Pircahan — Azərbaycan Respublikasının Laçın rayonu Pircahan kənd inzibati ərazi dairəsində kənd.[1]
Pircahan | |
---|---|
39°43′34″ şm. e. 46°26′08″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Qədim pir olan yerdə salındığına görə Pircahan adlandırılmışdır.[2]
Bu ərazidə XI əsrə aid "Gavur qalası" adlanan tarixi abidə var. Laçının tarixi abidələri içərisində XVIII əsrin axırı və XIX əsrin əvvəllərində inşa edilmiş Pircahançay üzərindəki Məşədi Mehralı tağbənd körpüsü kəndin 4–5 km-də yerləşir, Həkəri çayının yuxarı hövzəsindədir. Pircahanlı Behbudalıyev Məşədi Mehralı Məşədi Mərdan oğlu bu körpünü öz şəxsi vəsaiti hesabına tikdirmişdir.[2]
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmiş, Pircahan kəndi isə qəza mərkəzi elan edilmişdir.[3] Sonradan Abdallar kəndinə köçürülmüşdür.[4] Kürdüstan qəzası ləğv edildikdən sonra Pircahan Laçın rayonunun tərkibinə daxil edilmişdir.[5]
Pircahan 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[6] Kəndin əhalisi daha sonra kəndi tərk etmək məcburiyyətində qalmış, bura etnik ermənilər köçürülmüşdür. Bakının Binə qəsəbəsində Pircahan orta məktəbi fəaliyyətini davam etdirmişdir.[7] Kənd əhalisinin bir hissəsi Ağcabədi rayonunun Taxtakörpü məcburi köçkünlər qəsəbəsində yerləşdirilmişdir. Burada Pircahan kəndinin mədəniyyət evi yerləşir.[8]
Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[9]
Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana, çörəkbişirmə sexi, pendir zavodu, rabitə şöbəsi və iki mağaza var idi.[2]
Pircahan kəndi Laçın rayon mərkəzindən təxminən 35 km qərbdə yerləşir.[2]
1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi Azərbaycan dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.[10] "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Seyidlər kənd qəzasının Pircahan kəndində 27 evdə 181 şiə kürd yaşayırdı. Onlardan 19 nəfər dövlət kəndliləri, qalanları isə mülkiyyətçi kəndliləri idi.[11] 1912-ci ilin "Qafqaz təqvimi"nə görə kənddə etnik tərkibi əsasən kürdlərdən ibarət olan 135 nəfər yaşayırdı.[12] 1983-cü ildə kənddə 504 nəfər yaşayırdı.[13]
Əhalinin əsas məşğuliyyəti heyvandarlıq və bağçılıq olmuşdur.[13] 2022-ci ildə "Azərişıq" ASC tərəfindən 17 km-lik 35 kV-luq "Bozlu–Pircahan" hava xəttinin tikintisi yekunlaşdırılmışdır.[14]
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |