Bakı və bakılılar filmi rejissor Lətif Səfərov tərəfindən 1957-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə inqilabdan əvvəlki Bakı bugünkü, müasir Bakı ilə müqayisə edilərək, neft şəhəri və onun əməksevər adamları, elm və sənət xadimləri barədə söhbət açılır.
Bakı və bakılılar | |
---|---|
Fayl:Bakı və bakılılar (film, 1957).jpg | |
Janr |
sənədli qısametrajlı tarixi |
Rejissor | Lətif Səfərov |
Ssenari müəllifi | Lətif Səfərov |
Operator | Arif Nərimanbəyov |
İstehsalçı | Bakı Kinostudiyası |
İlk baxış tarixi | 1958 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | Azərbaycan SSR |
Dil | rusca |
İl | 1957 |
Texniki məlumatlar |
3 hissə 842 metr |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Bakı |
Filmdə inqilabdan əvvəlki Bakı bugünkü, müasir Bakı ilə müqayisə edilərək, neft şəhəri və onun əməksevər adamları, elm və sənət xadimləri barədə söhbət açılır. Kinolentdə Müsavat hökuməti, XI Qırmızı Ordu hissələrinin və onun rəhbərlərinin Bakıya gəlməsi, Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının birinci ildönümünün bayram edilməsi öz əksini tapmışdır.[1]
Kadrlar bir-birini əvəz etdikcə ekranda Bakının 40 ildən sonrakı həyatı canlanır. Azərbaycanın paytaxtında yeni küçələr salınmış və binalar tikilmişdir.[1]
İnsan və onun əməyi filmdə əsas yer tutur, tanınmış neftçilərdən Yusif Kərimov və Fuad Səmədov, kimyaçılardan Yusif Məmmədəliyev və Xudu Məmmədov, həkim Mustafa Topçubaşov haqqında danışılır. Publisistik kino-hekayədə reportaj çəkilişlərdən istifadə edilmişdir.[1]
1958-ci ildə Moskvada Sovet Filmlərinin Ümumittifaq Festivalında filmə III dərəcəli diplom verilmişdir.[1]
Ssenari müəllifi: Lətif Səfərov
Rejissor: Lətif Səfərov
Operator: Arif Nərimanbəyov
Azərbaycan filmlərinin siyahısı
1957-ci ilin Azərbaycan filmləri
1950-ci illər Azərbaycan filmlərinin siyahısı