BackTrack Linux əsaslı təhlükəsizliyin yoxlanılması üçün nəzərdə tutlmuş bir əməliyyat sistemidir. İçindəki alətlərin köməyi ilə bir çox sahədə test aparmaq mümkündür. Masaüstü mühiti olaraq Bash, KDE Plasma Desktop, Fluxbox və GNOME istifadə olunur. BackTrack hal-hazırda dəstəklənmir. Səbəbi isə tərtibatçıların daha üstün bir əməliyyat sistemi olan Kali Linux-ı yaratması olmuşdur.
BackTrack | |
---|---|
Yaradıcı | Mati Aharoni, Devon Kearns, Offensive Security. |
ƏS ailəsi | Unix bənzəri |
Bazası | Debian, Ubuntu |
Mənbə kodu | Açıq kodlu |
Buraxılış tarixi | 5 Fevral 2006 (beta versiya) |
Son versiya | BackTrack 5 R3 — 13 Avqust 2012 |
Yenilənmə üsulu | APT |
Dəstəklənən platformalar | i386 (x86), AMD64 (x86-64), ARM |
Nüvə tipi | Monolit nüvə |
İnterfeys | Bash, KDE Plasma Desktop, Fluxbox, GNOME |
Lisenziya | Müxtəlif |
Vəziyyəti | Dəstəklənmir |
Veb-saytı | www.backtrack-linux.org |
Vikianbarda əlaqəli mediafayllar |
BackTrack istifadəçilərə port skanerlərindən Təhlükəsizlik Auditinə qədər hərtərəfli və geniş təhlükəsizliklə bağlı alətlər toplusuna asan çıxış təmin etdi. Live CD və Live USB funksionallığına dəstək istifadəçilərə quraşdırma tələb etmədən birbaşa portativ mediadan BackTrack-i yükləməyə imkan verdi, baxmayaraq ki, sabit diskə və şəbəkəyə daimi quraşdırma da seçim idi.
BackTrack-a bir çox tanınmış təhlükəsizlik alətləri daxildir:
Tarix | Buraxılış |
---|---|
5 Fevral 2006 | BackTrack v.1.0 (beta versiya) |
26 May 2006 | Backtrack v.1.0 (ilk versiya) |
6 Mart 2007 | BackTrack 2 |
19 İyun 2008 | BackTrack 3 |
9 Yanvar 2010 | BackTrack 4 (Linux kernel 2.6.30.9) |
8 May 2010 | BackTrack 4 R1 |
22 Noyabr 2010 | BackTrack 4 R2 |
10 May 2011 | BackTrack 5 (Linux kernel 2.6.38) |
18 Avqust 2011 | BackTrack 5 R1 (Linux kernel 2.6.39.5) |
1 Mart 2012 | BackTrack 5 R2 (Linux kernel 3.2.6) |
13 Avqust 2012 | BackTrack 5 R3 |