Balaklava (baş geyimi)

Balaklavanın müxtəlif formada istifadəsi
Üç deşikli balaklava

Balaklava — sifətin bir qismini örtən baş geyimi. Geyinilmə tərzindən asılı olaraq yalnız gözlər, ağız və burun və ya sadəcə sifətin ön hissəsi görünür. Bu baş geyimi həmçinin yaxada və ya yalnız başın yuxarı hissəsində toplanmaqla da istifadə edilə bilər.

Geyimin adı indiki Krımda Sevastopol şəhəri yaxınlığındakı Balaklava adlı ərazidə Krım müharibəsinin gedişində baş vermiş Balaklava döyüşündən götürülmüşdür.[1] İngilis qoşunları isti saxlamaq üçün başlarına trikotaj başlıq keçirmişdilər.[2]

Ənənəvi balaklavalar, əsasən, yundan toxunur. Müasir versiyaları, həmçinin, ipək, pambıq, polipropilen, neopren, nitron və ya flisdən hazırlanır.

XIX əsrdə sözügedən tipdə baş geyimi həm də Ulan şapkası və ya Templiyer şapkası adı ilə də bilinirdi.[3]

1854-cü ildə Krım müharibəsinin gedişində Britaniya ordusunu kəskin soyuqlardan qorumaq üçün orduya əldə hazırlanmış balaklavalar göndərilmişdi. Ordu, onların öz ləvazimatları (isti geyim və ərzaq) vaxtında çatmadığına görə bu yardımı tələb edirdilər.[4] Əldə toxumanın tarixi kitabında Riçard Rattın qeyd etdiyinə görə, "balaklava başlığı (dəbilqəsi)" ifadəsi müharibə zamanı işlənməmiş, əksinə daha sonralar - 1881-ci ildə meydana çıxmışdır.[3]

Balaklava

Müasir dövrdə balaklavalar küləkdən qorunmaq və isti saxlamaq üçün xizəksürmə, snoubordinq kimi açıq havada keçirilən qış idman növlərində istifadə olunur. Onlar həmçinin motosikl və velosiped sürənlər arasında da məşhurdur. Xüsusilə açıq havada keçirilən idman növlərində gözlüklərin dumanlanmasının qarşısını almaq üçün istifadə edilən balaklavaların havakeçirən olmasında fayda var. Bu mənada, havakeçirən balaklavalar qeyd edilən idman növləri üçün idealdır.

Təhlükəsizlik

[redaktə | mənbəni redaktə et]

Yanğınsöndürənlər tənəffüs aparatının da olduğu, nomeksdən hazırlanmış, yanğına davamlı versiyadan istifadə edirlər. Eləcə də, elektrik işçiləri belə geyimdən istifadə edirlər.

Beynəlxalq Avtomobil Federasiyasının qərarı ilə avtoidman yarışlarının iştirakçıları oda davamlı balaklavalardan istifadə etməlidirlər. Yarışlarda, hündürlüyə qalxmada, rallilərin xüsusi mərhələlərində və Beynəlxalq İdman Təqviminə daxil edilən ölkələrarası tədbirlərin seçmə mərhələlərində bütün sürücülər və şturmanlar FIA 8856-2000 standartına uyğun əlcəklər (şturmanlar əlcək geyməyə də bilər), uzun alt paltarı, balaklava, corab və ayaqqabılar geyməlidirlər.[5]

Hərbçilər və polis

[redaktə | mənbəni redaktə et]
Şəxsiyyətini gizlədən balaklava geyinmiş İsveç polisi

Britaniya Xüsusi Hava Xidmətinin üzvləri 1980-ci ildə Londonda İran səfirliyinin mühasirəsi zamanı (Nimrod əməliyyatı) balaklavalar geymişdilər. Balaklavalar Xidmətin üzvlərinin kimliyini gizlətmək üçün istifadə edilmişdir, çünki bu, həmin əməliyyatdan sonra onlara səfirlikdə öz vəzifələrini bərpa etmək üçün lazım ola bilərdi.

Əsasən torpaq rəngində istifadə edildiyinə və insanın üz cizgilərini xatırlatdığına görə, Hindistan yarımqitəsində balaklavalara meymun şapkaları da deyilir. Bəzən meymun şapkalarının yuxarı hissəsində balaca, bəzəkli, yundan pompon da olur. Onlar əsasən Himalayda xidmət edən qoşunların üzvləri tərəfindən soyuqdan qorunmaq üçün istifadə edilir.[6]

ABŞ dəniz piyadaları korpusunda da balaklavalardan xüsusi formada (ing. Flame Resistant Organizational Gear) istifadə edilir.[7][8]

Sovet İttifaqında 1980-ci illərin sonlarında yenidənqurma dövründə balaklava OMONun (xüsusi təyinatlı polis dəstəsi) uniformasının bir hissəsini təşkil edirdi. Əsl məqsəd mütəşəkkil cinayətkarlıqdan qorunmaq üçün məmurların şəxsiyyətini qorumaq idi. 90-cı illərdəki mütəşəkkil cinayətkarlıqla əlaqədar problemlər artdığına görə, qara balaklavalarda silahlı şəxslərin televiziyada görüntüləri yayıldı. Bununla belə, mütəşəkkil cinayətkarlıq azaldıqca, balaklavalar yenə də şəxsiyyətin qorunması üçün bir vasitə kimi istifadə olunurdular, çünki onlar istifadəçinin üz ifadələrini gizlədirlər və müsbət identifikasiyasını çətinləşdirirlər.

Balaklava vəzifə səlahiyyətlərinin icrası ilə bağlı SWAT, xüsusi qüvvələr heyəti, eləcə də cinayətkarlar tərəfindən öz şəxsiyyətlərini gizlətmək üçün istifadə oluna bilər. İrlandiyada balaklavanın istifadəsinin tarixi İrlandiya İstiqlal müharibəsi dövrünə gedib çıxır, müharibə zamanı balaklava yarıhərbi qruplar tərəfindən istifadə edilmişdir. Balaklava, xüsusən də, Müvəqqəti İrlandiya Respublika Ordusu tərəfindən şəxsiyyətlərini gizlətmək üçün istifadə edilirdi.

Kentdə Britaniya polisi içərisində balaklava olduğuna görə, Terrorla mübarizə (ing. War on Terror) oyununa qismən qadağa qoymuşdur. Polis qeyd eləmişdir ki, "balaklava şəxsiyyəti gizlətmək üçün və ya cinayət törədilməsi ilə əlaqədar istifadə edilə bilər."[9]

  1. Games, Alex. Balderdash & piffle : one sandwich short of a dog's dinner. London: BBC. 2007. ISBN 978-1-84607-235-2.
  2. Hartston, William. "Top 10 facts about the Crimean War". Daily Express. Express Newspaper. February 5, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 6, 2018.
  3. 1 2 Richard Rutt, A History of Handknitting, London 1987, pages 134–5. (Note that there is a misprint in the date of the Battle of Balaclava, which took place 1854, in the original edition cited here)
  4. Shepherd, John. The Crimean Doctors: A History of the British Medical Services in the Crimean War. 1. Liverpool University Press. 1991. 296–306. 2021-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-29.
  5. "Archived copy" (PDF). 2011-07-11 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2009-06-24.
  6. Ghosh, Subir (2005) "Thanda lege jabey" Article in 19 Nov Hindusthan Times
  7. [1] Arxiv surəti 29 oktyabr 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib oktyabr 29, 2012, at the Wayback Machine
  8. [2] Arxiv surəti 16 sentyabr 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib sentyabr 16, 2012, at the Wayback Machine
  9. "Latest news from Cambridge & Cambridgeshire. Cambridge sports, Cambridge jobs & Cambridge business – War On Terror board game seized by police". Cambridge-news.co.uk. 2012-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-15.