci ilə qədər UN FCCC-də Birləşmiş Millətlər Təşkilatının bütün üzv ölkələri, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının müşahidəçiləri Fələstin dövləti və Müqəddəs Taxt, BMT-yə üzv olmayan Niue və Kuk adaları və Avropa Birliyi də daxil olmaqla 198 tərəf vardı.[24][25]
UNFCCC tərəfdarları aşağıdakı kimi təsnif edilir: Əlavə I: Konvensiyanın I Əlavəsində Avropa Birliyidə daxil olmaqla, UN FCCC-nin 43 tərəf var.[26] Bu tərəflər sənayeləşmiş (inkişaf etmiş) ölkələr və "keçid dövrü" (EIT) kimi təsnif edilir.[27] 14 EIT Rusiya və Şərqi Avropanın keçmiş mərkəzləşdirilmiş planlı (Sovet) iqtisadiyyatlarıdır.[28]
Əlavə II: Konvensiyanın I Əlavəsində sadalanan tərəflərin 24-ü, həmçinin Avropa İttifaqı da daxil olmaqla, Konvensiyanın II Əlavəsində də qeyd edilmişdir.[29] Bu Tərəflər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) üzvlərindən ibarətdir: bu Tərəflər 1992-ci ildə OECD-nin üzvlərindən, Türkiyə istisna olmaqla Aİ-dən ibarətdir. Əlavə II tərəflərindən EIT-lərə və inkişaf etməkdə olan ölkələrə onların istixana qazı emissiyalarının azaldılmasında (iqlim dəyişmələrinin azaldılması) və iqlim dəyişmələrinin təsirlərinin idarə edilməsində (iqlim dəyişmələrinə uyğunlaşma) köməklik göstərmələri üçün onlara maliyyə və texniki dəstək göstərmələri tələb olunur.
Az inkişaf etmiş ölkələr (LDC): 49 Tərəfdirlər: onlar, iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşmaq imkanlarının məhdudluğu baxımından müqaviləyə əsasən xüsusi statusa malikdirlər.[27]
Qeyri-Əlavə I: Konvensiyanın I Əlavəsində qeyd olunmayan UNFCCC-nin tərəfləri əsasən aşağı gəlirli inkişaf etməkdə olan ölkələrdir.[30] İnkişaf etməkdə olan ölkələr kifayət qədər inkişaf etdikdə Əlavə I ölkələri olmaq üçün könüllü ola bilərlər.
Avropa İttifaqı da daxil olmaqla, 43 Əlavə I-ə tərəf ölkə vardır.[26] Bu ölkələr sənayeləşmiş ölkələr kimi təsnif edilir.[27] Bunlardan 24-ü Avropa İttifaqı da daxil olmaqla Əlavə II-ə tərəf ölkələrdir,[29] 14-ü isə keçid dövrü ölkələridir.[28]
Əlavə I ölkələri (bunlardan 24-ü Əlavə II-dir) aşağıdakılardır:
Keçid dövrlü Əlavə I ölkələri:
2014-cü ildə BMT Peru və Fransa ilə birlikdə bütün iqlim öhdəliklərini yazmaq və yoxlamaq üçün NAZCA Qlobal İqlim Fəaliyyət Portalını yaratdı.[32][33]
UN FCCC nəzdində Vətəndaş Cəmiyyəti Müşahidəçiləri qəbul edilmiş bütün təşkilatların təxminən 90%-ni əhatə edən sərbəst qruplar şəklində təşkil olunublar.[34] Bəzi qruplar inanc qrupları və ya milli parlamentarilər kimi bu geniş qruplardan kənarda qalır. UNFCCC katibliyi həmçinin aşağıdakı qrupları qeyri-rəsmi QHT qrupları kimi tanıyır (2016):[35] İnanca əsaslanan təşkilatlar, Təhsil və Potensialın Gücləndirilməsi və Yardım QHT-ləri, parlamentarilər.
Ümumi fikir aşağıdakı cədvəldə verilmişdir:
Ad | Abreviatura | Qəbulu |
---|---|---|
Biznes və sənaye QHT-lər | BINGO | 1992 |
Ekologiya QHT-lər | ENGO | 1992 |
Yerli hökumət və bələdiyyə orqanları | LGMA | COP1 (1995) |
Yerli xalqların təşkilatları | IPO Arxivləşdirilib 1 aprel 2022 at the Wayback Machine | COP7 (2001) |
Tədqiqat və müstəqil QHT-lər | RINGO | COP9 (2003) |
Həmkarlar ittifaqı QHT-ləri | TUNGO | COP14-dən (2008) öncə |
Qadınlar və gender | WGC | COP17-dən qısa müddət əvvəl (2011) |
Youth NGOs | YOUNGO Arxivləşdirilib 19 sentyabr 2020 at the Wayback Machine | Shortly before COP17 (2011) |
Fermerlər | Fermerlər | (2014) |
Çərçivə Konvensiyasının son məqsədi vurğulanan daha ətraflı müzakirə edilən sözlərdən: "atmosferdə istixana qazlarının konsentrasiyasının iqlim sisteminə təhlükəli antropogen müdaxilənin qarşısını alacaq səviyyədə sabitləşdirilməsi" ibarətdir.[1]
Atmosferdə istixana qazları konsentrasiyalarını sabitləşdirmək üçün qlobal antropogen istixana qazları emissiyaları pik nöqtəyə çatmalı, daha sonra azalmalıdır (bax: İqlim dəyişikliyi təsirlərinin azaldılması).[36] Daha aşağı stabilləşmə səviyyələri yüksək sabitləşmə səviyyələri ilə müqayisədə emissiyaların pik və daha tez azalmasını tələb edəcək.[36] Bu aşağı stabilləşmə səviyyələri yüksək sabitləşmə səviyyələri ilə müqayisədə qlobal istiləşmənin daha aşağı miqyasları ilə əlaqələndirilir.[36]
Artıq baş vermiş qlobal istiləşmə bəzi insan və təbii sistemlər üçün təhlükə yaradır.[37]:29–33 Qlobal istiləşmənin daha da yüksəlməsi ümumiyyətlə mənfi təsir riskini artıracaq. İqlim dəyişikliyi riskləri sənayedən əvvəlki səviyyələrə nisbətən 1–2 °C qlobal istiləşmə ilə "əhəmiyyətlidir". 4 °C istiləşmə biomüxtəlifliyin geniş şəkildə itirilməsi, qlobal və regional ərzaq təhlükəsizliyinin azalması da daxil olmaqla potensial təsirlərlə əhəmiyyətli dərəcədə artan risklərə səbəb olacaq.[38]
İstixana qazları emissiyalarına nəzarət üçün qəbul edilən daha sərt siyasətlər, daha ciddi iqlim dəyişmələri riskini azalda bilər, lakin həyata keçirilməsi də bir o qədər bahalı ola bilər.[39][40][41]
Qərar qəbul edərkən ehtiyatlılıq prinsipinə əsasən mümkün təhlükəli, geri dönməz və ya fəlakətli hadisələr müəyyən edildikdə nəzərə alınır. Ehtiyatlılıq prinsipi bu cür mənfi təsirlərin qarşısının alınmasının vacibliyini vurğulayır.[42]:655–656 Ehtiyatlılıq prinsipinə riayət etməklə, qeyri-müəyyənlik (iqlim dəyişmələrinin dəqiq təsirləri haqqında) hərəkətsizlik üçün səbəb deyil və bu, UN FCCC-nin 3.3-cü maddəsində qeyd olunub.
Bençmarkinq bəzi istinad çərçivəsinə əsaslanan siyasət hədəfinin müəyyən edilməsidir.[43] Bençmarkinq nümunəsi UN FCCC-nin Əlavə I Tərəflərinin 2000-ci ilə qədər istixana qazı emissiyalarını 1990-cı il səviyyəsində məhdudlaşdıran ilkin hədəfidir. Goldemberg et al. (1996) bu hədəfin iqtisadi nəticələrini cəmləşdirir.[44] Hədəf bütün Əlavə I Tərəflərinə eyni dərəcədə şamil edilsə də, hədəfə çatmaq üçün iqtisadi xərclər çox güman ki, tərəflər arasında dəyişə bilər. Məsələn, ilkin olaraq yüksək enerji səmərəliliyi səviyyəsinə malik olan ölkələr, enerji səmərəliliyi səviyyəsi aşağı olan ölkələrlə müqayisədə hədəfə çatmaq üçün daha baha çox maddi yük tələb edir. Bu nöqteyi-nəzərdən UN FCCC-nin hədəfi qeyri-bərabər, yəni ədalətsiz hesab edilə bilər.
Kioto protokolunda müəyyən edilmiş birinci mərhələ emissiya hədəfləri ilə bağlı müqayisə də müzakirə edilmişdir.
2016-cı ildə UN FCCC Asturiya Şahzadəsi Mükafatına layiq görülüb.[45]
The secretariat was established in 1992 when countries adopted the UNFCCC. The original secretariat was in Geneva. Since 1996, the secretariat has been located in Bonn, Germany.