Barxan pişiyi

Barxan pişiyi, qum pişiyi və ya səhra pişiyi (lat. Felis margarita) — pişik cinsinə aid heyvan növü.

Barxan pişiyi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bədən quruluşu

[redaktə | mənbəni redaktə et]

Qum pişiyi ev pişiyi ilə, demək olar ki, eyni ölçülərə sahibdir. Digər pişik növlərindən əsas fərqləndirici xüsusiyyətlərin biri yetkin qum pişiklərinin üzlərinin bala pişik üzünə bənzəməsidir. Uzun və yumşaq tüklərə sahibdir. Tüklərinin rəngi qəhvəyi rəngdən bozumtul rəngə qədər dəyişir. Bədəninə nisbətən ən uzun qulaqlara sahib pişik növlərindəndir.

Qum pişiyi əsasən gəmiricilər, quşlar, zəhərsiz ilan və kərkəntələ kimi kiçik heyvanlar ilə qidalanır. Sərt iqlimə dözümlü olan qum pişikləri ehtiyacları olan suyun əksəriyyətini ovlarından əldə edir.

Yayılması və yarımnövləri

[redaktə | mənbəni redaktə et]

Barxan pişiyinin Saxara səhrasından (Əlcəzair, Mərakeş, Çad, Niger) başlayaraq Ərəbistan yarımadası, Mərkəzi Asiyaya (Türkmənistan, Qazaxıstan və Pakistan) qədər olan bir zolaqda zayılmışdır.

Rəng çalarlarına görə aşağıdakı yarımnövləri məlumdur:

  • Felis margarita margarita — Saxarada,
  • Felis margarita harrisoni — Ərəbistan yarımadasında,
  • Felis margarita thinobia — Xəzər dənizi sahillərində (İran, Türkməniztan)
  • Felis margarita scheffeli — Pakistanda.
  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]