İrlandiya İstiqlal müharibəsi (irl. Cogadh na Saoirse) və ya Anqlo-İrland müharibəsi— İrlandiya Respublikaçı Ordusu'nun Britaniya İmperiyasına və İrlandiyadakı hərbi qüvvələrinə qarşı müharibəsi.
İrlandiya İstiqlal müharibəsi | |||
---|---|---|---|
Böyük Britaniya əlehinə qurtuluş müharibələri | |||
Tarix | 21 yanvar 1919-11 iyul 1921 (2 il,5 ay,2 həftə,6 gün) | ||
Yeri | İrlandiya | ||
Nəticəsi |
Atəşkəs
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
21 yanvar 1919-da İrlandiya Krallıq Polisinə Solohedbegdəki pusqu ile başlayan müharibənin əvvəlində İrlandiya Respublikası Dublində İstiqlaliyyət bəyannaməsini qəbul etmişdi.[1] Sonralar İrlandiya Respublikaçı Ordusu adını alacaq olan İrlandiya Könüllüləri İrlandiya Krallıq Polisi və Birləşmiş Krallıq Silahlı Qüvvələrinə aid hərbi bazaları hədəf aldı, bölükləri pusquya düşürdü, silahlarını ələ keçirdi və bəzi hərbi bazaların ləğv edilməsinə səbəb oldu. Britaniya Hökuməti,İrlandiya Krallıq Polisinə Britaniyadan dəstək göndərdi. Qara və Narıncılar və Auxiliary Division olaraq bilinən dəstək birlikləri özbaşınalıqları və sivillərə qarşı törətdikləri cinayətlərlə tanınmağa başlandı. Bu səbəbdən İrlandiya İstiqlal müharibəsi həm də Qara və Narıncılar müharibəsi və ya Narıncılar müharibəsi olaraq da bilindi[2][3][4] .
1920-ci ilin sonuna qədər silahlı münaqişələrdə təxminən 300 nəfər öldürülsə də, o ilin noyabr ayında şiddət hadisələrində böyük bir artım oldu. Qanlı Bazar olaraq bilinən 21 noyabr 1920-də 14 Britaniyalı kəşfiyyat əsgəri səhər saatlarında Dublində öldürüldü və günortadan sonra bir futbol oyununda İrlandiya Krallıq Polisi azarkeşlərin üzərinə atəş açaraq 4 nəfəri öldürdü, 65 nəfəri yaraladı. Bu hadisədən sonra, 17 Auxiliary əsgəri İRO trəfindən Korkda pusquya düşürülərək öldürüldü. Britaniya Hökuməti bu hadisələrdən sonra İrlandiyanın bir çox yerində hərbi vəziyyət elan etdi. Kork şəhər mərkəzi dekabr ayında tamamilə yandırıldı. Sonrakı 7 ay içində artan şiddət hadisələrində 1000 nəfər öldü, 4500 nəfər aktivist həbs edildi.[5] Döyüşlər, əsasən , Munster, Dublin və Belfastda gedirdi. Silahlı atışmalardan meydana gələn insan itkilərinin %75-dən çoxu bu 3 ərazinin payına düşürdü. Şimalda və xüsusən də Belfastda meydana gələn şiddət hadisələrinin məzhəb xarakterli olması və həlak olanların içində katolik sivillərin sayısının sürətlə artması diqqətdan yayınmırdı.[6]
11 iyul 1921-də atəşkəs elan edilsə də, silahlı toqquşmalar şimal-şərq ərazilərdə dəvam etməkdə idi.
Bartlett, Robert (1997). A Military History of Ireland. Penguin
Lowe, W.J. (2002), 'The War against the RIC, 1919–21', Eire-Ireland
Cottrell, Peter (2006), The Anglo-Irish War, The Troubles, 1913–23, Oxford: Osprey Publishing