Bağ divarının kənarında

Bağ divarının kənarında (ing. Over the Garden Wall)[4] — Patrik Makheyl tərəfindən yaradılmış ABŞ istehsalı animasiya mini-serialı. Cizgi-serialda evə gedən yolu axtarmaq üçün sirli bir meşədən keçən iki ögey qardaşın səyahətləri zamanı müxtəlif qəribə və fantastik şeylərlə qarşılaşmasından bəhs olunur.[5] Serial Makheylin "Cartoon Network Studios"da hazırladığı "Bilinməyənin kitabı" (ing. Tome of the Unknown) adlı qısametrajlı animasiya əsasında çəkilib. Elayca Vud və Kolin Din baş qəhramanlar olan Qreq və Virti, Melani Linski mavi quşu səsləndirib. Digər səsləndirmə heyətində Kristofer Lloyd, Tim Karri, Bibi Noyvirt, Kris Ayzek, Şirli Cons, Tomas Lennon, Cek Cons, Ceron Pakston, Con Kliz və Samuel Reymi yer alıb. Serialın soundtrekini "The Blasting Company" bəstələyib. "Bağ divarının kənarında", 2014-cü ilin 4 noyabrından 7 noyabrına qədər cəmi bir həftə ərzində nümayiş olunub.

Bağ divarının kənarında
ing. Over the Garden Wall
Janr
Yaradıcı Patrik Makheyl
Rolları səsləndirənlər Elayca Vud
Kolin Din
Melani Linski
Kristofer Lloyd
Tim Karri
Cek Cons
Samuel Reymi
Con Kliz
Studiya Cartoon Network Studios
Ölkə ABŞ
Dil İngiliscə
Mövsümlərin sayı 1
Seriyaların sayı 10
Seriyanın müddəti 11 dəqiqə
Telekanal Cartoon Network
Nümayiş 3 noyabr – 7 noyabr 2014
IMDb ID3718778
Rəsmi saytı

Serial televiziya kanalında yayımlanan ilk mini-serial idi. Makheyl ideyanı ilk dəfə 2004–2006-cı illərdə televiziyaya təqdim etmişdi.[6] O, "Cartoon Network"da nümayiş olunan "Flepcek" və "Macəra zamanı" animasiyaları üzərində işlədikdən sonra, televiziya onun pilot epizodu hazırlamasını istədi. "Bilinməyənin kitabı" (ing. Tome of the Unknown) qısametrajlı animasiyası "Bağ divarının kənarında"nın pilot seriyası oldu.[7] Serialın istehsalı 2014-cü ilin mart ayında başladı və əsasən Kaliforniyanın Burbank şəhərində həyata keçirildi, serialın bəzi hekayə lövhəsi rəssamları (ing. storyboard artist) ABŞ-nin digər şəhərlərindən işləyirdi, animasiyası isə Cənubi Koreyanın "Digital eMation" studiyasına təhvil verilmişdi. Serialın ab-havası 19-cu və 20-ci əsrlərdəki Amerikanı xatırladır, onun rəqəmsal arxa planları isə qrisayl rəsmlərinə bənzəyəcək şəkildə hazırlanmışdır.[8]

Serial atmosferinə və personajlarına görə televiziya şərhçiləri tərəfindən qiymətləndirilmişdir, eləcə də 2015-ci ildə "Ən yaxşı animasiyaya görə" "Emmi mükafatına" layiq görülmüşdür. Makheyl bunun ardınca serialın adaptasiyası olan komiks kitabları nəşr etdimişdir.

Serialda "Bilinməyən" adlanan qəribə meşədə itən iki ögey qardaş, Virt və Qreqdən (Elayca Vud və Kolin Din tərəfindən səsləndirilir) bəhs olunur. Onlar evlərinə gedən yolu tapmaq üçün fövqəltəbii görünən meşəni keçməlidirlər, bu səyahətdə onlara Meşəbəyi (Kristofer Lloyd) və Adelaida adlı qadını axtaran tilsimlənmiş Bitris (Melani Linski) adlı qəzəbli mavi quş onlara kömək edir.[9]

Böyük qardaş Virt, qərar verməkdənsə, özünü saxlamağa üstünlük verən narahatlığa meyilli yeniyetmə uşaqdır. Onun məşğuliyyətinə klarnet çalmaq və şeir yazmaq daxildir,[10] lakin o, lağ edilməkdən qorxduğu üçün bunu gizli saxlayır. Digər tərəfdən, kiçik qardaş Qreq daha sadəlövh və səhlənlardır, bu da Virti qıcıqlandırır. Qreq tapdığı qurbağanı (Cek Cons) özü ilə aparır; onun qurbağaya ad vermə cəhdləri tam bir zarafatdır. Baş qəhrəmanları ümid və iradəsini itirməsinə, həmçinin "Edelvud ağacları"nı çevrilməsinə yol açmağa çalışan Məxluq (Semuel Reymi) adlı qədim varlıq təqib edir.[11] Virt Adelaidanı tapdıqdan sonra onun uşaqları kölə etmək niyyətində olduğunu öyrənir; Virt Bitrisin onları aldatmasına qəzəblənir və Qreq ilə birlikdə onu tərk edir.

Sondan əvvəlki epizodda Virt və Qreqin müasir uşaqlar olduğu və Hellouin bayramında gölməçəyə düşdükdən sonra "Bilinməyən"ə daxil olduqları məlum olur. Aşiq olduğu bir qız üçün hazırladığı utanc verici şeir və klarnet lentini geri almağa çalışan Virt, onu qəbiristanlığa qədər izləyir, buradakı polis onu və Qreqin qorxmasına səbəb olur, nə edəcəyini bilməyən uşaqlar bağ divarının kənarına tullanır. Divarın o biri tərəfində yerləşən qatar yoluna düşürlər. Virt Qreqi qatarın vurmasından xilas etmək üçün onu yaxınlıqdakı gölməçəyə çəkir, bu baş verdikdə hər ikisi huşunu itirir və həyatla ölüm arasında olan Limbo bənzəri bir aləmə göndərilirlər.[11]

Son epizodda Virt Qreqi Məxluq tərəfindən Edelvud ağacına çevrilməkdən xilas edir. Epizodun sonunda Virt və Qreq doğma şəhərlərindəki xəstəxanada oyanırlar. Səhnə sona çatdıqda "Bilinməyən"də sehrli zəngi udmuş Qreqin qurbağası parıldamağa başlayır ki, bu da onların "Bilinməyən"dəki təcrübələrinin real ola biləcəyini göstərir. Serial Virt və Qreqin "Bilinməyən" bölgəsinin sakinlərinə necə təsir etdiyini göstərən montajla bitir.[12]

"Bağ divarının kənarında" ilk olaraq 2004-cü ildə daha qorxunc və macəra əsaslı hekayə xətti ilə nəzərdə tutulmuşdu. Rəssam Patrik Makheyl "Flepcek" cizgi-serialında hekayə lövhəsi rəssamı kimi işləməzdən əvvəl, 2006-cı ildə serialı təqdim etdi, o zamanlar "Bilinməyənin kitabı" adı ilə bilinirdi. Serial iki qardaş, Uolter və Qreqori haqqında idi, onlar "Old Scratch" adlı bir iblislə Faustian paktını imzaladıqdan sonra unudulmuş hekayələr kitabının səhifələrini izləmək üçün "Aralardakı Diyarı" gəzirlər.

Makheyl bunu "Hellouin üçün xüsusi" serial hesab edirdi.[13] "Flepcek" üzərində işlədikdən sonra o, digər həmkarları ilə birlikdə "Macəra zamanı" cizgi-serialını inkişaf etdirməyə başladı, burada yaradıcı direktor və daha sonra yazıçı kimi xidmət göstərdi. Televiziya bunun ardınca ondan pilot epizodu hazırlamaqda maraqlı olub-olmadığını soruşdu, bu da onun "Bilinməyənin kitabı" layihəsini canlandırmasına və yenidən televiziyaya yerləşdirməsinə səbəb oldu.[14] Makheyl və televiziya, "Tome of the Unknown: Harvest Melody"-nin pilot epizodunu yaratdıqdan sonra, serialın mini-serial formatında olacağına qərar verdilər, çünki Makheyl bunun "adi seriallarla edə biləcəyimizdən daha yaxşı bir şeyə" gətirib çıxaracağını hesab edirdi.[13] Makheyl mistik kitabın fəsilləri ətrafında cərəyan edən orijinal konsepsiyadan imtina etdi və seriyanın adını "Bağ divarının kənarında" etdi.

"Bağ divarının kənarında" cizgi-serialının istehsalı 2013-cü ilin sonlarında başlayıb. Makheyl əvvəlcə serialda on səkkiz hissə olacağını planlaşdırırdı, lakin büdcə və vaxt məhdudiyyətlərini nəzərə alaraq hissə sayını ona qədər endirdi. Serialın epizodlarının ilk qaralamasında dərisiz ifritə personajı və oğurlanmış uşaqların sümüklərindən zər kəsən cani, həmçinin Virt və Qreqorinin heyvanlara çevrildiyi dörd epizodda davam edən süjet xətti var idi. (Qreqori ördəyə, Virt isə ya it ya da ki, ayıya çevrilmişdi).

Serial on epizod ilə "Cartoon Network"da nümayiş olunan ilk miniserial oldu.[15] Serialda əsas rolları Elayca Vud, Kolin Din və Linski səsləndirmişdir. Makheyl və komandası qorxulu təsvirlər və "sadəcə yüngül və gülməli epizodlar" arasında tarazlığı saxlamağa çalışıb.[16] Makheyl musiqi baxımından, "klassik Amerikan opera ifaçılığından" ilham aldı.[13] Nik Kross yaradıcı-rejissor, Neyt Keş isə idarəçi rejissor idi; hər ikisi Nyu Yorkda və Çikaqoda Makheyl ilə birlikdə hekayə xətti yaradıcısı kimi işləmişdir. Makheyl bu masafənun onun üçün çətin oluğunu bildirmişdir.[13]

Serialın rəsmlərində müxtəlif mənbələrdən, o cümlədən 1890-cı illərdə "McLoughlin Brothers" tərəfindən buraxılmış stolüstü oyun "Game of Frog Pond" oyunu, Qüstav Dorenin Servantes üçün yazdığı "Don Kixot" illüstrasiyaları, Hans Xristian Andersenin "The Tinderbox" qısa hekayəsinin köhnə illüstrasiyalarından, o cümlədən Con Tennielin "Alisa möcüzələr ölkəsində" bədii əsərindəki "Çeşir pişiyi" və "Dogville Comedies" qısametrajlı filmlərinin illüstrasiyalarından ilhamlanılmışdır. Makheyl serialın üslubunu yaradarkən xromolitoqrafiya, vintaj Hellouin açıqcaları, sehrli fənər slaydları və Yeni İngiltərə yarpaqlarının fotoşəkillərindən təsirlənib.

Rolları səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
  • Elayca Vud — Virt
  • Kolin Din — Qreq
  • Melani Linski — Bitris
  • Kristofer Lloyd — Meşəbəyi
  • Cek Cons — Qurbağa
  • Semuel Reymi — Məxluq
  • Emily Brundidc — Sera
  • Mark Bodnar — Şimal küləyi
  • Con Kliz — Juinsi Endikot və Adelaida
  • Tim Karri — Visper xala
  • Norin DeVulf — Pampkin Qel
  • Frenk Feyrfild — Oyuncaq hazırlayan
  • Kris Ayzek — Enox
  • Şirli Cons — Bitrisin anası
  • Cenet Klein — Miss Lanqtri
  • Tomas Lennon — Cimmi Braun
  • Sem Marin — Mister Lanqtri
  • Cuda Nelson — Bulud Şəhərinin Qəbul Komitəsi
  • Bibi Noyvirt — Marqerit Qrey
  • Cerron "Blind Boy" Pakston — Yol adamı
  • Koul Sançez — Ceyson Fanderberker
  • Şennin Sossamon— Lorna
  • Fred Stoller — At Fred
  • Debora Foqt — Buludların kraliçası
  • Odri Vasilevski — Meyxana gözətçisi
  1. Foxe, Steve. "Exclusive: Return to the Unknown in Over the Garden Wall: Hollow Town". Paste. June 15, 2018. İstifadə tarixi: January 6, 2020.[ölü keçid]
  2. Thill, Scott. "Cartoon Network's 'Over the Garden Wall' Wins Three Emmys". Cartoon Brew. September 16, 2015. September 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 6, 2020.
  3. 1 2 "Over the Garden Wall Videos". Cartoon Network. September 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 6, 2020.
  4. "Over the Garden Wall Wiki". over-the-garden-wall.fandom.com (ingilis). 2020-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.
  5. Andreeva, Nellie. "Cartoon Network Orders Over The Garden Wall As First Miniseries". Deadline.com. Hollywood: PMC. 2014-03-07. 2014-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-08.
  6. "Patrick McHale Bio". Turner Newsroom. Atlanta: Turner Broadcasting System. İstifadə tarixi: 2014-03-08.
  7. "2014 Lineup Announced!". sbiff.org. Santa Barbara International Film Festival. 2014-01-07. 2014-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-08.
  8. Slattery, Luke. "Cartoon Network Announces its First Ever Miniseries, Over the Garden Wall, From Adventure Time Alum Patrick McHale". Indiewire. New York City. 2014-03-10. 2014-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-13.
  9. Sitat səhvi: Yanlış <ref> teqi; Hersh 2014a adlı istinad üçün mətn göstərilməyib
  10. Brown, Tracy. "Listen to Elijah Wood's poetry-filled mixtape from Emmy-winning 'Over the Garden Wall'". Los Angeles Times. September 15, 2015. March 8, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 11, 2019.
  11. 1 2 Healy, Jack Patrick. "Symbolism Of Death In 'Over The Garden Wall'". Odyssey. August 2, 2016. December 9, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 11, 2019.
  12. Sitat səhvi: Yanlış <ref> teqi; Hersh 2014b adlı istinad üçün mətn göstərilməyib
  13. 1 2 3 4 Sitat səhvi: Yanlış <ref> teqi; Day 2014 adlı istinad üçün mətn göstərilməyib
  14. Sitat səhvi: Yanlış <ref> teqi; McLean 2014a adlı istinad üçün mətn göstərilməyib
  15. Sitat səhvi: Yanlış <ref> teqi; Andreeva 2014 adlı istinad üçün mətn göstərilməyib
  16. Sitat səhvi: Yanlış <ref> teqi; Walsh-Boyle 2014 adlı istinad üçün mətn göstərilməyib