Baciyan-i Rum (Roma bacıları)[1] — Anadolu tarixinin bəylik dövrünün axırlarında mövcud olmuş, qadınlardan ibarət milis təşkilatı.[2]
Baciyan-i Rum termini ilk dəfə XV əsrdə yaşamış Osmanlı tarixçisi Aşıqpaşazadə tərəfindən qeyd edilmişdir.[3]
Təşkilatın sadəcə qadınlardan ibarət olması və Aşıqpaşazadənin əsərindən başqa heç bir yerdə adlarının çəkilməməsi araşdırmaçıların diqqətini cəlb etmişdir. İddiaya görə, bu, yazı xətası olmuşdur. Frans Teşner irəli sürmüşdür ki, terminin ilkin versiyası "Hacıyan-ı Rum" (Roma Həccləri) və ya "Bəxşiyan-ı Rum" (Roma məmurları) olmuşdur.[4] Əhməd Zəki Vəlidi Toğan da bu iddianı dəstəkləmişdir.[5]
Digər tərəfdən, Mehmed Fuad Köprülü Hacı Bəktaş Vəlinin onlarla olan əlaqəsi və Bəktaşın sektasının qadın üzvlərinə adətən "bacı" ləqəbi ilə xitab edildiyini nəzərə alaraq, bildirmişdir ki, belə bir təşkilatın mövcud olması mümkündür. Bertrandon de la Brokyerin səyahətlərini təsvir edən kitab Körpülünün iddialarını dəstəkləmişdir. La Brokyer qeyd etmişdir ki, Dulkadir bəyliyində qadınlardan ibarət bir türkmən milisi mövcuddur.[6]