Bakı Slavyan Universitetinin Filologiya və Xarici Dil Müəllimliyi fakültəsi

Bakı Slavyan Universitetinin Filologiya və Xarici Dil Müəllimliyi fakültəsi-Bakı Slavyan Universitetinin fakültələrindən biri.

Filologiya və Xarici Dil Müəllimliyi fakültəsi
Bakı Slavyan Universiteti
Yaradılma tarixi 1946
Dekan Gültəkin Əliyeva
Yerləşməsi
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı
Digər məlumatlar
Sayt bsu-uni.edu.az/az/facult…

Tarixi[redaktə | mənbəni redaktə et]

Bakı Slavyan Universitetinin Filologiya fakültəsi 2000­-ci ilin iyun ayında 1946­-cı ildən fəaliyyət göstərən rus dili və ədəbiyyatı fakültəsinin bazasında yaradılmışdır.

2001-­ci ilin sentyabrından fakültədə filoloq (rus dili və ədəbiyyatı) ixtisası ilə yanaşı filoloq (Azərbaycan dili və ədəbiyyatı), 2005-­ci ildən jurnalistika, 2008ci ildən ilk dəfə olaraq roman­german filologiyası üzrə mütəxəssis hazırlığına başlanmışdır.

Haqqında[redaktə | mənbəni redaktə et]

Hazırda Filologiya və xarici dil müəllimliyi fakültəsi MDB ölkələrində ən sanballı rusistika mərkəzlərindən biridir. Ümumiyyətlə, fakültə ölkəmizin əsas dilçilik mərkəzlərindən biri sayılır. Fakültədə filologiyanın əsasları və müasir problemləri, Azərbaycan, rus, ingilis, alman, fransız dilçiliyi və ədəbiyyatşünaslığının, o cümlədən, müqayisəli ədəbiyyatşünaslığın aktual məsələləri tədris edilir və öyrədilir.

Filologiya fakültəsində əsas diqqət tələbələrin yüksək səviyyədə təhsil almalarına, cəmiyyət üçün gərəkli vətəndaş yetişdirilməsinə və tədrisdənkənar asudə vaxtlarının mənalı və maraqlı keçməsinin təşkilinə yönəldilmişdir.

İxtisaslar[redaktə | mənbəni redaktə et]

  • Filologiya (rus dili və ədəbiyyatı)
  • Filologiya (ingilis dili və ədəbiyyatı)
  • Filologiya (alman dili və ədəbiyyatı)
  • Fİlologiya ( fransız dili və ədəbiyyatı)
  • Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə)
  • Xarici dil müəllimliyi (ingilis dili üzrə)
  • Xarici dil müəllimliyi(alman dili üzrə)
  • Xarici dil müəllimliyi (fransız dili üzrə)

İstinadlar[redaktə | mənbəni redaktə et]


Xarici keçidlər[redaktə | mənbəni redaktə et]