Mir Əbdülbaqi Təbrizi[1] (az.-əski. میر ابدولباقی تبریزی), təxəllüsü Baqi[1] (az.-əski. باقی) — XVI əsrin sonu–XVII əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycan xəttatı.
Əbdülbaqi Təbrizi | |
---|---|
Doğum tarixi | XVI əsr |
Doğum yeri | |
Vəfat tarixi | 1629 |
Vəfat yeri |
|
Fəaliyyəti | xəttat, şair |
Vikianbarda əlaqəli mediafayllar |
Təbriz, Bağdad və İsfahanda fəaliyyət göstərmiş, elm və sənətin müxtəlif sahələrində şöhrət qazandığına görə "danişmənd" (alim) təxəllüsü almışdır. Mir Əbdülbaqi Təbrizi İsfahanda bir sıra məscidin kitabələrini işləmiş (Əli Rza Təbrizi ilə birgə), nəsx, süls və rüqə xətləri ilə "Qəsideyi-bürda" ("Peyğəmbərin əbası haqqında qəsidə", 1588) və s. əsərlərin üzünü köçürmüşdür.[2][3] Şah I Abbasın dövründə yaşamış, Ələddin Təbrizi və Əlirza Təbrizinin tələbəsi olmuşdur. O, 1629-cu ildə vəfat etmişdir.[4][5]