Bayandur (Tərtər)

BayandurAzərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.

Bayandur
40°24′ şm. e. 47°05′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Tərtər rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Bayandur xəritədə
Bayandur
Bayandur

Bayandur Tərtər rayonunun Səhlaabad inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Yaşayış məntəqəsi Laçın rayonunun keçmış Bayandur kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. 1933-cu ildə Bərdə rayonunun Xoruzlu və Güloğlular inzibati ərazi vahidilərində eyniadlı iki kənd qeydə alınmışdır. Ermənistanda Bayandur, Türkiyədə Baymdur yaşayış məntəqələri vardır[1].

Bayandur kəndi 1920-ci ildə Sovet Rusiyası Azərbaycanı işğal edəndən sonra Laçının Bayandur və Minkənd kəndlərindən köçüb gələn bayandur tayfasından olanlar tərəfindən salınmışdır. Amma bu tayfadan olanlar artıq 1905-ci ildən Tərtərə köçməyə başlamışdılar. 1920-ci ildəki köç zamanı tayfa təmsilçiləri içərisində yaranan bölünmə nəticəsində Tərtər çayının hər iki sahilində yurdlar salınmışdır. Bayandurların bir qismi 1905-ci ildə Tərtərin Xoruzlu kəndindəki qohumlarının yanına köçmüş və bu kəndin yaxınlığındakı İrəvan kəndinin ərazisində yerləşmişlər. Digərləri isə çayın o biri sahilində yerləşirlər. Azərbaycanda sovet hakimiyyətinə qarşı ilk üsyana qalxanlar arasında bu tayfanın təmsilçiləri də olmuşlar. Bayandur adında Təbriz yaxınlığında, Türkiyənin bir neçə ilində və Ermənistanda da yaşayış yerləri olduğu məlumdur.

  1. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.119