Baykal — tünd-qəhvəyi rəngli alkoqolsuz rus içkisi. İçkinin tərkibinə su, təbii müalicəvi bitki ekstraktları, şəkər, limon turşusu, karbon-dioksid daxildir. 1969-cu ildən bəri istehsal edilir. İçki Koka-Kolanın SSRİ-dəki analoqu kimi inkişaf etdirilmişdir.
Baykal | |
---|---|
Növü | Qazlı içki |
İstehsalçı | PepsiCo |
Mənşəsi | |
Yaradıldığı il | 1973 |
Rəngi | tünd-qəhvəyi |
Vikianbarda əlaqəli mediafayllar |
Pepsi-Kolanın SSRİ-də istehsalından (1973) sonra isə resepti yenidən işlənmişdir. 1973-cü ildə hazırda mövcud olmayan "OST-Aqua" şirkəti tərəfindən orijinal resepti hazırlanmışdır.
1990-cı illərdə Moskvada "Baykal" içkisini tapmaq qeyri-mümkün idi.
2009-cu ildə ömrünün iyirmi ilini Moskvada keçirən bir alman fotoqraf Almaniyada bu içkini yenidən istehsal etməyə başladı. Bu zaman onun forması və adı dəyişdirildi. İçki "Vostok" adlandırıldı.