Bu məqalə qaralama halındadır. |
Bəhram bəy Axundov (1861, Şuşa – 1932, Bakı) — Fransanın Lill Akademiyasının məzunu, ADR-in Milli məclisinin üzvü, həkim.
Bəhram bəy Axundov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1861 |
Doğum yeri | |
Vəfat tarixi | 1932 |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | həkim |
Bəhram bəy Mirzə Cəfər bəy oğlu 1861-ci ildə Şuşa şəhərində doğulmuşdu. Şəhər real məktəbini, sonra gimnaziyanı bitirmişdi. 1893-cü ildə Fransanın Lill Akademiyasının qarışıq elmlər (fizika, kimya, biologiya) fakültəsinin aspiranturasına qəbul olunmuşdu. 1896-cı ildə aspiranturanı başa vuran B. axundov həmin akademiyanın tibb fakültəsində təhsilini davam etdirir və tibb doktoru diplomuna sahib olmuşdu. 1904-cü ildə Xarkov universitetinin tibb fakültəsində yoxlama imtahanından uğurla çıxan Bəhram bəyə "Lekar" təxəllüsü verilir.
Bəhram bəy Axundov Azərbaycan Xalq Cümhuriyyətinin Milli məclisinin üzvü idi. O inqilabdan qabaq Bakı tibb müəssisələrində həkim işləmiş, azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra respublika Sovnarkomluğunda həkim, 1920–1925-ci illərdə Qosstraxın (Dövlət Sığorta Idarəsinin) inanılmış həkimi olmuşdur. Bəhram bəy axundov 1932-ci ildə vəfat edib.
Bəhram bəy Səltənət xanımla ailə qurmuşdu. Əli bəy adlı oglu vardı.