Bakı Müstəqil Televiziya İdarəsi

Bakı Müstəqil Televiziya İdarəsi və ya qısaca BMTİ1993-cü ilin avqust ayının 16-da Bakı şəhərində fəaliyyət başlamış televiziya kanalı.[1] "Moskva" mehmanxanasının binasından yayımlanırdı.[2] Fəaliyyətə başlamamışdan əvvəl tezliyində " Super Channel " adlı kanal var idi. Telekanalda əsasən şəxsi istehsalı olan verilişlər və xarici filmlər, kliplər efirə çıxırdı. Məşhur verilişlərindən biri "Refren" verilişi idi.[3] 1994-cü ilin may ayında telekanalın fəaliyyəti dayandırılmışdır.

BMTİ
Ölkə Azərbaycan Azərbaycan
Yayım ərazisi Azərbaycan
Dil Azərbaycan dili
Yaranma tarixi 16 Avqust 1993
Bağlanma tarixi May 1994
Sahibi Mahmud Məmmədov
Rəhbərlik Elşad Quliyev

Kanalın təsisçisi Mahmud Məmmədov[4], baş direktoru isə Elşad Quliyev olub.[5]

  1. "bmti - #265340 sözaltı sözlük". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-02.
  2. Disput.Az | BMTİ[ölü keçid]
  3. "Refren | 28 oktyabr 1993 tarixli buraxılış". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-05.
  4. "Azərbaycanın gəlib-getmiş televiziya kanalları". 2023-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-19.
  5. Akif Cabbarlı. "O, teleradio məkanında bənzərsiz peşəkar idi" (Azərbaycan). anl.az. 22-6-2021 tarixində arxivləşdirilib.