Qulamrza Mirzə Əbdülrəsul oğlu Şərifzadə (1884, Şamaxı -1942, İstanbul) — Azərbaycan Dövlət teatrının direktoru (1919—1920), aktyor, rejissor Abbasmirzə Şərifzadənin böyük qardaşı[1][2].
Qulamrza Şərifzadə | |
---|---|
Qulamrza Mirzə Əbdülrəsul oğlu Şərifzadə | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı, Rusiya İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | aktyor |
Qulam Mirzə Şərifzadə 1884-cü il də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olub.[3] Onun atası Mirzə Rəsul dünyagörüşlü bir insan olub. Seyid Əzim Şirvaninin açdığı yeni "Üsuli-Cədid" məktəbində dərs deyən Mirzə Rəsul Şamaxının ən hörmətli müəllimlərindən sayılırmış.
1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra bir çoxları kimi onların da ailəsi şəhəri tərk edib Bakıya köçürlər.
Aktyor, rejissor Abbas Mirzə Şərifzadənin böyük qardaşıdır. 1911-ci ildə yaradılmış “Müsavat” partiyasının banilərindən biri də Qulamrza Şərifzadə olub. Abbasmirzə Şərifzadə böyük qardaşı Qulamrza Şərifzadənin yanında ticarət işlərdə məşğulluğa başlayıb, həm də onunla teatr tamaşalarına gedib. Abbasqulu Kazımzadə ilə birlikdə Bakıda kitab mağazası var idi. Birinci dünya savaşı zamanı Azərbaycandan Türkiyəyə qardaş yardımı edilərkən Qulamrza Şərifzadə xüsusi ilə fəallıq edib. Xatırladaq ki, araşdırmaçı alim Ədalət Tahirzadə Qulamrza bəyin İranda dəfn olunduğunu zənn edirdi, çünki Qulamrza Şərifzadə mühacirətə getdikdən sonra bir müddət İranda siyasi fəaliyyətlə məşğul olub.
Şərifzadə mühacir Abbasqulu Kazımzadə ilə birlikdə naşirliklə məşğul olub, kitablar, açıqcalar çap ediblər. Şərifzadənin Kazımzadə ilə birlikdə çap etdiyi Üzeyir Hacıbəylinin bir kitabı var. "Hesab məsələləri" adlanan bu kitab 1908-ci ildə Orucov qardaşlarının mətbəəsində nəşr olunub.[1]
Qulam Mirzə Şərifzadə bir müddət İranda yaşayıb, sonra Türkiyəyə köçüb. O, 1942-cı ildə İstanbulda dünyasını dəyişib. Məzarı Fəriköy qəbiristanlığında yerləşir.[1]