Baxış Əhmədov

Baxış Əhməd oğlu Əhmədov (30 yanvar 1874, Balaxanı, Bakı qəzasımay 1929, Bakı) — neft sənayeçisi və maarifpərvər xeyriyyəçi.[1][2]

Baxış Əhmədov
Baxış Əhməd oğlu Əhmədov
Doğum tarixi 30 yanvar 1874(1874-01-30)
Doğum yeri
Vəfat tarixi may 1929 (55 yaşında)
Vəfat yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Fəaliyyəti iş adamı

Balaxanıda özünün təsis etdiyi "Xeyriyyə cəmiyyəti"nin və Kustar Neft Sənayesi Həmkarlar İttifaqının sədri olmuşdur. "Nəşri-maarif" cəmiyyətinin Balaxanıdakı camaat məktəbinin vəkili idi. 1910–1911 illərdə həmin məktəbdə işləyən M. Ə. Sabirlə yaxından dostluq etmiş, yazıları ilə "Günəş" qəzetində onun müdafiəsinə qalxmışdır. 1911-ci ilin fevralında Balaxanıdakı camaat məktəbi nəzdində "Nur" qiraətxanasını açmışdır.[1]

M. Ə. Sabir və Ə. Kamal Balaxanı məktəbinin müəllim və şagirdləri arasında

1918-ci il mart hadisələri zamanı evi daşnaklar tərəfindən dağıtmışdı. Neft quyuları, torpaq sahələri və şəxsi mülkü sovet hökuməti tərəfindən müsadirə edilmişdir (1927). Balaxanıda "Müsavat" partiyasının ilk özəyini yaratdığına görə böyük oğlu Əhməd Əhmədov güllələnmişdir (1928).[1][3]

  1. 1 2 3 ƏHMƏDOV Baxış Əhməd oğlu // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar – Fedin. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. səh. ?.
  2. Багирзаде, Лала. "Нефтемагнат, меценат, просветитель". kaspiy.az (rus). 2023-09-29. İstifadə tarixi: 2024-12-05.
  3. ƏHMƏDOV Əhməd Baxış oğlu // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar – Fedin. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. səh. ?.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]