Bu məqaləni vikiləşdirmək lazımdır. |
Nəcəfov Bahadur Teymur oglu (d.1933, Laçın rayonu, Pircahan-v.12 noyabr, 2000, Bakı) — tədqiqatçı pedaqoq.
Bahadur Nəcəfov | |
---|---|
Nəcəfov Bahadur Teymur oglu | |
Doğum tarixi | |
Doğum yeri | Pircahan, Laçın rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji İnstitutu |
Nəcəfov Bahadur Teymur oglu 1933-cü ildə Laçın rayonunun Pircahan kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb.
İlk pedoqoji təhsilini 1950–1951-ci illərdə Laçın Pedoqoji məktəbində başlamışdır. Pedoqoji məktəbi qurtardıqdan sonra 18 yaşında ikən müəllimlik peşəsində ilk kövrək addımlarını atmışdır. 1952–1956 cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (Azərbaycan Dövlət Pedoqoji Universiteti) təhsilini davam etdirmişdir.
İnstitutu bitirdikden sonra Bahadur müəllimin pedoqoji əmək fəaliyyəti Azərbaycanın ən ucqar dağ kəndlərindən başlayıb. Bu Laçın rayonunun Hacıxanlı, Kürdhacı, Vağazin, Pircahan, Zabux və s.kəndlərini əhatə edir. Nəcəfov Bahadur Teymur oğlu doğulduğu Laçın rayonu Pircahan kəndinin ilk ali təhsilli ziyalılarındandır. O, dərs-tədris işləri ilə bərabər həm də elmi-pedoqoji fəaliyyətini də davam etdirib. Minimum imtahanlarını müvəfəqiyyətlə verərək aspiranturaya qəbul olur. Elmi mövzusu "Şagirdlərdə şifahi nitqin yazılı nitqlə əlaqəli inkişaf etdirilməsi" adlanırdı. Elmi rəhbəri isə pedoqoji elmlər doktoru, professor Ağaməmməd Abdullayev olmuşdur. Vaxtaşırı dövrü mətbuatda-qəzet və jurnallarda, ictimai radioda Azərbaycan dili qrammatikasına dair və müxtəlif mövzularda onun yaradıcılıq işləri işıqlandırılmışdır.
Bahadur Nəcəfov 12 noyabr 2000-ci ildə Bakı şəhərində vəfat edib.
Oğlu Xalid Nəcəfov 2013-cü ildə "Bahadur Nəcəfov: Xatirələrdə yaşayan ziyalı" adlı kitab yazmış və "Müəllim"nəşriyyatında çap etdirmişdir.
Atası Teymur Mərdanov, Anası isə Matah Ramazan qızı olmuşdur.