Vision TV — 1 may 2013-cü ildən Azərbaycanda fəaliyyət göstərən internet televiziya kanalı. Yayım Azərbaycan və Türk dilində həyata keçirilir. Vision TV internet televizyasının rəsmi saytı həm də Azərbaycan Mətbuat Şurasının üzvüdür.[1]
ing. Vision TV | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Yayım ərazisi | İnternet əhatə dairəsi |
Dil |
Azərbaycanca Türkcə Rusca |
Baş qərargah | Azərbaycan, Bakı, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küç. 16, Tramvay Döngəsi 4. |
Yaranma tarixi | 1 may 2013 ) |
Sahibi | Elvin Abbasov |
Rəhbərlik | Şöhrət Əliyev (Şöhrət El-Dəniz) |
Şüar | Fərqli düşün, fərqli gör! |
Qardaş kanallar | Kocaeli TV |
Sayt | visiontv.az |
İnternet televiziyasının rəsmi saytı visiontv.az ölkədə ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan başqa, saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Portal siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Portalın yaradıcı kollektivi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, özəl şirkətləri ,siyasi partiyaları, QHT-ləri aktiv əməkdaşlıq edir.
Vision TV Azərbaycanda fəaliyyət göstərən internet televiziyasıdır. Vision TV[2] internet televiziyası 1 may 2013-cü il tarixindən fasiləsiz olaraq fəaliyyət göstərir[3][4][5]. Həmçinin 2019-cu il tarixindən Türkiyə Respublikasının "Kocaeli TV" adlı televiziya kanalı ilə həftəlik "Qardaş Saatı" və Könül bağı" adlı verilişlərlə ortaq yayım saatları başladıb.
Visiontv.az[6][7] internet televiziyası 09.10.2013 tarixində keçirilən prezident seçkilərində radio və televiziya kateqoriyasında ilk sırada qeydiyyatdan keçib. MSK-dan rəsmi qeydiyyatdan keçərək namizədlərin təbliğat təşviqat işində iştirak edib.[8][9][10][11][12]
Visiontv.az internet televiziyası 01.11.2015 tarixində Azərbaycan Respublikası Milli Məclisində seçkiqabağı təbliğat-təşviqat işlərində fəal iştirak etmişdir.[13]
Visiontv.az internet televiziyası 2021-ci və 2022-ci illərdə Media İnkişaf Agentliyi tərəfindən elan olunan dövlət müsabiqəsinin qalibi elan olunub.[14] 2021-ci ildən media qrumu olaraq "İnformasiya savaşı" adlı politoloji klubun təsisçisidir. Politoloji klub Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Avropa və ABŞ-nin politoloji mərkəzləri ilə ciddi təmaslar quraraq təşkil edilən regional müzakirələrdə təşkilatçılıq və moderatorluq edir.
Vision TV – gündəlik informasiyaları obyektiv və operativ, həmçinin dövlət və millət kimliyimizi başlıca strategiya olaraq mənimsəmişdir. Bu mənada televiziyanın hadisələrə yanaşmasında üst baxış kimi öz ölkə varlığımızı ölçü almaqdadır. Buna görə də, Vision TV-nin məqsədi tamaşaçılara dünyada və ölkəmizdə gedən hadisələri tək xəbər kimi toplayıb-çatdırmaq deyil, həmçinin ölkəmizin marağında olan və birbaşa münasibət yarada bildiyi hadisələri təhlil süzgəcindən keçirib əks etdirməkdir.