Baqraşgöl (Baqraşqul[2], Bostan, Bosten-Xu, çin. 博斯騰湖) — Çinin şimal - qərbində, Tyan-Şan bölgəsində, Kuruktak silsiləsinin şimal yamaclarında yerləşən göl. Göl Karaşar şəhərinin 14 km-də yerləşir.[3] Korla şəhərindən 57 km, Baqraş vilayətinin ərəzisində yerləşir. Ümumən göl Bayan-Qol-Monqol Muxtar vilayətinin ərazisinə daxidlir. Sahili düz və qumludur. Dekabr-mart aylarında göl buz qatı ilə örtülür[4].
Baqraşgöl | |
---|---|
zh/博斯騰湖 | |
| |
Ümumi məlumatlar | |
Tipi | Çin |
Mütləq hündürlüyü | 1030 m |
Eni | 25 km |
Uzunluğu | 55 km |
Sahəsi | 8 km² |
Həcmi | 7.740.000.000 m³ |
Dərin yeri | 17 m[1] |
Yerləşməsi | |
42°00′00″ şm. e. 87°00′00″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Gölün uzunluğu 55 km, şərqdən qərbə. Eni isə 25 -dir. Ümumi sahəsi 1300 kvadrat kilometrdir[3]. Gölün dəniz səviyysəsindən hündürlüyü 1030 metrdir. Orta dərinlik — 9 metr, maksimum — 16 metr. Həcm — 8 kub kilometrdir. Cənub-qərb istiqamətdə kiçik göllər qrupu yerləşir[3].
Baqraşgöl — Sintzyan Muxtar Mahalınının ən böyük axarlı gölüdür. Gölə şimal-qərbdən Xaydık-Qol çayı tökülür.[5] Bu çay gölən tökülən ən böyük çaydır[6][7]. Xaydık-Qol gölə tökülən suyun 86%-ni təşkil edir. Baqraşgöldən, cənub-qərb istiqamətdən Konçedar çayı öz başlanğıcını götürür. Ümumi su toplayıcı sahə 30 min kvadrat kilometrdir.
Keçmişdə Baqraşgöl şirin sulu olmuşdur. Su axımının azalması və iqlim dəyişikliyinin təsiri ilə ümumi minerallaşmanın səviyyəsi artmışdır. 1975-ci ildə suda duzun miqdarı belə idi: 1 l-də 1,5 qram.[8]
Gölün orta illik temperaturu – 7,9°C, yayda - 22,1°C, qışda – - 22°C. Orta illik yağıntı – 64,7 mm, yayda – 39,5 mm bu illik yağıntının 60%-ni təşkil edir[3]. Buxarlanma əmsalı 1986,1 mm (illik). Şimal-qərb küləklərinin maksimal sürrəti — 24 m/s. Dekabr ayında göl tam donur. Buz qatının maksimal qalınlığı 1 metrdir.
Baqraşgöl balıq ehtiyatı ilə zəngin olmuş. 1970-ci illərin əvvəllərinə kimi göldə əsas balıq ehtiyatı Schizothorax biddulphi и Aspiorhynchus laticeps idi. Bu balıqların sayı azaldıqdan sonra digər balıq növlərinin süni olaraq göldı çoxalmasına start verildi. Son illərə kimi Baqraşgöldə daha çox xanı, qızıl daban, adı çəki, ağ amur, ağ qalınalın və əlvan qalınalın balıqları ovlanmışdır. İndi Baqraşgöl Çinin ən böyük göl balığının istehsalı bazasıdır.
Baqraşgöl qamış istehsalına görə də diqqəti cəlb edir. Hər 30 min hektar ərazidən ildə 300 min ton qamış əldə olunur.[3]
Nikolay Prjevalskinin araşdırmalarına görə Baqraşgöl bir çox xəritələrdə Bostan-nor adlanmış. Kalmıklar isə gölü Tenqiz-nor -dəniz-göl adlandırmış.[5]