Sumqayıt Dəmir Yolu Vağzalı

Sumqayıt dəmiryol stansiyası
azərb. Sumqayıt Dəmiryolu Vağzalı
Bakı↔Sumqayıt xətti
Ölkə  Azərbaycan
ŞəhərSumqayıt
İstismar ili1958
SahibiADY QSC
OperatoruADY QSC
VəziyyətiTam işlək
Sumqayıt Dəmir Yolu Vağzalı (Azərbaycan)
[[commons:Category:Vikianbarın loqosu Sumgayit Vikianbarda|Sumqayıt dəmiryol stansiyası Vikianbarda]]

Sumqayıt Dəmiryol Stansiyası — Dəmiryol Stansiyası.

Üçmərtəbəli Sumqayıt dəmir yolu vağzalının sahəsi 5,5 min kvadratmetrdir. Binada gözləmə zalı, bilet kassaları, məlumat bürosu, server otağı, əşyaların saxlanması kamerası yaradılıb və yaxın günlərdə burada ticarət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır. Bundan əlavə, stansiyada 7 yol yenidən qurulub və çəkilmiş dəmir yollarının ümumi uzunluğu 5 min 20 paqonmetrdir. Kompleksdə 12 yol dəyişən quraşdırılıb, uzunluğu 43 metr olan yeraltı piyada keçidi və platformaya yeraltı çıxış keçidi inşa edilib.

2015-ci ildən Bakı-Sumqayıt marşrutu ilə İsveçrənin “Stadler Rail Group” şirkətindən KİSS markalı ikimərtəbəli elektrik qatarları hərəkətə buraxılıb. Saatda 160 kilometr sürətlə hərəkət edən və 4 vaqondan ibarət olan elektrik qatarlarının hər birinin ümumi sərnişin tutumu 700 nəfər, oturacaq yerlərin sayı isə 367-dir. 20 avqust 2023-cü il tarixində saat 21:58-də vağzalın 3-cü mərtəbəsində genişmiqyaslı yanğın baş vermişdir. Kondisionerin qısa qapanması nəticəsində naqillər və alkapon üzərindən alov yayılmışdır. Sumqayıt şəhər FHN əməkdasları tərəfindən alov saat 23:00-da söndürülmüşdür. Nəticədə 11 nəfər təxliyə olunub və fasada müəyyən ziyan olunmuşdur.

Xətt[redaktə | mənbəni redaktə et]