Bamba Qadınəfəndi

Bamba Qadınəfəndi və ya Ümmü Abbas (Osmanlı imperiyası1871) — Kavalalı Mehmed Əli Paşanın oğlu Tosun Paşanın xanımı, Osmanlıların MisirSudan hakimi I Abbas Hilmi Paşanın anası, Misirin ilk Validə Paşası.

Bamba Qadınəfəndi
10 noyabr 1848 – 15 iyul 1854
Əvvəlkitəsis edilib
SonrakıHoşyar Qadınəfəndi
Şəxsi məlumatlar
Doğum yeri
Vəfat tarixi
Dəfn yeri Qübbət Əfəndi məzarlığı, Qahirə, Misir əyaləti
Atası Mehmed Arif bəy
Həyat yoldaşı Əhməd Tosun Paşa
Uşağı Abbas Hilmi Paşa
Dini Sünni, İslam

Doğum tarixi bilinməyən Bamba xanım Mehmed Arif bəyin qızı və Fatma Zəhra xanımın (Mehmed Əli Paşanın oğlu İsmayıl Kamil Paşanın xanımı) bacısı idi. 16 yaşında Mehmed Əli Paşanın oğlu Tosun Paşa ilə evləndi və 1 iyul 1812-ci ildə yeganə övladı olan Abbas Hilmi adlı oğlu dünyaya gəldi. Tosun Paşanın bundan başqa doğum tarixi bəlli olmayan 4 övladı daha olsa da, onların Bamba xanımdan olmadığı və adı bəlli olmayan başqa bir qadından dünyaya gəldiyi dəqiqdir.

Dəfn ediliyi türbənin interyeri

Ancaq qısa zaman sonra Tosun Paşa hələ 23 yaşında vəbadan vəfat etdi (28 sentyabr 1816) və dul qalan Bamba xanımla oğlu Əminə xanımın himayəsində Qahirəyə döndülər. 1824-cü ildə Əminə xanımıın vəfatıyla daha sərbəst həyat yaşamağa başlayan Bamba xanım haqqında oğlunun Misir taxtına əyləşdiyi 1848-ci ilədək məlumat yoxdur. Qaynı Kavalalı İbrahim Paşanın vəfatı və Abbas Hilmi Paşanın Misir hakimi təyin edilməsiylə (10 noyabr 1848) Bamba xanım Misirin Validə Paşası elan edildi. O, bu ünvanı alan ilk xanım olaraq Misir tarixinə düşdü.

Oğlunun Misir səltənətində dövlət məsələlərindən uzaq qalan Bamba xanım daha çox xeyriyyə işləriylə məşğul oldu. Qahirənin mərkəzi yerlərindən Saliba küçəsində öz adına səbil və çeşmə inşa etdirdi. Oğlunun daxildə apardığı milliyyətçi siyasəti dəstəklədi. Ancaq oğlunun 6 illik səltənətinin ardından oğlu Abbas Hilmi Paşa xidmətçiləri tərəfindən öldürüldü və yerinə əmisi Səid Paşa Misir hakimliyini ələ aldı. Buna baxmayaraq öncəki dəbdəbəli həyatını davam etdirən Bamba xanım 1871-ci ildə Qahirədəki Əl-Qadra sarayında vəfat etdi. Cənazəsi Qübbət Əfəndi məzarlığına dəfn edildi. Daha sonra 1894-cü ildə bu bölgədə Xədiv Tofiq Paşa şərəfinə türbə inşa edildi və Bamba xanımın məzarı da bu kompleksə daşındı.