COP28 (ing. Conference of the Parties, COP; rəsmi adı BMT-nin İqlim Dəyişmələri Konfransı) — BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası tərəflərinin 28-ci konfransıdır. Bu, BMT tərəfindən iqlim dəyişmələri ilə mübarizə və onun təsirlərinə necə uyğunlaşma yollarını müzakirə edən illik toplantıdır. Tərəflər 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UNFCCC) imzalamış ölkələrdir. Konfrans Dubaydakı Sərgi Mərkəzində (Expo City) keçirilib. Sammit ölkələr üçün birgə məqsədlərin inkişafı və iqlim maliyyəsi də daxil olmaqla müxtəlif alətlər vasitəsilə iqlim dəyişmələrini daha yaxşı idarə etmək üçün bir fürsət kimi qiymətləndirilir. 2015-ci ildə COP21-də Paris Sazişinin qəbul edilməsindən sonra sammit iştirakçılarının diqqəti onun əsas məqsədinə — planetdə qlobal temperaturun 2 dərəcədən yuxarı qalxmasının qarşısının alınmasına yönəlib.[2]
BMT-nin İqlim Dəyişmələri Konfransı | |
---|---|
| |
Başlama tarixi | 30 noyabr 2023[1] |
Bitmə tarixi | 13 dekabr 2023[1] |
Yeri | Expo City, Dubay, Birləşmiş Ərəb Əmirlikləri |
İştirakçılar | BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələr |
Sayt |
unfccc.int/cop28 cop28.com/en/ |
Vikianbarda əlaqəli mediafayllar |
Dekabrın 12-də başa çatmalı olan konfrans, Səudiyyə Ərəbistanının yekun razılaşmaya etirazından sonra uzadılmalı oldu.[3] Dekabrın 13-də konfransın prezidenti Sultan Əl-Cabir, iştirakçı ölkələr arasında yekun kompromis razılaşmasının əldə olunduğunu elan etdi. Müqaviləni imzalayan bütün ölkələr iqlim dəyişmələrinin ən sərt təsirlərini yumşaltmaq və 2050-ci ilə qədər xalis sıfıra çatmaq üçün "ədalətli və nizamlı şəkildə" karbon enerji mənbələrindən uzaqlaşmağı öhdələrinə götürdülər.[4] BƏƏ Konsensusu adlandırılan qlobal pakt, COP sammitləri tarixində hər növ qalıq yanacaqdan uzaqlaşmaq zərurətini açıq şəkildə bildirsə də, lakin qalıq yanacağının mərhələli şəkildə azaldılması ilə bağlı dəqiq öhdəliyin olmaması səbəbindən hələ də geniş tənqidlərlə üzləşir.[4] Çin və Hindistan bərpa olunan enerji hasilatını üç dəfə artırmaq öhdəliyini imzalamadılar, əvəzində isə kömür enerjisi ilə bağlı öhdəlik götürdülər.[5][6]
Konfransın prezidenti Sultan Əl-Cabir, eləcə də qeyri-şəffaf ekoloji göstəriciləri və əsas qalıq yanacaq istehsalçısı rolu ilə tanınan ev sahibi olan BƏƏ-yi tənqid edilib. Əl-Cabirin Abu Dabi Milli Neft Şirkətinin (ADNOC) baş direktorudur ki, bu da maraqların toqquşması ilə bağlı narahatlıqlara səbəb verib.[7] Əl-Cabir konfransdan əvvəl 1,5 °C-yə çatmaqda, qalıq yanacaqların mərhələli şəkildə dayandırılmasının arxasında "elmin olmadığını" bildirdi.[8] Sızan sənədlər isə, BƏƏ-nin digər ölkələrlə yeni qalıq yanacaq müqavilələri bağlamaq üçün konfransdan istifadə etməyi planlaşdırdığını göstərir.[9] Əl-Cabir, qalıq yanacaqların mərhələli şəkildə dayandırılması ilə bağlı şərhlərinin "yanlış şərh edildiyini" iddia edərək, BƏƏ-nin işgüzar sövdələşmələr qurmaq üçün COP sədrliyinə ehtiyacı olmadığı iddiasının arxasında duraraq, sonuncu iddianı rədd etdi.[10][11]
BMT-nin İqlim Dəyişmələri Konfransı 1994-cü il İqlim Dəyişmələri üzrə Birləşmiş Millətlər Təşkilatının Çərçivə Konvensiyasını imzalamış bütün ölkələrin illik toplantısıdır.[12] Konfrans hər il keçirilir. Birləşmiş Ərəb Əmirlikləri 2023-cü il tədbirinə ev sahibliyi etmək təklifini 2021-ci ilin əvvəlində etmişdi.[13] Elə həmin ilin noyabrında Dubay ev sahibi şəhəri seçildi. 2012-ci ildə Qətər və 2007-ci ildə İndoneziyadan sonra OPEC üzvü olan ölkələrədən üçüncüsüdür ki, tədbirə ev sahibliyi edib.[14]
BƏƏ-yi isti və rütubətli iqliminə görə dünyanın iqlim baxımından ən həssas ölkələrindən biridir və orta hava temperaturu 1990–2022-ci illər arasında 1,27 °C-yə (34,29 °F) yüksəlmişdir.[15] Qırmızı dəniz və Fars körfəzində yaş ampul temperaturu həddini bir neçə dəfə aşıb və bölgədə tez-tez baş verən toz fırtınaları, dəniz səviyyəsinin qalxması və quraqlıq hiss edilən yan təsirlərdəndir.[16][17] BƏƏ-yi 2050-ci ilə qədər karbon emissiyalarını xalis sıfıra endirməyi öhdəsinə götürüb, ki, bu öhdəliyi üzərinə götürən ilk Yaxın Şərq hökumətidir.[13] BƏƏ-yi həmçinin 21 sentyabr 2016-cı ildə regionda Paris sazişini imzalayan[18][19] və beynəlxalq səviyyədə təmiz enerjiyə 50 milyard dollar sərmayə qoyan, 2030-cu ilə qədər əlavə 50 milyard dollar vəd edən ilk ölkə olub.[20]
İqlimşünaslar və insan haqları müdafiəçiləri tərəfindən BƏƏ-nin ev sahibi ölkə kimi seçilməsi tənqid edilməsi, ölkənin həm aparıcı neft istehsalçısı, həm də söz azadlığının olmadığı avtoritar dövlət olması ilə bağlı idi.[21] Human Rights Watch hökumətləri, BƏƏ-ni "vətəndaş məkanına nəzarəti yüngülləşdirməyə və hüquqları müdafiə etməyə" sövq etmək fürsətindən istifadə etməyə və Əhməd Mansur kimi insan haqları fəallarına qarşı təqiblərə son qoymağa çağırıb.[22] 1 avqust 2023-cü ildə BƏƏ-yi ətraf mühit fəallarına sammitdə "dinc şəkildə toplaşmağa", icazəsiz etirazları qadağan edən qanunlara baxmayaraq, onlara "səslərini eşitdirmək üçün" yer təmin edəcəyinə söz verdi.[23]
Sultan Əl-Cabirin COP28-in prezidenti təyin etməsi daha çox mübahisələrə səbəb oldu, çünki o, həm də Abu Dabi Milli Neft Şirkətinin (ADNOC) baş direktorudur.[24] 2023-cü ilin fevral ayında şirkət, Əl-Cabirin seçilməsindən bir ay sonra qalıq yanacaq üçün qazma işlərini genişləndirmək planlarını açıqladı.[25] Avropa Parlamentinin 100-dən çox üzvü, ABŞ senatorları və ABŞ nümayəndələri BƏƏ-ni Əl-Cabirin təyinatını geri götürməyə çağırdılar.[26] ABŞ-ın iqlim üzrə elçisi Con Kerri Əl-Cabirin COP prezidenti seçilməsinin "riskli" olduğunu etiraf etsə də, masada qalıq yanacaq istehsalçılarının olmasının vacibliyini müdafiə edərək, onu dəstəklədi.[27]
COP28 80000-dən çox insanın akkreditə olunmuş iştirakçı ilə, əvvəlki illərdə keçirilən COP görüşlərindən fərqlənərəq tarixin ən böyük iqlim sammiti olub. İştirakçıların 23500-ü hökumət nümayəndələri idi. Daha 27000 nəfər siyasət ekspertləri, akademiklər və qalıq yanacaq istehsalçılarının nümayəndələri olmalarına baxmayaraq bu qrupa rəsmi danışıqlara giriş icazəsi verilməmişdi.[28] Əlavə 400000 nəfərə də ətrafdakı "yaşıl zona"ya giriş imkanı verilmişdi.[29][30] İştirakçıların sayı və onların bir çoxunun şəxsi təyyarələrdən istifadə etməsi bəzi tənqidlərə səbəb olub.[31][32]
Sammitdə açılış nitqini Böyük Britaniya və Birlik kralı III Çarlz edib.[33] O, çirklənmə səviyyəsinin yüksəlməsindən narahatlığını ifadə edərək, dünyanın öz iqlim hədəflərindən "dəhşətli dərəcədə uzaq olduğunu" söylədi.[34]
30 noyabr 2023-cü ildə keçirilən sammitin ilk günündə kasıb dövlətlərə iqlim dəyişmələrinin təsirlərinə görə "itki və zərər" fondunu yaratmaqla kompensasiya ödənilməsi razılığına gəlindi. Fond iqlim dəyişmələrindən zərər çəkən kasıb dövlətlərə vəsaitin ayrılmasını nəzərdə tutur. Fond Dünya Bankı tərəfindən idarə olunur. Ev sahibi ölkə BƏƏ və Almaniya fonda 100 milyon dollar vəd etdi. Böyük Britaniya (75 milyon dollar), ABŞ (24,5 milyon dollar) və Yaponiyanın (10 milyon dollar) vədləri nəticəsində ilk gündə məbləğ 430 milyon dollara çatdı.[35][36]
1 dekabr 2023-cü ildə fəallar Beynəlxalq Cinayət Məhkəməsində ekosidin: ətraf mühitin kütləvi şəkildə məhv edilməsini cinayət hesab etməyə çağıraraq, məkanın qarşısında etiraz aksiyası keçirdilər.[37]
2 dekabr 2023-cü ildə COP28 iştirakçıları 2020-ci ildən 2050-ci ilədək nüvə enerjisi potensialının üçqat artırılmasına dair bəyannamə qəbul etdilər.[38] ABŞ-nin iqlim üzrə elçisi Con Kerrinin elan etdiyi Bəyannaməni 5 ölkə imzaladı. İmzalayan ölkələr nüvə enerjisinin karbon emissiyalarının xalis sıfıra endirilməsində əsas rol oynadığını bildirərək, öz nüvə potensiallarını genişləndirməyə söz verdilər.[39]
2 dekabr 2023-cü ildə Almaniya kansleri Olaf Şolts kömür, neft və təbii qaz da daxil olmaqla qalıq yanacaqlardan mərhələli şəkildə imtina etməyə çağırış etdi və Almaniyanın 2045-ci ilə qədər iqlimə neytral olmaq öhdəliyini təkrarlayaraq: "Texnologiyalar: külək enerjisi, fotovoltaiklər, elektrik mühərrikləri, yaşıl hidrogenin var olduğunu" dedi.[40]
3 dekabr 2023-cü ildə The Guardian, COP28 prezidenti Sultan Əl-Cabirin iki həftə əvvəl mədən yanacağının mərhələli şəkildə dayandırılması tələblərini rədd etdiyini, onun elmdəki əsasını inkar edərək, iqtisadi inkişafın qarşısını alacağı iddiasını yayımladı.[41] Növbəti gün Əl-Cabir mətbuat konfrans keçirərək, "elmə hörmət etdiyini" və qalıq yanacaq istifadəsinin mərhələli şəkildə dayandırılmasının qaçılmaz olduğunu vurğuladı.[42]
Paris Sazişi iqlim dəyişmələri ilə bağlı hüquqi cəhətdən məcburi beynəlxalq müqavilədir. Müqavilə 12 dekabr 2015-ci ildə Parisdə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP21 UNFCCC) Tərəflərin Konfransının 21-ci sessiyasında 196 tərəf tərəfindən qəbul edilmişdir. Saziş 2016-cı il noyabrın 4-də qüvvəyə minib. Paris Sazişinin məqsədi qlobal orta temperatur artımını sənayedən əvvəlki səviyyədən 2 dərəcədən çox aşağı saxlamaq, eyni zamanda temperatur artımını 1,5 dərəcə selsi ilə məhdudlaşdırmaqdır. [43]
Kioto Protokolu 11 dekabr 1997-ci ildə Yaponiyada Kioto şəhərində qəbul edilmiş və 16 fevral 2005-ci ildə qüvvəyə minmişdir. Protokolun ilk öhdəlik dövrü 2008-ci ildə başlayıb və 2012-ci ildə başa çatıb. Birinci öhdəlik müddətində tam şəkildə iştirak edən 36 ölkənin hamısı Protokola əməl etmişdir.[44]
Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva konfransın ilk toplantısında "itki və zərər" fondunun yaradılmasından məmnun olduğunu bildirdi. Lakin karbonsuzlaşdırmanın daha da artırılması üçün karbon qiymətlərinin yüksəldilməsi və qalıq yanacaq subsidiyalarının aradan qaldırılmasının lazımılığını da vurğuladı. Qalıq yanacaq subsidiyaları yüksək yanacaq qiymətləri və inflyasiya səbəbindən 2022-ci ildə 7,1 trilyon dollarlıq rekord səviyyəyə çatmışdı.[45] Konfransda Birləşmiş Millətlər Təşkilatı tərəfindən idarə olunan qlobal karbon bazarının yaradılması ilə bağlı təkliflərdə irəli sürülüb və bu istiqamətdə bəzi addımlarda atılıb.[46][47][48]
6 dekabr 2023-cü ildə OPEC-in hazırkı Baş katibi Heysəm əl-Qeys üzv ölkələri qazıntı yanacaqlarının hasilatı və satışını qadağan etmək əvəzinə, danışıqları karbon emissiyalarının azaldılmasına yönəltməyə çağırdı.[49] Buna reaksiya olaraq Qrinpis təşkilatı (yaşıl sülh), ərəb ölkələrini 2050-ci ilə qədər mədən yanacaqlarından imtina etməyə çağıran press-reliz dərc etdirdi. Kristian Eid və Vyanadakı Beynəlxalq Tətbiqi Sistemlərin Təhlili İnstitutunun son araşdırması göstərir ki, qlobal temperaturun 3°C-ə çatmasına icazə verilərsə, həm BƏƏ, həm də Səudiyyə Ərəbistanı 2100-cü ilə qədər ÜDM artımının −72% azalması ilə üzləşəcək.[50] "Merkurinin yüksəlməsi: iqlim dəyişmələrinin Ərəbistan yarımadasına iqtisadi təsiri" adlı araşdırma Fars körfəzindəki ölkələr üçün ÜDM artımının orta hesabla 69% azalacağı, temperaturun bu səviyyəyə çatacağı təqdirdə ən yüksək təsirin Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və BƏƏ-də olacağını proqnozlaşdırır. Temperatur yüksəlişi 1,5 dərəcə ilə məhdudlaşdırılarsa, iqtisadi artımın azalması 2050-ci ilə qədər 8,2%, 2100-cü ilə qədər isə 36% ilə məhdudlaşdırılacaqdır.[51]
<ref>
teqi; :7
adlı istinad üçün mətn göstərilməyib