Baş-ayaq Fuci

Fuci dağının Tanuki gölündəki əksi.

Baş-ayaq Fuci (逆さ富士, Sakasa Fuci?)Fuci dağının mənzərələrindən biri. Fuci dağının sudakı simmetrik əksini bildirir.

5000 yenlik əsginasın üzərində.

Fuci dağının tərsinə görünüşü qədim zamanlardan etibarən yaponlar tərəfindən sevilmişdir. Edo dövründə Katsuşika Hokusay çəkdiyi "Fuci dağının 36 görünüşü" seriyasına daxil olan bir əsərdə Fuci dağının Kavaquçi gölündəki əksini təsvir etmişdir.[1]

Müasir dövrdə fotoqraf Koyo Okada 1935-ci ildə Fuci dağının Motosu gölündəki əksini çəkmişdir. Onun bu fotosu 1938-ci ildə 10005000 yenlik əsginaslarda öz əksini tapmışdır.[2] Yaponiya yazıçısı Osamu Dazai 1939-cu ildə yazdığı "Fuci dağının 100 görünüşü" əsərində Misaka keçidində baş-ayaq Fuci dağını təsvir etmişdir.

Baş-ayaq Fucini ən çox Yamanaşi prefekturası tərəfdən görmək mümkündür, çünki dağın bu regiona düşən ətəyində bir göl və gölməçə yerləşir. Şizuoka prefekturasında yerləşən Fuci Dağı Dünya İrsi Mərkəzinin binası baş-ayaq Fuci əsasında dizayn olunmuşdur. Belə ki, bina elə dizayn olunmuşdur ki, qarşısındakı su kütləsindəki binanın əksi Fuci dağını xatırladır.[3] Şizuoka Prefektura Softbol Stadionunun düz arxasında Fuci dağı yerləşir və stadionun işıqlandırması, eləcə də, hesab lövhəsi baş-ayağı Fucini əks etdirəcək formada hazırlanmışdır.[4]

İkiqat almaz Fuci

[redaktə | mənbəni redaktə et]

Almaz Fuci və baş-ayaq Fuci vəziyyətlərinin eyni anda müşahidə olunması halına ikiqat almaz Fuci vəziyyəti deyilir. Belə ki, bu hal müşahidə olunanda günəş ancaq Fuci dağının zirvəsində deyil, həm də sudakı əksinin zirvəsində də görünür. Lakin bu fenomenin müşahidə olunması üçün lazım olan şərtlər nadir hallarda gerçəkləşdiyi üçün ikiqat almaz Fucinin fotosunu çəkmək çətindir.[5]

Motosu gölü Yamanaka gölü (qış) Yamanaka gölü (yay) Aşi gölü
  1. "Reflection in Lake at Misaka in Kai Province (Kōshū Misaka suimen), from the series Thirty-six Views of Mount Fuji (Fugaku sanjūrokkei)". MetMuseum (ingiliscə). 30 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2024.
  2. "The Thousand-Yen-Bill View of Mt. Fuji: Okada Koyo's Famous Photograph" (PDF). Yaponiya Torpaq, İnfrastruktur və Turizm Nazirliyi (ingiliscə). İstifadə tarixi: 30 iyul 2024.
  3. "Mt.Fuji World Heritage Centre". Shigeru Ban Architects (ingiliscə). 30 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2024.
  4. "世界最高峰の戦い「日米対抗ソフトボール2024」が富士宮市で開催!!東部地域のスポーツ「ソフトボール×富士宮市」". Note.com (yaponca). 1 iyul 2024. İstifadə tarixi: 30 iyul 2024.
  5. "Diamond Fuji: A Natural Gem Worth Beholding". Cheapo Tokyo (ingiliscə). 25 yanvar 2021. 30 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2024.