Rumi təqvim (türk. Rumi takvim) — təqvim, Osmanlı İmperiyasında 1840-cı ildən başlamaqla istifadə edilmiş və Türkiyə Respublikası zamanına — 1926-cı ilə qədər, istifadəsi davam etmiş rəsmi təqvim.
Təqvim | |||
---|---|---|---|
Təqvim haqqında | |||
Təqvim tipi |
|||
Təqvim dövrü | Uzun illərin daxil edilməsi |
||
| |||
Digər təqvimlər | |||
Armelin · Assuriya · Astek · Benqal · Berber · Bəhai · Budda · Babil · Bizans · Vyetnam · Gilburd · Hind · Holosen · Qafqaz Albaniyası · Qriqori · Gürcü · Qədim yunan · Qədim Misir · Qədim hind · Qibti · Qədim Çin · Qədim fars · Qədim slavyan · Yəhudi · Zərdüşt · Hindistan · İnk · Hicri-qəməri ·Hicri-şəmsi · İrland · Çin · Kont · Malay · Mayya · Nepal · Yuli · Roma · Rumi · Simmetrik · Tamil · Tay Günəş · Tibet · Üçmövsümlü · Türkmən · Universal · Fransız · Xanaane · Xani · Çuçxe · İsveç · Şumer · Efiopiya · Yava · Yapon |
Osmanlı İmperiyasında 1839-cu ilə —Tənzimat dövrünə, qədər bütün islam ölkələrində olduğu kimi rəsmi təqvim Hicri-qəməri təqvimi idi. Hicri-qəməri təqvimin isə 33 ili təxminən 32 tropik ilə bərabərdir. Ay səhifələrinin dəyişməsinə əsaslanan Hicri-qəməri təqvim ili tropik ildən təx. 11 gün qısa olduğuna görə onda fəsillər daima yerlərini dəyişir. Məsələn, Hicri-qəməri təqvimin ayı həm qış fəslinə və həm də yay fəslinə təsəadüf edə bilər; başqa sözlə, haçansa qış fəslinə təsadüf edən Hicri-qəməri təqviminin ayı, 15-16 il sonra yay fəslinə təsadüf etməlidir. Bu hal isə Osmanlı İmperiyasında mövsümü işlərin planlaşdırılmasında və icrasında, o cümlədən, məhsula görə vergilərin toplanmasında və hesalanmasında çətinliklər yaradırdı.
Hələ 1677-ci ildə Sultan IV Mehmedin baş xəzinədarı Həsən paşanın təşəbbüsü ilə Hicri-qəməri təqvimin hər 33 ilində günəş təqviminə nisbətən yaranan 1 artıq ili atmaq yolu ilə maliyyə sənədlərini qaydaya salmağa başlamışdılar.
1740-ci ildə - I Mahmudun hakimiyyəti dövründə isə xəzinədar Atıf əfəndinin təklifi ilə maliyyə ilinin 1-ci ayı kimi Hicri-qəməri təqviminin məhərrəm ayı əvəzinə Yuli təqviminin mart ayı əsas götürüldü və vergilər də bu aydan başlayan dövrülük əsasında toplandı.
1794-cü ildə - I Əbdülhəmidin hakimiyyəti dövründə isə xəzinədar Osman əfəndinin təklifi ilə dövlət mədaxil-məxaricini də maliyyə ili əsasında hesablamağa başladılar.
1677-ci ildən maliyyə işləri üçün istifadə edilən Yuli təqvimi I Əbdülməcidin hakimiyyətə gəlməsindən az sonra - 13 mart 1840-cı ildə[1], Tənzimat çərçivəsində rəsmi təqvim statısu aldı və "Rumi təqvim"[2] deyə adlandı. Amma Rumi təqvim Yuli təqvimindən 2 cəhətinə görə fərqlənirdi:
1582-ci ildə Papa Qriqori tərəfindən Yuli təqvimində etdilən islahatdan sonra həmin təqvimin meydana çıxan yeni versiyası — "Qriqori təqvimi" adı ilə tanan yeni təqvim, artıq 20-ci əsrin əvvəllərində Avropa ölkələrinin əksəriyyətinin və dünya ölkələrinin çoxunun rəsmi təqvimi olmuşdu. Osmanlı İmperiyasında isə 21 fevral 1917-ci il tarixdə [5], 125 sayılı qanunla Rumi təqvim Qriqori təqviminə uyğunlaşdırıldı;
Türkiyə Respublikasında 26 qanuni-əvvəl (aralıq) 1341-ci il[9] tarixdə qəbul olunmuş 698 saylı qanunla isə hicri erası əvəzinə, illərin nömrələnməsi üçün miladi eranı əsas götürdülər. Beləliklə də Rumi təqvim Qriqori təqviminə tam uyğulaşdırıldı və bundan sonra "Miladi təqvim", yaxud "Qriqori təqvimi" deyə adlanmağa başladı.
Amma Türkiyə Respublikasında 1983-cü ilə qədər martın 1-i maliyyə ilinin başlanğıcı olmaqda davam etmişdi.
10 yanvar 1945-ci il tarixdə isə ay adlarından semit və köhnə osmanlıca olan 4-ü təmiz türk sözləri ilə əvəz edilmişdir.
Rumi təqvimdə illərin nömrələnməsı hicri-qəməri təqvimdə olduğu kimi 622-ci ildən, yəni hicrətin baş verdiyi ildən başlayırdı, lakin aylar Yuli təqvimindən götürülmə idi və il mart ayının 1-də başlayırdı. Bu nöqteyi-nəzərdən isə 1 mart 622-ci il tarixi şərti olaraq Rumi təqvimin erası hesab edilməlidir.
125 sayılı qanundan sonra sırası | Maliyyə işlərində adı (1983-cü ilə qədər) | Adı; (1945-ci ildə verilən yeni adı) | Ərəb əlifbası ilə (ocmanlıca) adı | Günlərin sayı | Notlar |
1 | Onbirinci ay | Qanuni-sani (Ocaq) | كانون الثاني | 31 | İkinci qanun |
2 | Onikinci Ay | Şubat | شباط | 28 | |
3 | Birinci ay | Mart | مارت | 31 | |
4 | İkinci ay | Nisan | نيسان | 30 | |
5 | Üçüncü ay | Mayıs | مايس | 31 | |
6 | Dördüncü ay | Haziran | حزيران | 30 | |
7 | Beşinci ay | Temmuz | تموز | 31 | |
8 | Altıncı ay | Ağustos | أغسطس | 31 | |
9 | Yeddinci ay | Eylül | أيلول | 30 | |
10 | Səkkizinci ay | Teşrini-əvvəl (Ekim) | تشرين الاول | 31 | İlk teşrin |
11 | Doqquzuncu ay | Teşrini-sani (Qasım) | تشرين الثاني | 30 | İkinci teşrin |
12 | Onuncu ay | Qanuni-əvvəl (Aralıq) | كانون الاول | 31 | İlk qanun |