Ağidel (çay)

Ağidel (başq. Ағиҙел; tatar. Агыйдел) və ya Belaya (rus. Белая) — Cənubi UralUralyanıda çay. TatarıstanBaşqırdıstan Respublikaların ərazilərində axır. Çulman çayın ən uzun axını[1] və Cənubi Uralın ən böyük çayı[2].

Ağidel
başq. Ағиҙел, tatar. Агыйдел, rus. Белая
Ölkə  Rusiya
Mənbəyi Cənubi Ural, İrəməl şəhəri
Mənsəbi Tatarıstan, Nijnekamsk su anbarı
Uzunluğu 1430 km
Su sərfi 950 m³/san
Hövzəsinin sahəsi 142 000 km²
DSR[rus.] 10010200112111100016731
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağidel ilə Qaraidel çayları qovuşanda, onların açıq və tünd axınların arasında fərq görünür.[3] XVI—XVII əsrlərdən rus tarixi və coğrafi ədəbiyyatında Belaya Volojka (rus. Белая Воложка) adının istifadəsini tapmaq olar.[4]

Ağidel Xəzər dənizinin və Çulman ilə Volqa çayların hovuzuna aiddir.[1] Əsas su mənbəsi İrəməl dağın əriyən qarıdır.[5]

Başqırdıstan ərazisində və onun Tatarıstan ilə sərhədində axır.[6] Çulman çayın ən böyük axını[7] və Başqırdıstanın ən uzun çayıdır[5].

Sahilləri əsasən çöllüklərdən ibarətdir, bəzi hissələrdə meşəli yerlər də var. Çayın yuxarı hissəsində böyük sayda mağara var.[5]

Ağidel hər il öz sahillərindən kənara çıxıb, ətrafını batızdırır.[8]

Çayın əsas qolları: Nuquş, Təyrük, Sem, Qaraidel, Bir, Tere Tanıp - sağdan; Aşkazar, Örşək, Dim, Qarmasan, Çərməsən, Bazı, Sön - soldan.

Çayın üzərində bir sıra körpü var. Onlardan ən böyükləri Ufadaki avtomobil və dəmir yolu körpülərdilər.[5]

Ağidel Başqırdıstanın əsas su magistralıdır. Burdaki gəmilər əsasən neft, çınqılnan qum qarışığı və tikinti vəsaitlərini daşıyır. Bundan əlavə, sərnişinlərin Rusiyanın Avropa hissəsindəki müxtəlif istiqamətlərinə çatdırılması aparılır.[9]

Çayda üç hidrosistem tikilməyə planlaşdırılır. Birincisi, 2003-cü ildə Yomağuja su anbarın tikilib və 2005-ci ildə Yomağuja su elektrik stansiyasının (SES) tam iş rejimində fəaliyyət göstərməyi başladı.[5]

  1. 1 2 "Река Агидель". 2016-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-28.
  2. "Агидель". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-31.
  3. Три путешествия по рекам. Река Уфа Arxivləşdirilib 2019-05-22 at the Wayback Machine, По Тропам Южного Урала.
  4. Словарь топонимов Республики Башкортостан. Уфа: Китап, 2002. — 256 с. — С.23.
  5. 1 2 3 4 5 "Arxivlənmiş surət". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-31.
  6. [https://web.archive.org/web/20140808174959/http://slovari.yandex.ru/~%D0%BA%D0%BD%D0%B8%D0%B3%D0%B8/%D0%91%D0%A1%D0%AD/%D0%91%D0%B5%D0%BB%D0%B0%D1%8F%20%28%D1%80%D0%B5%D0%BA%D0%B0%20%D0%B2%20%D0%91%D0%B0%D1%88%D0%BA.%20%D0%90%D0%A1%D0%A1%D0%A0%29/ Arxivləşdirilib 2014-08-08 at the Wayback Machine Белая (река в Башк. АССР). БСЭ]
  7. Массальский В. М.[rus.]. Кама, река  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  8. [1][ölü keçid]
  9. "Arxivlənmiş surət". 2016-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-31.