Bu məqaləni vikiləşdirmək lazımdır. |
Babil təqvimi — qədim təqvimlərdən biri.
Təqvim | |||
---|---|---|---|
Təqvim haqqında | |||
Təqvim tipi |
|||
Təqvim dövrü | Uzun illərin daxil edilməsi |
||
| |||
Digər təqvimlər | |||
Armelin · Assuriya · Astek · Benqal · Berber · Bəhai · Budda · Babil · Bizans · Vyetnam · Gilburd · Hind · Holosen · Qafqaz Albaniyası · Qriqori · Gürcü · Qədim yunan · Qədim Misir · Qədim hind · Qibti · Qədim Çin · Qədim fars · Qədim slavyan · Yəhudi · Zərdüşt · Hindistan · İnk · Hicri-qəməri ·Hicri-şəmsi · İrland · Çin · Kont · Malay · Mayya · Nepal · Yuli · Roma · Rumi · Simmetrik · Tamil · Tay Günəş · Tibet · Üçmövsümlü · Türkmən · Universal · Fransız · Xanaane · Xani · Çuçxe · İsveç · Şumer · Efiopiya · Yava · Yapon |
Şumerdə e.ə. IV minilliyin sonu-III minilliyin başlanğıcında hər bir şəhərin öz təqvimi var idi. Kahinlər ulduzlu səmanı müşahidə etməklə xeyli astronomik nəticəni əldə etmişlər. E.ə. III minillikdə səma cisimlərinin hərəkətinin müşahidə etmək üçün hündürlüyü 20 m-ə çatan çoxmərtəbəli qüllələr inşa olunurdu. Bu qüllələr adətən məbədlərin yanında tikilirdi. Üst hissəsində ibadətgah olurdu. Ümumiyyətlə İkiçayarasının əhalisinin qədim inamında astral sitayişlər geniş yayılmışdır. İkiçayarasının erkən sivilizasiyalarında təsərrüfat həyatının tənzimlənməsində ayın hərəkətinə xüsusi yer verildiyində buradakı şəhər və dövlətlərin ilk təqvimləridə qəməri təqvim olmuşdur. E. ə II minillikdə İkiçayarısında Babilistan güclənib hökmran mövqe tutdu. Babil hökmdarı Hammurapi bir çox islahatlar, o cümlədən təqvim islahatı keçirmişdir. İkiçayarasında çox təqvimlilik sisteminə son qoyaraq rəsmi surətdə Ur şəhərinin qəməri-şəmsi təqvimini vahid təqvim elan etmişdir. Babil təqviminə görə il 12 aydan ibarət idi:
Hər bir ay 29 və ya 30 gündən ibarət idi. Yeni il yaz gecə-gündüz bərabərliyi ilə başlanırdı. Ayların adlarının əksəriyyəti mənşə etibari ilə Şumer tanrılarının adı ilə bağlı idi. Məsələn "Nisanu" yağış tanrısı, "Duüzü" çobanlar tanrısı idi.
Tədricən qəməri təqvimin şəmsi təqvimə uyğunlaşdırmaq zərurəti yaranmışdır. Yeni sistemdə hər səkkiz ildən bir 13-cü ay əlavə edilirdi. Babillər şumerlərdən ayın 7 günlük həftələrə bölünməsi sistemini də götürmüşdülər.