Fransız inqilabı təqvimi

Fransa respublikaçı təqvimi və ya İnqilab təqvimiBöyük Fransa inqilabından sonra 5 oktyabr 1793-cü ildə Milli Konvent tərəfindən verilmiş dekretlə Fransada tətbiq olunmağa başlanılmış təqvim. Fransa respublikaçı təqvimi 1 yanvar 1806-cı ildə Napoleon Bonapart tərəfindən ləğv edilmişdir. Təqvim Jilber Rommun rəhbərliyi altında hazırlanmışdır. Məqsəd dini xristian təqvimi yerinə ateist və materialist təqvim yaratmaq olmuşdur.

Təqvim
Təqvim haqqında
Təqvim
tipi

Günəş, Ay, Ay-Günəş

Təqvim dövrü Uzun illərin
daxil edilməsi

Digər təqvimlər
Armelin · Assuriya · Astek · Benqal · Berber · Bəhai · Budda · Babil · Bizans · Vyetnam · Gilburd · Hind · Holosen · Qafqaz Albaniyası · Qriqori · Gürcü · Qədim yunan · Qədim Misir · Qədim hind · Qibti · Qədim Çin · Qədim fars · Qədim slavyan · Yəhudi · Zərdüşt · Hindistan · İnk · Hicri-qəməri ·Hicri-şəmsi · İrland · Çin · Kont · Malay · Mayya · Nepal · Yuli · Roma · Rumi · Simmetrik · Tamil · Tay Günəş · Tibet · Üçmövsümlü · Türkmən · Universal · Fransız · Xanaane · Xani · Çuçxe · İsveç · Şumer · Efiopiya · Yava · Yapon
Fransa respublikaçı təqvimi (II Fransa Respublikası (1793/1794).

Təqvimdə Fransa inqilabının birinci ili — 1792-ci il era başlanğıcı elan edilir. Beləliklədə xristianlıqla başlanan era isə ləğv edilmiş olunur. 1792-ci ilin 22 sentyabrından başlayaraq illər hesablanmağa başlanmış olur. İl hər biri 30 gündən ibarət 12 aya bölünür. Qalıq qalmış 5 ya 6 gün isə sankulotid adlandırılmışdır. Hər bir gün isə təbiət hadisələrinə müvafiq xüsusi adlarla adlandırılmışdır. Ayları isə fransız, yunan və latın söz köklərinin konstruksiyalarından yaranmış adlarla (məsələn: "früktidor" — "bar verən" = lat. fructus — "meyvə, bar" + yun. δῶρον — "vergi") adlandırılmışdır.

  • Payız
    • Vandemyer (fr. Vendémiaire) (22 sentyabr — 21 oktyabr) — üzüm yığımı ayı
    • Brümer (fr. Brumaire) (22 oktyabr — 20 noyabr) — duman ayı
    • Frimer (fr. Frimaire) (21 noyabr — 20 dekabr) — şaxta ayı
  • Qış
    • Nivoz (fr. Nivôse) (21 dekabr — 19 yanvar) — qar ayı
    • Pluvioz (fr. Pluviôse) (20 yanvar — 18 fevral) — yağış ayı
    • Vantoz (fr. Ventôse) (19 fevral — 20 mart) — külək ayı
  • Yaz
    • Jerminal (fr. Germinal) (21 mart — 19 aprel) — cücərmə ayı
    • Floreal (fr. Floréal) (20 aprel — 19 may) — çiçəklənmə ayı
    • Prerial (fr. Prairial) (20 may — 18 iyun) — zəmi ayı
  • Yay
    • Messidor (fr. Messidor) (19 iyun — 18 iyul) — yığım ayı
    • Termidor (fr. Thermidor) (19 iyul — 17 avqust) — istilər ayı
    • Fruktidor (fr. Fructidor) (18 avqust — 16 sentyabr) — məhsul ayı
Vandemyer
(22 sentyabr — 21 oktyabr)
üzüm yığımı ayı
Brümer
(22 oktyabr — 20 noyabr)
duman ayı
Frimer
(21 noyabr — 20 dekabr)
şaxta ayı
  1. Raisin (üzüm)
  2. Safran (zəfəran)
  3. Châtaigne (şabalıd)
  4. Colchique ()
  5. Cheval (at)
  6. Balsamine (balzam)
  7. Carotte (yerkökü)
  8. Amarante (pəncər)
  9. Panais ()
  10. Cuve (çən, su anbarı)
  11. Pomme de terre (kartof)
  12. Immortelle (Solmaz Çiçəyi)
  13. Potiron (balqabaq)
  14. Réséda (əspərək)
  15. Âne (uzunqulaq)
  16. Belle de nuit (mirabilis)
  17. Citrouille (boranı)
  18. Sarrasin (qarabaşaq)
  19. Tournesol (günəbaxan)
  20. Pressoir (pres)
  21. Chanvre (çətənə)
  22. Pêche (şaftalı)
  23. Navet (şalğam)
  24. Amaryllis ()
  25. Bœuf (buğa)
  26. Aubergine (badımcan)
  27. Piment (bibər)
  28. Tomate (pomidor)
  29. Orge (arpa)
  30. Tonneau (çəllək)
  1. Pomme (alma)
  2. Céleri (kərəviz)
  3. Poire (armud)
  4. Betterave (çuğundur)
  5. Oie (qaz)
  6. Héliotrope ()
  7. Figue (incil)
  8. Scorsonère (Silindr)
  9. Alisier (quşarmudu)
  10. Charrue (Kotan)
  11. Salsifis (yemlik)
  12. Macre ()
  13. Topinambour (köküyumru günəbaxan)
  14. Endive ()
  15. Dindon (hindtoyuğu)
  16. Chervis (şəkər çuğunduru)
  17. Cresson (Adi acıqıjı)
  18. Dentelaire ()
  19. Grenade (nar)
  20. Herse (xış)
  21. Bacchante ()
  22. Azerole (yemişan)
  23. Garance ()
  24. Orange (portağal)
  25. Faisan (qırqovul)
  26. Pistache (püstə)
  27. Macjonc (Lathyrus tuberosus)
  28. Coing (heyva)
  29. Cormier ()
  30. Rouleau (silindr)
  1. Raiponce ()
  2. Turneps ()
  3. Chicorée (Kasnı)
  4. Nèfle (əzgil)
  5. Cochon (donuz)
  6. Mâche ()
  7. Chou-fleur (gül kələm)
  8. Miel (bal)
  9. Genièvre (ardıc)
  10. Pioche ()
  11. Cire (mum)
  12. Raifort ()
  13. Cèdre (sidr)
  14. Sapin (küknar)
  15. Chevreuil (cüyür)
  16. Ajonc ()
  17. Cyprès (sərv)
  18. Lierre (daşsarmaşığı)
  19. Sabine (Juniperus sabina)
  20. Hoyau (toxa)
  21. Érable sucré (ağcaqayın)
  22. Bruyère ()
  23. Roseau (qamış)
  24. Oseille (əvəlik)
  25. Grillon (Cırcırama)
  26. Pignon (sidr qozası)
  27. Liège (tıxac)
  28. Truffe (trüfel)
  29. Olive (zeytun)
  30. Pelle (bel)
Nivoz
(21 dekabr — 19 yanvar)
qar ayı
Pluvioz
(20 yanvar — 18 fevral)
yağış ayı
Vantoz
(19 fevral — 20 mart)
külək ayı
  1. Tourbe (torf)
  2. Houille (daş kömür)
  3. Bitume (bitum)
  4. Soufre (kükürd)
  5. Chien (it)
  6. Lave (lava)
  7. Terre végétale (torpaq)
  8. Fumier (peyin)
  9. Salpêtre ()
  10. Fléau (taxıldöyən)
  11. Granit (qranit)
  12. Argile (gil)
  13. Ardoise ()
  14. Grès (qumdaşı)
  15. Lapin (dovşan)
  16. Silex ()
  17. Marne ()
  18. Pierre à chaux (əhəng daşı)
  19. Marbre (mərmər)
  20. Van ()
  21. Pierre à plâtre (gips)
  22. Sel (duz)
  23. Fer (dəmir)
  24. Cuivre (mis)
  25. Chat (pişik)
  26. Étain (qalay)
  27. Plomb (qurğuşun)
  28. Zinc (sink)
  29. Mercure (civə)
  30. Crible (ələk)
  1. Lauréole (mamır)
  2. Mousse (мох)
  3. Fragon (bigəvər)
  4. Perce-neige (xədicəgülü)
  5. Taureau (buğa)
  6. Laurier tin ()
  7. Amadouvier (mantar)
  8. Mézéréon (adi canavargiləsi)
  9. Peuplier (qovaq)
  10. Coignée (balta)
  11. Ellébore (şaxtagülü)
  12. Brocoli ()
  13. Laurier (dəfnə)
  14. Avelinier (fındıq)
  15. Vache (inək)
  16. Buis (şümşad)
  17. Lichen (şibyələr)
  18. If (qaraçöhrə)
  19. Pulmonaire (öfgəotu)
  20. Serpette (bağça [[bıçaq]ı])
  21. Thlaspi (iberis)
  22. Thimelé (Canavargiləsi)
  23. Chiendent ()
  24. Trainasse (qırxbuğum)
  25. Lièvre (çöl dovşanı)
  26. Guède (rəngotu)
  27. Noisetier (fındıq)
  28. Cyclamen (meşənovruzu)
  29. Chélidoine (dəmrovotu)
  30. Traîneau (xizək)
  1. Tussilage (öskürəkotu)
  2. Cornouiller (zoğal)
  3. Violier (Sarılıqotu)
  4. Troène ()
  5. Bouc (dağ keçisi)
  6. Asaret (çobandüdüyü)
  7. Alaterne ()
  8. Violette (bənövşə)
  9. Marceau (keçi söyüdü)
  10. Bêche (kürək)
  11. Narcisse (Nərgizgülü)
  12. Orme (qarağac)
  13. Fumeterre (şahtərə)
  14. Vélar (şüvərən)
  15. Chèvre (keçi)
  16. Épinard (şpinat)
  17. Doronic ()
  18. Mouron ()
  19. Cerfeuil ()
  20. Cordeau (qaytan)
  21. Mandragore (Mandraqora)
  22. Persil ()
  23. Cochléaria ()
  24. Pâquerette (qızçiçəyi)
  25. Thon (tun)
  26. Pissenlit (zəncirotu)
  27. Sylvie (Anemonoides nemorosa)
  28. Capillaire (adiant)
  29. Frêne (göyrüş)
  30. Plantoir ()
Jerminal
(21 mart — 19 aprel)
cücərmə ayı
Floreal
(20 aprel — 19 may)
çiçəklənmə ayı
Prerial
(20 may — 18 iyun)
zəmi ayı
  1. Primevère (novruzçiçəyi)
  2. Platane ()
  3. Asperge (Qulançar)
  4. Tulipe (lalə)
  5. Poule (toyuq)
  6. Bette ()
  7. Bouleau (Tozağacı)
  8. Jonquille (nərgiz)
  9. Aulne ()
  10. Couvoir (inkubator)
  11. Pervenche (qıfotu)
  12. Charme (Vələs)
  13. Morille ()
  14. Hêtre (fıstıq)
  15. Abeille (bal arısı)
  16. Laitue (kahı)
  17. Mélèze (qara şam)
  18. Ciguë (subaldırğanı)
  19. Radis (qırmızı turp)
  20. Ruche (pətək)
  21. Gainier ()
  22. Romaine ()
  23. Marronnier (şabalıd)
  24. Roquette ()
  25. Pigeon (göyərçin)
  26. Lilas (yasəmən)
  27. Anémone (əsmə)
  28. Pensée (üçrəng bənövşə)
  29. Myrtille (qaragilə)
  30. Greffoir (bıçaq)
  1. Rose (qızılgül)
  2. Chêne (palıd)
  3. Fougère ()
  4. Aubépine (yemişan)
  5. Rossignol (bülbül)
  6. Ancolie (Akvilegiya)
  7. Muguet (Keysk inciçiçəyi)
  8. Champignon (göbələk)
  9. Hyacinthe (sünbülçiçək)
  10. Râteau (dırmıq)
  11. Rhubarbe ()
  12. Sainfoin ()
  13. Bâton-d’or (sarılıqotu)
  14. Chamérops ()
  15. Ver à soie (tut ipəkqurdu)
  16. Consoude (xəndəkotu)
  17. Pimprenelle (sincanotu)
  18. Corbeille d’or ()
  19. Arroche (sirkən)
  20. Sarcloir ()
  21. Statice (dəvəayağı)
  22. Fritillaire (zanbaqca)
  23. Bourrache (xiyar)
  24. Valériane (pişikotu)
  25. Carpe (karp)
  26. Fusain (Gərməşov)
  27. Civette (mala soğanı)
  28. Buglosse (İtaliya sümürgəni)
  29. Sénevé (ağ xardal)
  30. Houlette (çomaq)
  1. Luzerne (medicago)
  2. Hémérocalle (günotu)
  3. Trèfle (yonca)
  4. Angélique (tütəkcə)
  5. Canard (ördək)
  6. Mélisse (ballınanə)
  7. Fromental ()
  8. Martagon ()
  9. Serpolet (sürünən kəklikotu)
  10. Faux (dəryaz)
  11. Fraise (çiyələk)
  12. Bétoine ()
  13. Pois (noxud)
  14. Acacia (akasiya)
  15. Caille ()
  16. Œillet (qərənfil)
  17. Sureau ()
  18. Pavot (xaşxaş)
  19. Tilleul (cökə)
  20. Fourche (yaba)
  21. Barbeau (göyçiçək)
  22. Camomille (çobanyastığı)
  23. Chèvrefeuille (doqquzdon)
  24. Caille-lait (qatıqotu)
  25. Tanche (lilbalıq)
  26. Jasmin (yasəmən)
  27. Verveine ()
  28. Thym (kəklikotu)
  29. Pivoine ()
  30. Chariot (qoşqu arabası)
Messidor
(19 iyun — 18 iyul)
yığım ayı
Termidor
(19 iyul — 17 avqust)
istilər ayı
Fruktidor
(18 avqust — 16 sentyabr)
məhsul ayı
  1. Seigle (çovdar)
  2. Avoine (yulaf)
  3. Oignon (soğan)
  4. Véronique ()
  5. Mulet (qatır)
  6. Romarin (rozmarin)
  7. Concombre (xiyar)
  8. Échalote ()
  9. Absinthe ()
  10. Faucille (oraq)
  11. Coriandre (keşniş)
  12. Artichaut (ənginar)
  13. Girofle (mixək)
  14. Lavande (lavanda)
  15. Chamois (qarapaça)
  16. Tabac (tütün)
  17. Groseille (qarağat)
  18. Gesse (güllücə)
  19. Cerise (albalı)
  20. Parc ()
  21. Menthe (nanə)
  22. Cumin (adi cirə)
  23. Haricot (lobya)
  24. Orcanète ()
  25. Pintade (hind quşu)
  26. Sauge (adaçayı)
  27. Ail (sarımsaq)
  28. Vesce (noxud)
  29. Blé (buğda)
  30. Chalémie (şаlmey)
  1. Épeautre (Ayıqulaq sığırquyruğu)
  2. Bouillon blanc ()
  3. Melon (yemiş)
  4. Ivraie (quramit)
  5. Bélier (qoyun)
  6. Prêle (Qatırquyruğu)
  7. Armoise (yovşan)
  8. Carthame ()
  9. Mûre (Böyürtkən)
  10. Arrosoir ()
  11. Panic ()
  12. Salicorne ()
  13. Abricot (ərik)
  14. Basilic (reyhan)
  15. Brebis (qoyun)
  16. Guimauve (Bəlğəmotu)
  17. Lin ()
  18. Amande (badam)
  19. Gentiane (Acıçiçək)
  20. Écluse (su bəndi)
  21. Carline (Yumaqotu)
  22. Câprier ()
  23. Lentille (Mərcimək)
  24. Aunée ()
  25. Loutre ()
  26. Myrte ()
  27. Colza (raps)
  28. Lupin ()
  29. Coton (pambıq)
  30. Moulin (dəyirman)
  1. Prune (gavalı)
  2. Millet ()
  3. Lycoperdon ()
  4. Escourgeon ()
  5. Saumon (losos)
  6. Tubéreuse ()
  7. Sucrion (arpa)
  8. Apocynum (kəndir)
  9. Réglisse (Şirinbiyan)
  10. Échelle (pilləkan)
  11. Pastèque (qarpız)
  12. Fenouil (Şüyüd)
  13. Épine vinette (zirinc)
  14. Noix (qoz)
  15. Truite (forel)
  16. Citron (limon)
  17. Cardère (Fırçaotu)
  18. Nerprun ()
  19. Tagette ()
  20. Hotte (səbət)
  21. Églantine (itburnu)
  22. Noisette (meşə qozu)
  23. Houblon (Mayaotu)
  24. Sorgho ()
  25. Écrevisse (xərçəng)
  26. Bigarade ()
  27. Verge d’or ()
  28. Maïs (qarğıdalı)
  29. Marron (şabalıd)
  30. Panier (səbət)

Dekada günləri

[redaktə | mənbəni redaktə et]
  • primidi (fr. Primidi) — I dekada
  • duodi (fr. Duodi) — II dekada
  • tridi (fr. Tridi) — III dekada
  • kvartidi (fr. Quartidi) — IV dekada
  • kvintidi (fr. Quintidi) — V dekada
  • sekstidi (fr. Sextidi) — VI dekada
  • septidi (fr. Septidi) — VII dekada
  • oktidi (fr. Octidi) — VIII dekada
  • nonidi (fr. Nonidi) — IX dekada
  • dekadi (fr. Decadi) — X dekada

Vətəndaşlara dekadanın hansı günlərini istirahət etməklərini özlərinin seçməsi təklif olunur. Dövlət məmurları isə dekadanın yalnız bir günü istirahət kimi istifadə edə bilərlər.

  1. Xeyirhaqlıq Günü/Xeyirhaqlıq (fr. La Fête de la Vertu) — 17 sentyabr
  2. Qabiliyyət Günü/Qabiliyyət (fr. La Fête du Génie) — 18 sentyabr
  3. Əmək Günü/Əmək (fr. La Fête du Travail) — 19 sentyabr
  4. Rəylər Günü/Rəylər (fr. La Fête de l'Opinion) — 20 sentyabr
  5. Mükafat Günü/Mükafat (fr. La Fête des Récompenses) — 21 sentyabr
  6. İnqilab Günü/İnqilab (fr. La Fête de la Révolution)

"Sankulotidlər" (fr. sans-culottides) Sankulotlar sözündən götürülmüşdür.

Yeni zaman vahidləri

[redaktə | mənbəni redaktə et]

Uzunluq, həcm, çəki vahidləri kimi zaman üçün də onluq sistemi yaradılmışdır. Belə ki, 1 dekada 10 günə bir gün 10 saata, hər bir saat 100 dəqiqəyə, hər bir dəqiqə isə 100 saniyəyə bölünmüş olur.

24 noyabr 1793cü il (4 Frimer II) dektetindən:

fr. XI. Le jour, de minuit à minuit, est divisé en dix parties ou heures, chaque partie en dix autres, ainsi de suite jusqu’à la plus petite portion commensurable de la durée. La centième partie de l'heure est appelée minute décimale; la centième partie de la minute est appelée seconde décimale.

Tərcümə:

XI Gün, günortadan gecəyarısınadək 10 hissəyə və ya saata bölünəcək, hər bir hissə isə daha kiçik ölçü vahidlərinə bölünəcək. Saatın yüzdə biri desidəqiqə adlanmalıdır; dəqiqənin yüzdə biri isə desisaniyə adlanmalıdır.

Bundan belə gecəyarısı 12 saat əvəzinə saat 10 və günorta isə saat 5 hesab olunur.

İnqilab dövrünə aid saat sfeblatı
onluqlu vahidlər standart vahidlə müqayisə
Dekada (fr. décade) = 10 gün 10 gün
Gün (fr. jour) = 10 saat gün
Saat (fr. heure) = 100 dəqiqə 2 saat 24 dəqiqə
Dəqiqə (fr. minute) = 100 saniyə 1 dəqiqə 26,4 saniyə
Saniyə (fr. seconde) 0,864 saniyə