Azərbaycan Birinci Divizionu — Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ikinci ən yüksək təbəqə. Hazırda Azərbaycan Birinci Divizionunda 13 futbol klubu iştirak edir. Azərbaycan Birinci Divizionun mövsümü adətən sentyabr ayından maya kimi keçirilir.
Ölkə | Azərbaycan |
---|---|
Konfederasiya | UEFA |
Açılış ili | 1992 |
İlk sezon | 1992 |
Komandaların sayı | 15 |
Əsas liqa | Azərbaycan Premyer Liqası |
Digər kubok(lar) | Azərbaycan Kuboku |
Son çempion | Qaradağ |
Ən uğurlu komanda |
Neftçala (2 dəfə) Qaradağ (2 dəfə) |
TV partnyoru | I divizion/YouTube |
Veb səhifəsi | www.pfl.az |
Azərbaycan Birinci Divizionu 2022-23 |
Azərbaycanda 2010-cu ildən 2017-ci ilə qədər Birinci Divizionda çempion olan komandalardan yalnız üçü Azərbaycan Premyer Liqasına buraxılıb: "Bakılı" (2008), "Gəncə" (2010) və "Araz-Naxçıvan" (2014).[1] Digər 7 mövsümdə birinci yeri tutan "ABN-Bərdə", "Abşeron, "Qaradağ", "Ağsu", "Neftçala" (2 dəfə) yüksək liqadan kənarda qalıb.[1] Bəzən klublar özləri imtina ediblərsə, əsasən lisenziya tələbləri ödənilməyib deyə Premyer Liqaya yüksəlmək mümkün olmayıb.[1]
2016-cı ildə UEFA-nın təzyiqindən sonra AFFA-nın İntizam Komitəsi Azərbaycan Birinci Divizionunda oyun alveri qalmaqalına görə 22 futbolçu, 1 inzibatçı və 1 hakim bütün yarışlardan kənarlaşdırıldı.[1][2] İkinci mərhələdə 16 nəfərin adı silindi, əvəzinə 2-si əlavə edildi.[1] Araşdırmaların yekunu AFFA-nın martın 15-də keçirilən Hesabat Konfransından bir gün sonra açıqlandı.[1] 9 futbolçu mövsümün sonuna qədər, "Şahdağ"ın inzibatçısı Rafael Kübərov 2 il müddətinə, hakim Anar Niyazov isə ömürlük bütün yarışlardan kənarlaşdırıldı.[1] Araşdırmaların daha sərt nəticəsi isə "Rəvan" və "Şərurspor"un Birinci Diviziondan uzaqlaşdırılması oldu. Hər iki komandaya növbəti oyunlarda məğlubiyyət, futbolçularına azad agent statusu verildi.[1]
2018-ci ildə Premyer Liqada mübarizə aparacan əvəzedici komandalarının çempionatı Azərbaycan Birinci Divizionu ilə birləşdirildi.[3] Lakin əvəzedici komandalar çempion olarsa, onların çempionluğu əhəmiyyət kəsb etməyəcək və Premyer Liqaya yüksələ bilməyəcəklər.[3]
13 iyun 2008-ci ildən Azərbaycan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası, Azərbaycan Birinci Divizionu və Azərbaycan Kuboku yarışlarını təşkil edir.[4] Quruma Ramin Musayev rəhbərlik edir.[5]
Hazırda Azərbaycan Birinci Divizionunda 10 futbol klubu iştirak edir. Mövsüm ərzində (avqustdan maya qədər) hər klub rəqibləri ilə dörd dəfə (dairəvi sistem) görüşür: iki dəfə öz sahəsində, iki dəfə səfərdə. Cəmi 28 oyun keçirilir. Komandalara qələbəyə görə üç xal, heç-heçəyə görə bir xal və məğlubiyyətə görə sıfır xal verilir. Komandalar ümumi xallar, sonra qol fərqləri ilə və daha sonra vurulan qollarla sıralanır. Əgər vəziyyət eynidirsə, komandalar eyni mövqedə yer alır.
Aşağıda Azərbaycan Birinci Divizionun tarixi boyu komandaların sayı qeyd olunur:
|
|
|
|
|
Azərbaycan Kubokunun qalibi UEFA Avropa Liqasının birinci mərhələsində avtomatik vəsiqə qazanır.
Komanda | Ərazi | Stadion | Stadion tutumu |
---|---|---|---|
Keşlə-2 | Bakı | ASK Arena | 8,125 |
MOİK | Bakı | ASCO Arena | 8,000 |
Neftçi-2 | Bakı | Bakcell Arena | 11,000 |
Qarabağ-2 | Bakı | Azərsun Arena | 5,800 |
Qaradağ | Bakı | "Qaradağ Olimpiya İdman Kompleksi" stadionu | 2,500 |
Sabah-2 | Bakı | Əlincə stadionu | 13,000 |
Səbail-2 | Bakı | Bayıl Arena | 5,000 |
Sumqayıt-2 | Sumqayıt | Kapital Bank Arena | 1,500 |
Şamaxı-2 | Şamaxı | Şamaxı şəhər stadionu | 2,200 |
Zaqatala | Zaqatala | Zaqatala şəhər stadionu | 3,500 |
Zirə-2 | Bakı | Zirə Olimpiya idman kompleksi stadionu | 1,500 |
Azərbaycan Birinci Divizionu başladığı ildən, 32-dən çox klub müflis olub.[7] 2000-ci illərin ortasında Azərbaycan Premyer Liqası və Azərbaycan Birinci Divizionu arasında uçurum yaranması futbol ekspertləri tərəfindən tənqid olunmuşdur.[8]