Başqırdıstan iqlimi — Başqırdıstan Respublikasının iqlimi.
Başqlrdıstan iqliminə təsir göstərən əsas amillər bölgəyə daxil olan hava kütlələri və günəş radiasiyadır. Əsas küləklər cənub və qərb-şərq istiqamətlidir. Ölkə Avrasiyanın daxilində, subtropik və mülayim hava kütlələri ilə Arktika hava kütlələrinin yerdəyişməsi baş tutur.
Burada tropik, arktik və mülayim hava kütlələri üstünlük təşkil edir. Atlantik okean üzərində formalaşan hava kütlələri Başqırdıstan ərazisinə catdıqda artıq quru və kontinental forma alır. Qışda Asiya antisiklonu hökm sürür. Bu zaman küləyin sürəti 3,4-5,2 m/s saniyəyə çatır. Güçlü küləklərin güçü 15 m/s və çox əsasən dekabr, yanvar və martda müşahidə edilir. Qış ayları güçlü küləklər həm də güçlü qarla müşahidə edilir.
İqlimi kontinentaldır. İsti və boğucu yaya və soyuq qışa malikdir.
İllik günəş radiasiyasının miqdarı 4089 MC/m²-dir.
Yayın isti havası respublikanın cənubunda yerləşən Orenburq və Çelyabinsk vilayətlərinin ərazisindəki quru çöllərdə formalaşan isti hava kütlələri və Qazaxıstanda olan səhralardan gələn sərt istilər səbəbindən artır. Yağıntının böyük qismi yayın üç ayı (40-60 %) ərzində düşür. İqlimin rəngarəngliyi onun relyefinə təsir göstərir. Şimaldan cənuba uzanan ural Başqırdıstan ərazisində yerləşən silsilənin hər iki yamacına böyük edir.
Relyefin müxtəlifliyidə öz növbəsində ölkədə müxtəlif iqlim rayonlarının yaranmasına səbəb olmuşdur:
Başqırdıstan Respublikasında dağlıq ərazilərdə orta illik temperatur +0,3°, düzən ərazilərdə isə +2,8° təşkil edir. Yanvar ayının orta temperaturu −18°, iyul +18°. Günəşli günlərin sayı 287 Aksyonova və Beloreskdə, 261 gün isə Ufada müşahidə edilir. Ən az günəşli saatlar dekabr və yanvar, ən çox isə yay ayları müşahidə edilir.
Orta minimal temperatur −42 °C, maksimal temperatur isə +38 °C-dir. Temperatur 0 °C-dən yuxarı 4-9 apreldən başlayaraq 24-29 oktyabra qədər müşahidə edilir. Dağlarda isə 10-11 apreldən 17-21 oktyabra qədər. Ölkə ərazisində ən minimal temperatur Askino qəsəbəsində −56.7 °C olaraq qeydə alınmışdır. Ufada isə ən minimal temperatur −48.5 °C-dir.
İl ərzində 300–600 mm arasında yağıntı düşür. Ural dağının qərb yamaclarına 640–700 mm, şərq ətəklərində 300–500 mm, Başqırdıstanın qərb düzənliklərində 400–500 mm yağıntı düş. 60-70 % yağıntı ilin əsasən isti vaxtlar düşür (apreldən oktyabradək). Yay aylarının maksimal günlük yağıntısı (78–86 mm).
Ən ilkin qar örtüyü 12-20 oktyabr, daimi qar örtüyü isə 16-24 oktyabrdan başlayaraq qalır. Dağlıq ərazilərdə qar örtüyü 5-12 oktyabrdan qalır. Qar örtüyünün orta başlama tarixi 3-13 noyabrdan başlayır. Qar örtüyünün orta ərimə tarixi 14-24 apreldir. Düzənlik ərazilərdə qar örtüyü 153—165, в dağlıq ərazilərdə 171—177 gün qalır. Qar örtüyünün orta qalınlığı 36-55 sm, maksimal qalınlığı 106—126 sm-dir.
«Qlobal istiləşmə» respublikanın iqliminə böyük təsir göstərir. Buna misal kimi tornadoların müşahidə olunması, atmosfer proseslərinin sürətlənməsi.