Batidophaca

Gəvən (lat. Astragalus)[3]paxlakimilər fəsiləsinə aid bitki cinsi.[4]

Gəvən
Elmi təsnifat
Beynəlxalq elmi adı
Astragalus hamosus

Sinonimləri[redaktə | mənbəni redaktə et]

Növləri[redaktə | mənbəni redaktə et]

Bakı gəvəni[redaktə | mənbəni redaktə et]

  • Status. Azərbaycanın nadir endem bitki növüdür.
  • Yayılması. Abşeron yarımadasında, Mərdəkan, Şüvəlan, Buzovna qəsəbələri ətrafında.
  • Bitdiyi yer. Dənizkənarı qumluq sahələrdə.
  • Ehtiyatı. Çox azdır.
  • Çoxalması. Toxumla çoxalır.
  • Ehtiyatının dəyişilmə səbəbləri. Az miqdarda yayılması və antropogen amillər.
  • Becərilməsi. Məlumat yoxdur.
  • Qəbul edilmiş qorunma tədbirləri. Mühafizəsi üçün xüsusi tədbirlər hazırlanmamışdır.
  • Zəruri qorunma tədbirləri. Tam qorumaq, yasaqlıq təşkili və mədəni əkilməsini təmin etmək lazımdır.
  • Məlumat mənbələri. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989

Quba gəvəni[redaktə | mənbəni redaktə et]

  • Status. Azərbaycanın nadir, məhdud endemik növüdür.
  • Yayılması. Quba rayonu Kırız kəndi ətrafında.
  • Bitdiyi yer. Alp çəmənliklərində və cənub yamaclarının otlaqlarında.
  • Ehtiyatı. Çox azdır.
  • Çoxalması. Toxumla çoxalır.
  • Ehtiyatının dəyişilmə səbəbləri. Antropogen amillər və populyasiyasının az olması.
  • Becərilməsi. Məlumat yoxdur.
  • Qəbul edilmiş qorunma tədbirləri. Xüsusi mühafizə tədbirləri hazırlanmamışdır.
  • Zəruri qorunma tədbirləri. Bitdiyi sahəni tam qorumaq, yasaqlıq təşkil etmək lazımdır.
  • Məlumat mənbələri. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989

Naxçıvan gəvəni[redaktə | mənbəni redaktə et]

  • Status. Azərbaycanda məhdud arealda yayılmış endem növdür.
  • Yayılması. Naxçıvan MR –da Şahbuz rayonu, Qarababa, Kolanı və Keçili kəndləri ətrafında yayılmışdır.
  • Bitdiyi yer. Aşağı dağlıq qurşağın quru, daşlı yamaclarında.
  • Ehtiyatı. Çox azdır.
  • Çoxalması. Toxumla çoxalır.
  • Ehtiyatının dəyişilmə səbəbləri. Antropogen amillər və populyasıyasının az olması.
  • Becərilməsi. Məlumat yoxdur.
  • Qəbul edilmiş qorunma tədbirləri. Mühafizə üçün xüsusi tədbirlər hazırlanmamışdır.
  • Zəruri qorunma tədbirləri. Yayıldığı ərazinin tam mühafizəsi, Şahbuz rayonu ərazisində yasaqlıq təşkili.
  • Məlumat mənbələri. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989

Paradoksal gəvəni[redaktə | mənbəni redaktə et]

  • Status. Nadir, məhdud areallı növdür.
  • Yayılması. Azərbaycanda təkcə Naxçıvan MR-da – Babək (Nehrəm kəndi ətrafında), Ordubad (Çananab kəndi) rayonları və Culfa yaxınlığında, *Əlincəçay vadisində məlumdur.
  • Bitdiyi yer. Qumlu səhralarda, çay sahillərində bitir.
  • Ehtiyatı. Çox azdır.
  • Çoxalması. Toxumla çoxalır.
  • Ehtiyatının dəyişilmə səbəbləri. Antropogen amillər və populyasıyasının az olması.
  • Becərilməsi. Məlumat yoxdur.
  • Qəbul edilmiş qorunma tədbirləri. Mühafizə üçün xüsusi tədbirlər hazırlanmamışdır.
  • Zəruri qorunma tədbirləri. Yayıldığı sahənin tam qorunması, ğöstərilən rayonlardan birində yasaqlıq təşkili lazımdır.
  • Məlumat mənbələri. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989

Prilipko gəvəni[redaktə | mənbəni redaktə et]

  • Status. Azərbaycanın məhdud yayılmış endemik növüdür.
  • Yayılması. Naxçıvan MR –də Ordubad rayonu Bilav və Parağa kəndləri ətrafında.
  • Bitdiyi yer. Orta dağlıq qurşağının quru daşlı, çınqıllı yamacları.
  • Ehtiyatı. Çox azdır.
  • Çoxalması. Toxumla çoxalır.
  • Ehtiyatının dəyişilmə səbəbləri. Antropogen amillər və populyasıyasının az olması.
  • Becərilməsi. Məlumat yoxdur.
  • Qəbul edilmiş qorunma tədbirləri. Mühafizə üçün xüsusi tədbirlər hazırlanmamışdır.
  • Zəruri qorunma tədbirləri. Bitdiyi rayonda tam qorunub saxlanılmasını təmin etmək. Ordubad rayonunda yasaqlıq təşkil etmək lazımdır.
  • Məlumat mənbələri. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 335. doi:10.5962/BHL.TITLE.746
  2. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 755.
  3. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  4. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]