Sabunçu Dəmiryol Stansiyası | |
Bakı↔Sabunçu | |
Ölkə | Azərbaycan |
Rayon | Sabunçu rayonu |
Şəhər | Bakı |
Tikilmə ili | 1880[1][2] |
İstismar ili | 1.880 |
Elektrikləşdirilməsi | 1.926 |
Sahibi | ADY QSC |
Operatoru | ADY QSC |
Platforma uzunluğu | 155 m |
Təkər oxu | 1.520 mm |
Şpalları | Beton |
Vəziyyəti | Tam işlək |
Sabunçu Dəmiryolu Stansiyası — Bakı şəhərinin Sabunçu rayonunda yerləşən sərnişin və yük qatarlarının keçdiyi dəmiryol stansiyası.
Sabunçu Dəmiryol Stansiyası Bakı-Moskva dəmiryolu xəttinin üzərində inşa edilmişdir.
Dəmir yolunun inşasına 1878-ci ildə başlanılır və 1879-cu ildə başa çatır. Dekabrın 17-dən etibarən Balaxanı, Suraxanı, Sabunçu stansiyalarında daşınmaq üçün yüklər qəbul edilir. 20 yanvar 1880-ci ildə dəmir yolunun rəsmi açılışı olur. Dünyada ilk dəfə olaraq neft məhz bu yolla sisternalarla daşınmağa başlanılmışdır.[3] Bakı-Suraxanı-Sabunçu dəmir yolunun uzunluğu cəmi 20 km olmuşdur.[3]
1925-ci ilin mart ayında Bakı-Sabunçu dəmir yolu xəttinin yenidənqurulması və ellektriklləşdirilməsi işlərinə başlanmışdır. Cəmisi 14,5 ay ərzində həmin işlər başa çatdırılmışdır. 1926-cı il iyulun 26-da Abşeronun məşhur neft rayonları olan Sabunçu və Suraxanıya ilk elektrik qatarları hərəkət etməyə başlamışdır.[3]
2018–2019-cu illərdə Bakı sərnişin-Sabunçu dəmir yolu yenidən inşa olunub. Layihənin tərkib hissəsi olan Sabunçu dəmir yolu vağzalı tamamilə yenidən qurulub. Buradan Bakı Dəmir Yolu Vağzalına dəmir yolu xəttinin uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir.[4]
Prezident İlham Əliyevin 2018-ci il 22 yanvar tarixli Sərəncamına əsasən, Bakı sərnişin-Sabunçu dəmir yolu yenidən inşa olunub.[5]