Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsi

Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsi

Bakı Slavyan Universitetinin nəzdində 2007-ci ildən respublikada ilk dəfə olaraq Yaradıcılq fakültəsi fəaliyyətə başlamışdır.

Fakültəsinin əsas məqsədi Azərbaycanda tələbələrin və istedadlı gənclərin estetik-bədii tərbiyəsinin gücləndirilməsinə, yaradıcılıq potensialının aşkarlanması və püxtələşməsinə, ədəbi mühitin formalaşmasına təkan verməkdir.

Fakültədə təhsil əyani formada, ödənişsiz və ödənişli əsaslarla Azərbaycanrus dillərində keçirilir.

Fakültədə BSU ilə yanaşı, respublikamızın digər ali məktəblərinin tələbələri, bu sahədə bilgilər qazanmaq istəyən hər kəs təhsil ala bilər. Təhsil müddəti iki ildir. Qəbul müsahibə və bədii yaradıcılıq nümunələrinin öyrənilməsi əsasında aparılır. Fakültənin məzunlarına "Ədəbi işçi" ixtisası üzrə diplom verilmişdir.

2016-cı ildə bağlanmışdır[1].

Fakültə rəhbərliyi[redaktə | mənbəni redaktə et]

1 Yaradıcılıq fakültəsinin dekanı — Qismət Rüstəmov
2 Yaradıcılıq fakültəsinin dekan müavini — Şəhla Aslan

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Slavyan Universitetinin bu fakültəsi bağlandı Arxivləşdirilib 2016-11-12 at the Wayback Machine. qafqazinfo.az, 06.09.2016  (az.)

Həmçinin bax[redaktə | mənbəni redaktə et]