Babi Yarda güllələnmiş uşaqlara həsr olunmuş abidə

Babi Yarda güllələnmiş uşaqlara həsr olunmuş abidəBabi Yar qətliamında öldürülmüş uşaqlara qoyulmuş abidə. Abidə Ukraynanın Kiyev şəhəri ətrafında yerlşir.[1]

Babi Yarda güllələnmiş uşaqlara həsr olunmuş abidə
Xəritə
50°28′27″ şm. e. 30°26′59″ ş. u.HGYO
Ölkə Ukrayna Ukrayna
Şəhər Kiyev
Yerləşir Kiyev
Tikilmə tarixi 2001
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Babi Yar qətliamı 1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukraynanın Kiyev şəhəri yaxınlığında etnik yəhudilərə qarşı baş verib. İki gün ərzində 33.771 etnik yəhudi nasistlər tərəfindən öldürülüb. Babi Yar qətliamı öldürülən insanların sayına görə Polşanın işğalı zamanı öldürülən 42-43 min nəfər və 1941-ci ildə törədilmiş Odessa qətliamından öldürülən 50 min nəfərdən say baxımından geri qalsa da, müharibə tarixində ən qısa vaxtda maksimal dərəcədə ən çox insanın öldürüldüyü cinayət kimi tarixə düşüb. Tədqiqatçıların hesablamalarına görə Babiy Yar qətliamında 150 minə yaxın yəhudi güllələnib, lakin bu saya 3 yaşa qədər öldürülmüş uşaqlar daxil deyil çünki onları saymırdılar.[2] Uşaqları öldürəndə çox vaxt gülləyə qənaət etmək məqsədilə onları çox vaxt ya dəyənəklə vurub ya da torpağa basdırıb öldürürdülər. [3] [4]

Abidə 30 sentyabr 2001-ci ildə qoyulub. Heykəltəraşı Valeri Medvedyev, memarı isə Yuriy Melniçukdur və R.Buxarenkodur.[5] Abidə bürüncdəndir və mərmər postamentin üzərinə qoyulub. Burada abidənin mərkəzində əllərini uzatmış qız uşağı təsvir olunub, ətrafında isə asılmış və başı qopmuş oyuncaqlar təsvir edilib. Abidə "Doroqojiçi" metro stansiyasının çıxışında yerləşir. [1]

  1. 1 2 "Памятник детям, расстрелянным в Бабьем Яру" (rus. ). kiev-foto.info. 22 avqust 2018. 12 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fevral 2020.
  2. "Бабий Яр" (rus. ). eleven.co.il. 5 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fevral 2020.
  3. İtamar Ayxner. "Автор памятника детям Бабьего Яра репатриировался в Израиль накануне Дня Катастрофы" (rus. ). vesty.co.il. 1 may 2019. 12 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fevral 2020.
  4. Sergey Smolyannikov. "Боль Бабьего Яра – память душ и сердец" (rus. ). webkamerton.ru. 29 sentyabr 2011. 12 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fevral 2020.
  5. "Памятник детям, расстрелянным в Бабьем Яру в 1941 году" (rus. ). shukach.com. 20 sentyabr 2014. 12 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fevral 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]