BMT Təhlükəsizlik Şurasının 977 saylı qətnaməsi — 1995-ci il fevralın 22-də Ruanda Beynəlxalq Cinayət Tribunalının (RBCT) yerinin müəyyən edilməsi ilə bağlı öhdəliyi ifadə edən 955 (1994) saylı qətnamənin xatırlandığı, Baş katib Butros Butros-Qalinin hesabatının qeyd edildiyi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3502-ci iclasında yekdilliklə qəbul edilmiş qərar.[1]
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası | |
977 saylı qətnamə | |
---|---|
| |
Tarixi | 22 fevral 1995 |
Sessiya | № 3502 |
Kod | S/RES/977 |
Səsvermə |
|
Mövzu | Ruanda soyqırımı |
Nəticə | Qəbul edildi |
Təhlükəsizlik Şurasının tərkibi 1995-ci ildə | |
Daimi üzvlər | |
Qeyri-daimi üzvlər | |
Sənəd |
Sənədə əsasən tribunalın qərargahı Tanzaniyanın Aruşa şəhərində yerləşməli idi.[2] Baş katibin hesabatına görə, qərar RBCT-nin yaradılması prosesinin ikinci mərhələsinə işarə edir ki, bu da indi altı məhkəmə hakiminin seçilməsi prosesinin başlamasına imkan verəcəkdir. Ruandanın şuradakı nümayəndəsi Manzi Bakuramutsa bildirmişdi ki, onun hökuməti qərargahın Ruandadan kənarda müəyyən edilməsi qərarını dəstəkləməsə də, Təhlükəsizlik Şurası ilə əməkdaşlığa davam edəcək.[3]