Heydər məscidi — Bakı şəhərinin Binəqədi rayonunda yerləşən, 2012–2014-cü illərdə Prezident İlham Əliyevin tapşırığı ilə tikilən məscid.[2]
İslam | |
Heydər məscidi | |
---|---|
Din | |
Başçısı | Hacı Sabir Həsənli |
Xeyir-duası | 2015 Allahşükür Paşazadə tərəfindən |
Statusu | Qafqaz Müsəlmanları İdarəsi |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yeri | Binəqədi rayonu |
Ünvanı | 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi[1] |
Memarlıq | |
İnşa tarixi | 2012 – 2014 |
Tikdirəni | İlham Əliyev |
Memarı | Ədalət Məmmədov |
Üslubu | Şirvan-Abşeron memarlığı |
Binası | 2 gümbəz və 4 minarə |
Minarələrin sayı | 4 |
Minarələrin hündürlüyü | 95 m |
Tutumu | 7000 |
Ümumi sahəsi | 12.000 m² |
Vəziyyəti | İşlək |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Prezident İlham Əliyevin Sərəncamına əsasən 2012-ci ilin sentyabr ayında məscidin tikintisinə başlanılmışdır. 26 dekabr 2014-cü ildə ictimaiyyətin istifadəsinə verilən məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənmişdir. Məscid üzərində hündürlüyü 95 metr olan 4 minarə inşa olunmuşdur. 12.000 m² sahədə salınmış Heydər məscidinin daxili 4.200 m² sahəni əhatə edir. Məscidin 55 metr hündürlüyündə olan baş günbəzinin və 35 metr hündürlüyündə olan ikinci günbəzinin kənarlarına Quran ayələri yazılmışdır.[2] Məsciddə eyni vaxtda 7000-ə yaxın insan ibadət edə bilir.[1]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 26 dekabr 2014-cü il tarixində Heydər məscidinin açılışında iştirak etmişdir.[1]
Məscid 26 dekabr 2014-cü ildə ictimaiyyətin istifadəsinə verilmişdir.[3][4] Məscid 12.000 m² sahədə salınıb, daxili isə 4.200 m² sahəni əhatə edir.[3][4] Məscidin fasadı Şirvan – Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənilmiş, hündürlüyü 95 metr olan 4 minarə inşa olunmuşdur.[3][4] Məscidin 55 metr hündürlüyündə olan baş günbəzinin və 35 metr hündürlüyündə olan ikinci günbəzinin kənarlarına Quran ayələri yazılmışdır.[3][4]
Qafqaz Müsəlmanları İdarəsi məscidə sünni təriqəti üzrə imam (Hafiz Abbasov) və şiə təriqəti üzrə axund (Rüfət Qarayev) təyin edib.[5]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) axund və imam təyinatına baxmayaraq, "Heydər" məscidində dini icma yaradılmayacaq: "Bu məscid dini icma olmadan fəaliyyət göstərəcək. Bütün bunlar qanuna uyğundur. Çünki o məscid ayrıca bir kompleksdir və bir məscid-kompleks olaraq Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindədir. Bu baxımdan da buranın idarəçiliyi özəl formada həyata keçirilir. Ona görə də bu məscid digər məscidlərin idarəçiliyindəki qaydalarla deyil, kompleksin əsasnaməsini əsas götürülərək idarə olunacaq".[6]