Başqırdıstanın dövlət quruluşu — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında Dövlət quruluşunun əsasları.
Rusiya Federasiyasının subyektlərindən biri olan Başqırdıstan Respublikasının Dövlət hakimiyyəti orqanları sistemi 1993-cü ildə qəbul edilmiş Başqırdıstan Respublikasının Konstitusiyası ilə müəyyənləşir[1].
Dövlət hakimiyyətini respublikanın prezidenti, Dövlət məclisi – Qurultay, Başqırdıstanın Nazirlər kabineti və respublika konstitusiyasına uyğun yaradılan digər hakimiyyət orqanları həyata keçirir[1]. Başqırdıstan Respublikasının başçısı Rusiya Federasiyası Prezidentinin təqdimatına əsasən Dövlət məclisi tərəfindən səlahiyyətlər alan ali vəzifəli şəxs – Başqırdıstan Prezidentidir[1].
Dövlət məclisi Qurultay adlanır və dövlət hakimiyyətinin ali qanunverici – təmsiledici orqanıdır[1]. Birmandatlı seçki dairələri üzrə 5 il müddətinə seçilən 120 deputatdan ibarətdir. Deputatlar həm peşəkar daimi əsasda, həm də qeyri-daimi əsasda işləmək hüququna malikdirlər[1]. Nazirlər kabineti (hökumət) dövlət hakimiyyətinin ali icraedici orqanıdır; prezident tərəfindən formalaşdırılır[1]. Baş nazir Dövlət məclisinin razılığı ilə prezident tərəfindən təyin edilir[1].