Bayat boyu

Bu məqalə Bayat boyu haqqındadır. Bayatın digər istifadələri üçün Bayat səhifəsinə baxın.

Bayat[2] (Boyat[3], Bəyat[4]) tayfası — türk tayfalardan birinin adı olub IX–X əsrlərdə Qayı boyu ilə yanaşı Şimali Qazaxıstan çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır.

Bayat boyu
Bayat damğası Mahmud Kaşğariyə görə Adi yapalağı, Əbulqazi Bahadır xana görə isə Qütb bayquşunu təmsil edir.[1]
Yaşadığı ərazilər
 Azərbaycan
 İran
 Əfqanıstan
 İraq
 Türkiyə
 Türkmənistan
 Suriya
Dili

Azərbaycan türkcəsi, türk, türkmən

Dini

İslam

Mənşəyi
Oğuz (Türk)
Qohum xalqlar

Türk xalqları

Oğuz Xaqan Dastanına görə Oğuz türklərinin 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki yirmi iki Oğuz boyundan doqquzuncudur.[5]

Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşmışdır[6]. Deməli, Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılan, ən kütləvi bir növü də bayatların adını yaşadan bayatılardır[7].

Şah İsmayıl Səfəvi yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb DərbənddəŞabranda yerləşdirmişdir.

Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır.

Bayat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali AzərbaycandaQədim Albaniyada – Arran–Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir.

Türk Muntəhəb-i tavarixi-səlcuqiyyə nin məlumatına görə, Sultan Səncərin oğuz-səlcuq qoşununda bayatlar daim sağ cinahda qayyılarla birgə dururdular, sol cinahda — bayandurlar və peçeneqlər.[8]

  1. [1] Arxivləşdirilib 2022-04-17 at the Wayback Machine A HISTORICAL AND SEMANTICAL STUDY OF TURKMENS AND TURKMEN TRIBES, Bilkent University
  2. Dədə Qorqud kitabı ensiklopedik lüğət. "Öndər nəşriyyat". Bakı-2004. səh. 58.
  3. Rövşən Hüseyinov (Ağahüseynli, Eldar Səfa Şahvələdli. Albaniya-Arran-Şirvan. "Ünsiyyət" nəşriyyatı, Bakı-2008.səh.55.
  4. Dədə Qorqud kitabı ensiklopedik lüğət. "Öndər nəşriyyat". Bakı-2004. səh.60
  5. Atalay, Besim (2006). Divanü Lügati't — Türk. Ankara: Türk Tarih Kurumu Basımevi. ISBN 975-16-0405-2, Cilt I, sayfa 56
  6. Əli Əliyev, "Laçın — Qədim Oğuz yurdu". Bakı-2009. "Avropa nəşriyyatı". səh. 86.
  7. Dədə Qorqud kitabı ensiklopedik lüğət. "Öndər nəşriyyat". Bakı-2004. səh.60.
  8. Мусульманский мир 950–1150. Издательство "Наука" Главная редакция восточной литературы. Москва 1981.Birinci bölmə K.E. Bosfort Barbarların hücumları: Türklərin müsəlman aləmində zühuru səh. 30