Babamızın babasının babası

Babamızın babasının babası[1][2][3] və ya Babamın babasının babası[4] — 1981-ci ildə Azərbaycan-sovet rejissoru Tofiq Tağızadə tərəfindən "Azərbaycanfilm" kinostudiyasında komediya janrında çəkilmiş tammetrajlı bədii film. Filmin əsas qəhrəmanı sevgi və əbədiyyət ideyalarının daşıyıcısı kimi təsvir olunan 160 yaşlı çoban Əziz babadır. Filmdəki əsas rolları Hüseynağa Sadıqov, Samir Qədirov, Şamil Süleymanov, Səməndər Rzayev, Hamlet Qurbanov, Həmidə ÖmərovaSabir Məmmədov canlandırırlar.

Babamızın babasının babası
Filmin afişası
Filmin afişası
Janr komediya
Rejissor Tofiq Tağızadə
Ssenari müəllifi Ramiz Rövşən
Baş rollarda Hüseynağa Sadıqov
Samir Qədirov
Şamil Süleymanov
Səməndər Rzayev
Hamlet Qurbanov
Həmidə Ömərova
Sabir Məmmədov
Operator Hüseyn Mehdiyev
Bəstəkar Mobil Babayev
Rəssam Arif Əbdürrəhmanov
İstehsalçı Azərbaycanfilm
İlk baxış tarixi 12 fevral 1982
Filmin növü tammetrajlı bədii film
Müddət 72 dəq.
Ölkələr  SSRİ
Dil azərbaycanca
İl 1981
Rəng rəngli
IMDb ID1402414

Film Ramiz Rövşənin ssenari müəllifi kimi diplom işi idi.[3][5] Kino mütəxəssisi Aydın Kazımzadənin sözlərinə görə, bu film Azərbaycan kinosu tarixində mühüm yer tutur,[1] hansı ki, Azərbaycan SSR xalq artisti Hüseynağa Sadıqovun son film idi.[6] Filmdən bir kadrda Azərbaycan Sovet Ensiklopediyasında Sadıqov haqqında bir məqalə təsvir edilmişdir.[4]

Filmin çəkilişləri Şəki şəhərinin yaxınlığında iki-üç ay ərzində aparılmışdır.[7] Filmin premyerası 1982-ci ildə Kürdəmirdəki Yay Kinoteatrında baş tutmuşdur. Premyerada çəkiliş qrupunun üzvləri, eyni zamanda filmdəki işlərdən və bir neçə maraqlı hekayədən bəhs edən aparıcı aktyor Hüseynağa Sadıqov çıxış etmişdir.[1]

Film 2017-ci ildə Azərbaycan Dövlət Film Fondunun əməkdaşları, əməkdar mədəniyyət işçiləri Rafael İmanovXuraman Pişiyari tərəfindən rəqəmsallaşdırılmışdır.[8]

Əziz baba (Hüseynağa Sadıqov) Azərbaycan kəndlərindən birində yaşayan uzunömürlü bir kişidir. Kəndin bütün əhalisi Əzizin qohumları olsa da, heç kim onun neçə yaşında olduğunu dəqiq bilmir.[a] Çoban Əziz kolxoz qoyunlarını otarır, hərdən ötüb keçənləri xatırlayır, ilk məhəbbətini yada salırdı.[1] Bir gün məlum olur ki, Əziz babanın 160 yaşı var. Onun doğum tarixi babasının Əzizin anadan olması ilə əlaqədar sifariş verdiyi mis qablara həkk olunmuşdur. Təntənəli yubileyə hər yerdən insanlar gəlir. Əziz baba təmirli bir evə köçürülür və onun üçün fərdi həkim tutulur.

İzləyicilər Əzizi üç kadrda görürlər. Balaca Əziz özündən böyük olan bir qıza aşiqdir. Bu qızı ərə verirlər və Əziz çox məyus olur. Filmin ikinci hissəsində Əziz (Şamil Süleymanov) artıq böyük bir kişidir. Onun Zeynəb adlı bir sevdiyi var. Lakin bir gün Cəfər adlı bir bəy oğlu Zeynəbi zorla qaçırır və Əziz tək qalır. Filmin üçüncü hissəsində yaşlı Əziz, rayon komitəsinin katibi Əliquliyevin (Səməndər Rzayev) oğlu Cəfərlə zorla evlənən Zeynəbin (Həmidə Ömərova) toy günü onu yəhərə salır və dağlara apararaq qaçırır. Nəvəsi Tapdığın (Sabir Məmmədov) bu qızı sevdiyini öyrənən Əziz çox xoşbəxt olur və Zeynəb Əzizin nəvəsi ilə evlənir.[b] Əzizin böyük sevincinin səbəbi ondan yan keçən xoşbəxtliyin nəvəsinə çatdığını görməsindədir.[1]

Filmi səsləndirənlər:

  1. Kolxoz sədri bu barədə reportyora danışır və gülərək Əzizi "babamızın babasının babası" adlandırır.
  2. Hər kəs Tapdığı Əzizin nəvəsi hesab etsə də, əslində Tapdıq Əzizə sığınan və Əzizin öz nəvəsi kimi himayə etdiyi bir yetimdir.
  1. 1 2 3 4 5 Kazımzadə, 2013. səh. 22–23
  2. Советские художественные фильмы: 1980-1981 (rus). Moskva: Нива России. 1995. 375.
  3. 1 2 Kinovedçeskiye zapiski (rus). 2004. səh. 326.
  4. 1 2 Quliyev, 1984. səh. 256
  5. "Набор 1977–1978 гг". kinobraz.ru (rus). 2020-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.
  6. "В Баку прошел вечер памяти народного артиста Гусейнаги Садыхова". news.day.az (rus). 16 fevral 2013. 2020-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.
  7. "Gürcü qızının oynaya bilmədiyi Azərbaycan filmi". news.milli.az (az.). 20 avqust 2014. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.
  8. Azəri, 2017. səh. 11