Bakılı Bakı PFK

"BAKILI" Futbol Klubu —1995-ci ildə Misir Səttar oğlu Əbilov tərəfindən yaradılmış və həvəskar futbolçulardan təşkil olunmuşdur.

Bakılı Bakı PFK
Loqonun şəkli
Klubun tam adı Bakılı Peşəkar Futbol Klubu
Ölkə Azərbaycan Azərbaycan
Ləqəb(lər) "Şəhərlilər"
Rəng(lər) mavi
Yaranma tarixi 1963
Stadionu Şəfa stadionu
Tutumu 7535
Baş məşqçisi Əli Hüseynov
Liqa I Divizion
2015-16 9
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Rəsmi olaraq klub ilk dəfə "АRAZ" adı altında 1997-ci il martın 27-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. 1998-ci il fevralın 3-dən klub "BAKILI" adlanır. 1995–96-cı illər mövsümündə klub 6-cı milli çempionatın birinci qrupunda ilk oyununu keçirib. O mövsümdə klub müvəffəqiyyətlə çıxış edərək çempionatın lideri olmuş və yüksək liqaya vəsiqə qazanmışdır. Yüksək liqada klubu professional oyunçular və Ukraynadan dəvət olunmuş futbolcular təmsil edirdilər. Xüsusi qeyd edilməlidir ki, milli futbol klubları arasında ilk dəfə olaraq "BАKILI" Futbol klubu əcnəbi legionerlər dəvət etmişdir. "BАKILI" Futbol klubu başlıca olaraq klubun təsisatçısı və prezidenti Misir Səttar oğlu Əbilov tərəfindən maliyyələşdirilir. Hal-hazırki dövrədək klub müxtəlif stadionları icarəyə götürərək öz oyunlarını keçirmişdir. Hal-hazırda klubun öz şəxsi stadionu və bazası yoxdur. Klub artıq öz stadionunu tikmək üçün İcra Hakimiyyətindən icazə almışdır və bu stadion Bakı şəhərinin ən gözəl rayonlarının birində, iki milli park arasında tikiləcəkdir. Stadion 15190 tamaşaçı üçün nəzərdə tutulub və iki mərtəbədən ibarət olacaqdır.

Uğurları[redaktə | mənbəni redaktə et]

Azərbaycan Çempionatında və Kubokunda[redaktə | mənbəni redaktə et]

Mövsüm Liqa Yer O Q H M VQ BQ Xal Ölkə kuboku
1995–96 3-cü 12 21 3 1 17 21 49 10 İştirak etməyib
1996–97 2-ci 2 10 5 3 2 12 7 18 1/16 final
1997–98 1-ci 10 26 8 4 14 35 43 28 1/8 final
1998–99 1-ci 10 32 7 7 12 14 27 28 1/4 final
2000–01 2-ci 8 22 6 8 8 29 25 26 1/16 final
2001–02 2-ci 3 12 6 3 3 25 12 21 1/8 Finals
2003–04 1-ci 7 26 10 4 12 40 46 34 1/2 final
2004–05 1-ci 17 34 3 5 26 22 71 14 1/8 final
2005–06 2-ci 6 30 16 8 6 32 23 56 1/8 final
2006–07 2-ci 5 22 8 6 8 23 26 30 1/8 final
2007–08 2-ci 1 10 5 4 1 8 4 19 1/16 final
2008–09 1-ci 13 26 3 3 20 14 65 12 1/8 final
2009–10 2-ci 3 22 14 1 7 41 19 43 1/8 final
2010–11 2-ci 3 26 16 4 6 37 24 32 1/16 final
2011–12 2-ci 5 26 11 5 10 36 28 38 1/8 final
2012–13 2-ci 7 24 7 7 10 30 38 28 1-ci yer
2013–14 2-ci 14 30 6 6 18 34 60 24 İştirak etməyib
2014–15 2-ci 10 30 10 4 16 46 61 34 İştirak etməyib
2015–16 1-ci 1 26 8 6 12 34 46 30 İştirak etməyib

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]