İnfant Baltazar Karlos (isp. Infante Baltasar Carlos) (17 oktyabr 1629[1][2], Madrid – 9 oktyabr 1646, Saraqosa) – İspaniya kralı IV Filippin ilk oğlu və ölümünədək İspaniya taxt-tacının (Kastiliya və Leon, Araqon, Siciliya və Navarra krallıqları da daxil olmaqla) varisi, İspan infantı.
Baltazar Karlos | |
---|---|
| |
Asturiya şahzadəsi[d] | |
7 may 1632 – 9 oktyabr 1646 | |
Əvvəlki | IV Filipp (İspaniya kralı) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 oktyabr 1629[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 9 oktyabr 1646 (16 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | Təbii çiçək |
Atası | IV Filipp (İspaniya kralı) |
Anası | Fransalı Elizabet |
Vikianbarda əlaqəli mediafayllar |
Atasının apardığı diplomatik danışıqların nəticəsi olaraq İngiltərə kralı I Karl və xalası Henretta Mariyanın qızı Mariya Stüartla evlənməsi təklif edilsə də, dini məzhəb fərqlilikləri səbəbilə bu evlilik təklifi qəbul edilmədi. Nəhayət, 1646-cı ildə Müqəddəs Roma imperatoru III Ferdinand və bibisi Mariya Annanın qızı Marianna ilə nişanlandı. Ancaq nişandan bir neçə ay sonra Karlos tutulduğu çiçək xəstəliyi səbəbilə 16 yaşında vəfat etdi. Qurulan diplomatik əlaqələrin qorunması və varissiz qalan atasının istəyilə 14 yaşlı nişanlısı bir neçə il sonra atası IV Filiplə evləndi.