Barri Lindon — amerikalı rejissor Stenli Kubrikin filmi. Ekranlara 1975-ci ildə çıxıb.
Barri London | |
---|---|
Barry Lindon | |
Janr | dram |
Əsas mövzu | şiddət[1], azadlıq[1], Maskulanlıq[1], müstəmləkəçilik[1], Opportunizm[2] |
Rejissor | Stenli Kubrik |
Prodüser | |
Əsərin müəllifi | Uilyam M. Tekkerey |
Ssenari müəllifi | Stenli Kubrik |
Baş rollarda |
Rayan Onil Patrik Meqi Mariya Berenson |
Operator | Con Alkot |
İstehsalçı | Warner Bros. |
Distribütor | Warner Bros. |
İlk baxış tarixi | 18 dekabr 1975 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 184 dəq. |
Büdcə | 11.000.000 $[3] |
Gəlir | 20.000.000 $[3] |
Ölkələr |
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }}ABŞ |
Dil | ingiliscə |
Rəng | rəngli |
Çəkiliş yeri | Oksfordşir[d] |
IMDb | ID0072684 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Film irlandiyalı yetim kəndli oğlanın necə zadəgan Barri Lindon olmasından bəhs edir.
Gənc Barri Redmond öz dayısı qızına vurulur, onun zabit nişanlısını qısqanclıqdan duelə çağırıb, yaralalıyır və doğma yerləri tərk etməli olur. Daha sonra orduya qoşulur.
Avropadakı sərgüzəştləri zamanı Barri Yeddillik müharibədə iştirak edir, Prusiya dövlətinin xeyrinə casusluq edir və peşəkar qumarbaz olur. Böyük Britaniyaya qayıtdıqdan sonra o varlı bir gənc dul qadınla evlənir və Lindon soyadını qəbul edir. Arvadı onu sevsə də, oğulluğu ona nifrət edir. Varlı arvadından bir oğlu olur. Bir qəza nəticəsində uşaq ölür. Barri doğma oğlunun ölümünə dözə bilmir — pozğun həyat tərzi sürməyə başlayır, arvadını itirir. Filmin sonunda oğulluğu onu duelə çağırır.
Film bütün bu dövürü valehedici formada nəql etsə də, filmin möhtəşəmliyi və əsas ideyası XVIII əsrin sonu XIX əsrin əvvəlində zadəgan təbəqənin yox olması — ölməsidir.