Bakı şəhər ictimai özünüidarəsi

Bakı Şəhər İctimai ÖzünüidarəsiBakı şəhərinin özünüidarə orqanı vəya bələdiyyə.

Bakı Şəhər İctimai Özünüidarəsi
Loqonun şəkli
Ümumi məlumatlar
Növü bələdiyyə
Təsis tarixi 18 sentyabr 1918
Ləğv olunma tarixi 28 aprel 1920
Əvvəlki orqan Bakı Şəhər Duması
Sonrakı orqan Bakı Şəhər Xalq Deputatları Soveti
İdarə heyəti
Qasım Qasımzadə
Quruluşu
Üzvlərin sayı 80
Qeydlər
18 sentyabr 1918 tarixindən 28 aprel 1920 tarixinədək fəaliyyət göstərmişdir.
border=none Əsas məqalə: Bakı Şəhər Duması

Rusiya senatının 1877-ci il 24 may tarixli qərarına əsasən 1878-ci ildə Bakı Şəhər Duması yaradılmışdı. Fevral inqilabından sonra ləğv edilmiş, Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918, sentyabr) isə fəaliyyəti bərpa olunmuşdu.

1918-ci il iyulun 30-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti İctimai Özünüidarələrinin fəaliyyətinin bərpa olunması haqqında qərar qəbul etdi. Sentyabrın 18-də isə Bakı Şəhər İctimai Özünüidarəsi Rusiya Müvəqqəti hökumətinin 1917-ci il 9 iyun tarixli qanunu əsasında seçilmiş tərkibdə bərpa edildi. Şəhər dumasına tərkibini, öz mülahizəsinə görə, artırıb 80 nəfərə çatdırmaq, həmçinin, şəhər idarəsi işçilərinin sayını artırmaq hüququ verildi.[1]

Dumanın 19 sentyabrda şəhər başçısı Pyotr İlyuşkin sədrliyi ilə iclası keçirilmiş iclasda keçmiş deputatlar haqqında məlumat toplamaq üçün xüsusi komissiya yarandı. Sentyabrın 21-də keçirilən iclasa bu komissiyanın sədri Qasım Qasımzadə 1917-ci ildə seçilən 105 Duma üzvdən 34-nün (10-u azərbaycanlı, 24-ü qeyri-millətlər) şəhərdə olduğunun məlumatını verdi. Komissiya Dumanın tərkibini yeni deputatlar hesabına bərpa etmək üçün 46 nəfərin (33-ü azərbaycanlı, 13-ü qeyri-millət) namizədliyi açıq səs vermə yolu ilə qəbul edilmişdir.

Bələdiyyənin yeni tərkibi əvvəlki Duma tərkibindən fərqlənirdi. Beləki Sosialist blokunun 25 deputatından yalnız 8-i (6-sı Rusiya Sosial Demokrat Fəhlə Partiyası, 2-si Sosialist İnqilabçılar Partiyası) fəaliyyət göstərirdi. Boş qalan yerlərdən 6-sı Rusiya Sosial Demokrat Fəhlə Partiyası, 11-i isə Sosialist İnqilabçılar Partiyasından seçilməli idi. Həmçinin Daşnaksutyunun 18 yeri, Rus Demokratik Cəmiyyətinin isə 2 yeri boş idi. Bu yerlər həmin fraksiyalara veriləcəkdi. Bu təqdirdə deputat sayı 113-ə yüksələcək və tərkib belə olacaqdı: Müsavat və bitərəf azərbaycanlılar qrupu 43, Daşnaktsutyun 18, Sosialist İnqilabçılar Partiyası 13, Rusiya Sosial Demokrat Fəhlə Partiyası 12, Sosial Demokrat Hnçak Partiyası 8, Xalq Azadlığı Partiyası 7, Birlik qrupu 4, Yəhudi qrupu 2, Rus Demokratik Cəmiyyəti 2 və bitərəf ruslar 2.

Şəhər Özünüidarəsinin fəaliyyəti bərpa edilərkən deputatların xeyli hissəsi olmadığından (anarxiya zamanı qaçıb dağılışmışdılar), hökumətin icazəsi ilə Dumanın özünün daxil etdiyi şəxslər hesabına Bakı Şəhər Dumasının tərkibi tamamlanmışdı.[2] Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə işə düşəcək Bakı Şəhər İctimai Özünüidarəsinin 46 yeni üzvü seçilmiş bütün 80 üzvün siyahısı 22 sentyabr 1918-ci ildə hökumət tərəfindən təsdiqlənmişdi.[3] Bu dövrdə deputatlarının artıq yarıdan çoxu azərbaycanlılar idi.

1919-cu il yanvarın 27-də isə şəhərlərin, o cümlədən Bakı Şəhər İctimai Özünüidarəsi deputatlarının səlahiyyəti, aprelin 1 -dən gec olmayaraq, yeni seçkilər keçirilməsi şərti ilə uzadıldı. İdarənin fəaliyyətinə nəzarət qubernatora və daxili işlər nazirinə həvalə olunmuşdu.

Mənbə: [3]

  1. Abram Benyaminoviç Roxlin
  2. Aleksey Mitrofanoviç Ammosov
  3. Aleksey Petroviç Deliçın
  4. Pavel Makaroviç Qara Mirzə
  5. Mixail Froloviç Podşibyakin
  6. Boris Konstantinoviç Finkelşteyn
  7. İosif Xaimoviç Anşeles
  8. Eruxim Zalmanoviç Blyumşteyn
  9. Nikolay İvanoviç Drujinin
  10. Anton İvanoviç Neşeretov
  11. Aleksandr İsidoroviç Okinşeviç
  12. İzrail Mark Mixayloviç Abezquz
  13. Bençion Volf Vladimir Sauloviç Beynşal
  14. Miron Yakovleviç Şor
  15. Hacı ağa Babayev
  16. Kərbəlayi Hüseyn Hacıyev
  17. Mahmud Quliyev
  18. Ağa Zeynal Tağıyev
  19. İosif Feodroviç Blinov
  20. Venedikt Arseneviç Badayev
  21. Astvaçatur Qeorqiyeviç Vaçyanç
  22. Tiqran Asaturoviç Zaxaryan
  23. Stepan Serqeeviç Taqianosov
  24. Qayk Boqdanoviç Ter-Mikaelyan
  25. Əliağa Həsənov
  26. Qasım Qasımzadə
  27. Əbülfəz Qarayev
  28. Heybətqulu Məmmədbəyov
  29. Vladimir Aleksandroviç Bakradze
  30. Sultan Məcid Qənizadə
  31. Mir Yaqub Mehdiyev
  32. İlyas Cəfərov
  33. Stepan Vasilyeviç Mamanov
  34. Pyotr Yakovleviç Osadko

Yeni seçilən üzvlər

[redaktə | mənbəni redaktə et]
  1. Yakov Petroviç Kaplan
  2. Lev Veniaminoviç Perçixin
  3. Məlik bəy Sultanov
  4. Məhəmməd xan Təkinski
  5. Ağa bəy Səfərəliyev
  6. Qasım Cəfərov
  7. Ağabala Quliyev
  8. Abbas Eyvazov
  9. Muxtar Əliyev
  10. Əli Abbas Aşurov
  11. Əsəd bəy Əmirov
  12. Arseniy Nikolayeviç Saparov
  13. Vladimir Vasilyeviç Smirnov
  14. Arşak Arutyunoviç Paronyan
  15. Mixail Norsesoviç Atabəyov
  16. Qeqam İosifoviç Konstanyanç
  17. Bəhram bəy Mirzə Cəfər bəy oğlu Axundov
  18. Əlisgəndər Hacı Baba oğlu Cəfər
  19. Abbasqulu Məmmədibrahim oğlu Kazımzadə
  20. Kitabulla Vahab oğlu Axundov
  21. Əliheydər Allahverdiyev
  22. Abbasəli Kərimov
  23. Qulamrza Mirzə Rəsul oğlu Şərifzadə
  24. Əhməd bəy İsa bəy oğlu Hacınski
  25. İsmayıl Kərbəlayi Dadaş oğlu Tağıyev
  26. Tağı Əliyeviç Nağıyev
  27. Yusif Mirzə Məlik Məmməd oğlu Mikayılov
  28. Həsən ağa Həsənov
  29. Əsədulla Əhmədov
  30. Məmməd Cavad Sadıxov
  31. Məmməd Əli Salayev
  32. Hacı Qasımov
  33. Fətulla Ağaəlizadə
  34. Qara bəy Qarabəyov
  35. Ələskər Hacıyev
  36. Nəcəf Əmiraslanov
  37. Əliabbas Zeynalov
  38. Zeynal bəy Səlimxanov
  39. Mövsüm Səlimov
  40. Aleksandr Konstantinoviç Leontoviç
  41. Abram Nikitiç Dastakyan
  42. Yakop Osipoviç Qukasov
  43. Qleb Lıvoviç Lopatinski
  44. Yakop Nikolaeviç Smirnov
  45. Konstantin Aleksandroviç İreçki
  46. Yusif Əhmədzadə

Bakı Şəhər İctimai Özünüidarəsi şəhər başçısının rəhbərlik etdiyi idarə 7 şöbədən (təsərrüfat, tikinti, maliyyə, torpaq, məktəb, tibb-sanitariya, su kəməri) ibarət idi.

Maliyyə böhranı və ağır həyat şəraiti şəhər idarəsini hökumətdən kömək istəməyə vadar edirdi və hökumət ona dəfələrlə subsidiya və yardımlar ayırmışdı. 1919-cu il yanvarın 25-də səpmə yatalağa qarşı mübarizə üçün 2 milyon 200 min manat, fevralın 26-da isə şəhər təsərrüfatının ehtiyaclarına sərf olunmaqdan ötrü 4 milyon manat ayrılmışdı. 1919-cu il iyulun 27-də Parlament gətirilən və aparılan yüklərdən pud hesabı ilə şəhərlərin xeyrinə rüsum alınması barədə qərar qəbul etmiş, noyabrın 17-də isə "Bakı Şəhər Özünüidarəsi tərəfindən pud hesabı ilə rüsumlar yığılması qaydası"nı təsdiq etmişdi. Bu qaydaya əsasən, ixrac olunan neftin və neft qalıqlarının hər pudundan 10 qəpik, ağ neftdən və sürtkü yağlarından 20 qəpik rüsum alınırdı.

Şəhər təsərrüfatı bundan əvvəlki hərc-mərclik dövründə başlı-başına qalmış və dağılmışdı. Ona görə də Bakı şəhər özünüidarəsi çoxlu strukturlarının və qanunla təsbit edilmiş hüquqlarının olmasına, Hökumətin ona xeyli maddi yardım göstərməsinə, xəzinədən bir sıra borclar verilməsinə baxmayaraq, səmərəli fəaliyyət göstərə bilməmişdi.

  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 235. ISBN 9952-417-14-2.
  • Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]