Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Aygün Aydın qızı Hümmətova və ya səhnə adı ilə Aygün Bəylər (22 avqust 1975, Bakı – 6 yanvar 2024[1], Ankara) — azərbaycanlı müğənni, Azərbaycan Respublikasının əməkdar artisti (2002).
Aygün Bəylər | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 22 avqust 1975 |
Doğum yeri | |
Vəfat tarixi | 6 yanvar 2024[1] (48 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | süd vəzi xərçəngi |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | aktrisa, müğənni, xanəndə |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub.[2] Ailədə 6 uşaq olublar.[3]
İlk musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.[2] Uşaqlıq dostu olan Rəsul Vilayətlə nikahda olub.[4] 2009-cu ildə Canan adlı qızı dünyaya gəlib.[4]
6 yanvar 2024-cü ildə ölümü ilə bağlı xəbərlər yayılsa da, Mədəniyyət Nazirliyi bu xəbərləri təkzib edib.[5] Vəziyyətinin ağır olduğu, saat 22:50-də Ankara-Bakı reysi ilə Azərbaycana gətiriləcəyi açıqlanıb.[6] Bir neçə saat sonra Mədəniyyət Nazirliyi Aygün Bəylərin Ankara şəhərində vəfat etdiyini təsdiqləyib.[7] Faktı Aygün Bəylərin prodüseri də qəbul edib. Müğənninin nəşi Bakıya 7 yanvar tarixində gətirildi.[8]
8 yanvar, saat 11:00-da Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət evində vida mərasimi keçirilib. Mərhum vida mərasimindən sonra Suraxanı kənd qəbiristanlığında dəfn olunub.[9]
O, uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunurdu.[10] Süd vəzi xərçəngindən vəfat etdiyi bildirilir.[11]
1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə fiarmoniyaya qəbulunu keçirir və 13 yaşlı Aygün filarmoniyaya qəbul edilir. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir.[2]
Müəllimi Bəylər Quliyevin adını özünə səhnə təxəllüsü götürmüşdü.[12]
Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk peşəkar çıxışlar, xarici ölkələrə, müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayır.
1986-cı ildən Azərbaycan Televiziya və Radiosunun solisti olub. 1987-ci ildə sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yeri tutub. Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, ABŞ və digər dövlətlərdə təmsil edib.
1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb.[13] Televiziya, radio, böyük dövlət təbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edib.
1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün Bəylərin sənət taleyində yeni səhifə açılır. Görkəmli sənətkarlar — Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcədə Alim Qasımovdan muğamın incəliklərini öyrənib.[2]
2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.[14]
2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq folklor festivalında folk- muğam triosunun müşayiəti ilə çıxış edən Aygün Bəylər Azərbaycan muğam məktəbini uğurla təmsil edərək birincilik mükafatına layiq görülərək festivalın qalibi olub.[15]
Bu dövrdən başlayaraq 2005–2010 illər arası Aygün Bəylər dünyanın bir çox ölkələrində keçirilən musiqi festivallarının daimi iştirakçısı kimi solo konsertlərdə çıxışlar edib: Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Hollandiya, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka və s.[2]
2012-ci ildə Aygün Azərbaycan Dövlət Musiqi Akademiyasının yeni açılan simfonik dirijorluq və bəstəkarlıq fakültəsinə daxil olub. 2013-cü ildən etibarən ATV telekanalı ilə müştərək olaraq Aygün "Yenə o bağ olaydı" adlı müəllif proqramıyla efirə çıxıb.[16][2]
2015-ci ildə solo konsert təşkil etmək lazım olan məbləğə görə evini girov qoymuşdu. Konsert günü Günəşli neft yatağında yanğın hadisəsilə üst-üstə düşdüyünə görə konsert baş tutmamış, nəticədə Aygün Bəylər həmin məbləği itirmişdi.[17] Özü də tutuduğu xəstəliyi bu hadisə ilə əlaqələndirdi.[18] 2022-ci ildə Aygün Bəylərə ölkə başçısı tərəfindən ev hədiyyə olunmuşdu.[19]