Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Kavalalı Tofiq Paşa (d. 30 aprel 1852 - ö. 7 yanvar 1892) — Misir xidivi (1879-1892).
Kavalalı Tofiq Paşa | |
---|---|
26 iyun 1879 – 7 yanvar 1892 | |
Əvvəlki | Kavalalı İsmayıl Paşa |
Sonrakı | II Abbas Hilmi Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qahirə, Misir əyaləti, Osmanlı imperiyası |
Vəfat tarixi | (39 yaşında) |
Vəfat yeri | Helvan sarayı, Qahirə, Misir xidivliyi |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Fəaliyyəti | siyasətçi |
Atası | Kavalalı İsmayıl Paşa |
Anası | Şəfəqnur xanım |
Həyat yoldaşı | Əminə İlhami |
Uşağı | Mehmed Əli Tofiq |
Ailəsi | Kavalalı ailəsi |
Dini | Sünni, İslam |
Vikianbarda əlaqəli mediafayllar |
30 aprel 1852-ci ildə Qahirədə dünyaya gəldi. Atası Misirin ilk xidivi Kavalalı İsmayıl Paşa, anası onun xanımlarından Şəfəqnur xanımdır. Təhsil həyatlarının bir hissəsini xaricdə tamamlayan qardaşlarından fərqli olaraq, Mehmed Tofiq öncə Menyel, daha sonra isə Təchiziyyə mədrəsələrində təhsil aldı. Vəliəhd olaraq böyüdüldüyü üçün ərəbcə ilə yanaşı, türkcə, farsca, fransızca və ingiliscə öyrəndi. Atasının xarici ölkələrə etdiyi səyahətlərdə onu naib olaraq əvəz etdi. 19 yaşında xüsusi məclis rəisi, 1879-cu ildə isə vəzir məclisi rəisi təyin edildi.
Misirin getdikcə artan xarici borclarını ödəyə bilməməsi borcverən ölkələrin Misir maliyyəsini ələ alması ilə nəticələndi. Fransa və İngiltərə borclarının ödənilməməsi səbəbilə Bab-ı Əlidən atası İsmayıl Paşanın vəzifədən azad olunmasını tələb etdi. Sultan Əbdülhəmid Avropa dövlətlərinin təzyiqiylə 26 iyun 1879-cu ildə İsmayıl Paşanı vəzifədən azad etdi və böyük oğlu Tofiq Paşanı xidiv təyin etdi. Ancaq təyin olunan yeni xidivin səlahiyyətlərinin müzakirəsi uzun çəkdi və təyinat fərmanı 7 avqust 1879-cu ildə imzalandı.
Tofiq Paşanın xidivliyi illərində qarşılaşdığı ilk mühüm məsələ, artmaqda olan əcnəbi düşmənçiliyinin cəmiyyətin və bürokratiyanın bir çox təbəqələrini ayağa qaldırması oldu. O, bir tərəfdən onu Misirdə hakimiyyətə gətirən Avropalı güclərin tələblərini yerinə yetirir, digər tərəfdən isə bu gücün Misir maliyyəsi üzərindəki ağalığına qarşı mübarizə aparan yerli müxalif qüvvələri nəzarət altına almağa çalışırdı.
Nəhayət, artan yerli müxalifət ideologiyası orduya sıçradı. Misir hakimiyyətində söz sahibi olan türk və çərkəz qrupların Avropalılara qarşı Misiri yetərincə qoruya bilmədiyinə inanan bəzi ordu mənsubları bu müxalif qrupuna qoşulmağa başladılar. İngiltərə və Fransa təmsilçilərinin Misir maliyyəsindəki məsrəfləri azaltmaq üçün sivil məmur və hərbçilərin sayısını azaltmaq istəməsi müxalifətçilərin gücünü daha da artırdı. 1881-ci ilin yanvarında aralarında Əhməd Urabinin də olduğu 3 polkovnikin çərkəz əsilli hərb naziri Osman Rıfqı Paşa əleyhinə nümayiş əsnasında həbs edilmələri, ardından həmin polkovniklərin idarəsindəki əsgərlərin Hərb nazirliyi binasını mühasirəyə alaraq onları qaçırmaları üsyanın başlanğıc nöqtəsi oldu. Urabi Paşa ayaqlanan birliklərin idarəsini ələ alaraq Abidin sarayına gedərək buradan hökumətə nota göndərdi və hərb nazirinin vəzifədən alınmasını tələb etdi. Tofiq Paşanın bu istəyi qəbul etməsi və müxalifətçilərə yaxın olan Mahmud Sami əl-Barudini hərb naziri təyin etməsi onları daha da cəsarətləndirdi. 8 yanvar 1882-ci ildə İngiltərə və Fransanın Tofiq Paşanı dəstəkləyən açıqlamalar verməsi müxalifətçilərin xidiv üzərindəki təzyiqini daha da artırdı. Məhəmməd Şərif Paşa hökuməti istehfaya getdi və Mahmud Sami əl-Barudi tərəfindən yaradılan yeni hökumət kabinetində Urabi Paşa hərb naziri təyin olundu. Bu təyinatdan sonra Tofiq Paşa İngiltərə və Fransa təmsilçiləriylə Urabi Paşa rəbərliyindəki müxalifətçi qrup arasında çıxılmaz yola girdi. Müxalifətçilərin etdikcə gücləndiyini görən İngiltərə və Fransa 1882-ci ilin mayında ikinci nota göndərərək Mahmud Sami əl-Barudi hökumətinin istehfaya yolladı ancaq Urabi Paşa hərb naziri olmağa davam etdi.
xidiv Tofiq Paşanın idarəni tam olaraq ələ ala bilməməsi ona ümid bağlayan İngiltərə və Fransanın Misirdəki mövqeyini zəiflətdi. Beləcə, Urabi Paşa rəhbərliyindəki müxalif qüvvələrlə bu ölkələr arasında gərginlik artmağa başladı. Nəticədə, 1882-ci ilin mayında hər iki ölkə İsgəndəriyyə limanına döyüş gəmiləri göndərdi. Misir hökuməti ehtiyat tədbir olaraq şəhərdə sığınacaqlar yaratdı. İyun ayında başlayan ayaqlanmalar səbəbilə əcnəbilərin böyük bir qismi şəhərdən qaçdı, bir hissəsi isə limandakı ingilis və fransız gəmilərinə sığındılar. Ardından İngiltərə hökuməti Tofiq Paşanı dəstəklədiyini, ancaq Misir ordusunun İsgəndəriyyədəki müdafiə tədbirlərini aradan qaldırmadığı təqdirdə hərbi əməliyyat keçirəcəyini bildirdi. Urabi Paşanın bu təklifi qəbul etməməsinin ardından İngiltərə bölgəni nəzarət altına alma bəhanəsiylə İsgəndəriyyəni bombaladı. 13 iyulda Misir hökuməti İngiltərəyə müharibə elan etdi. 2 gün sonra Tofiq Paşa, İngiltərəyə sığınaraq Urabi Paşanı vətən xaini elan etdi. Parisdə baş verən hökumət skandalı səbəbilə Fransanın Misirdəki hadisələrdən uzaq durması nəticəsində ingilislər Misirdəki işğal hərəkatını təkbaşına başladılar. 14 sentyabr 1882-ci ildə Urabi Paşanın təslim olmasıyla toqquşmalar dayandı və Tofiq Paşa İngiltərənin himayəsində vəzifəsinə geri döndü. İşğalın ardından milliyyətçilərin öndə gələn simaları sürgünə göndərildi, ordu daxilində “təmizləmə” əməliyyatı aparıldı və Urabi Paşa hərəkatını dəstəkləyən cəzalandırıldı. Tofiq Paşa isə onu vəzifəyə geri qaytaran ingilislərlə dost münasibəti saxlamağa davam etdi. Xüsusilə, 1883-cü ilin oktyabrından vəzifəyə gətirilən və 1907-ci ilədək Misirin “həqiqi” idarəçisi olan Ser İvlin Berinq dönəmində səltənəti və taxt-tacı sadəcə kağız üzərində qaldı.
İngiltərə xidivin ölkədəki hakimiyyətini bərpa etdikdən sonra bölgəni tərk edəcəyini bildirsə də, Sudanda başlayan Məhəmməd Əhməd əl-Mehdi üsyanı və üsyana müdaxilə edən Misir ordusunun 1883-cü ilin noyabrında məğlub olamsının ardından bu planını təxirə saldı. 1885-ci ilin iyununda mühafizəkar partiyanın İngiltərədə hakimiyyətə gəlməsiylə birlikdə Misirin işğalı məsələsini sona çatıdrmaq ideyası müzakirə edilməyə başlandı. Osmanlı hökuməti və İngiltərə arasında həmin ilin oktyabrında imzalanan müqaviləyə görə, ingilislərin Misirdən çəkilməsi üçün lazımi hazırlıqların görülməsi məqsədilə hər iki tərəf bölgəyə fövqəladə təmsilçi təyin etdi. Osmanlı hökuməti tərəfindən bu vəzifəyə həmin ilin noyabrında Qazi Əhməd Muxtar Paşa gətirildi. Ancaq İngiltərə və Osmanlı təmsilçiləri ilə xidiv arasında uyuşmazlıq var idi və bu uyuşmazlıq səbəbilə Tofiq Paşa səltənətinin son illəri olduqca gərgin keçdi.
Tofiq Paşa 7 yanvar 1892-ci ildə Qahirə yaxınlığındakı Helvan sarayında vəfat etdiyi əsnada xidivlik olduqca zəifləmiş, Osmanlı təbəəliyi kağız üzərində qalmış, İngiltərənin bölgədəki hakimiyyəti güclənmişdi. Osmanlı hökuməti tərəfindən yerinə oğlu II Abbas Hilmi Paşa Misir xidivi təyin edildi.
Kavalalı Tofiq Paşa 16 yanvar 1873-cü ildə Əhməd Tosun Paşanın nəslindən olan Əminə İlhami ilə evləndmişdir. Bu nigahdan cütlüyün 5 övladı dünyaya gəlmişdir: