Limon turşusu (2-hidroksi-1,2,3-propantrikarbon turşusu, 3-hidroksi-3-karboksipentandiol) (C6H8O7) — ağ rəngli kristal maddədir; el arasında "lumu duzu" və ya "limon duzu" kimi da tanınır [1] Arxivləşdirilib 2016-04-09 at the Wayback Machine.
Limon turşusu | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C6H8O7 |
Molyar kütlə | 192,1 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,665 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 153 °S |
Parçalanma temperaturu | 175 °S |
Kimyəvi xassələri | |
Turşunun dissosasiya sabiti | 3,14[1] |
Suda həllolma | 133 q/100 ml |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 77-92-9 |
PubChem | 311, 19782904, 88113319 |
RTECS | GE7350000 |
ChEBI | 30769 |
BMT nömrəsi | 1789 |
ChemSpider | 305 |
Ərimə temperaturu 153 °S-dir. Suda yaxşı həll olur. Etil spirtində həll olur. Dietil spirtində az həll olur. Üçəsaslı zəif turşudur. Limonturşusunun duzları və efirləri sitratlar adlanır.
Limon turşusu limon və ya yabanı nar şirəsindən, eləcə də tənbəki yarpaqlaından, şəkər məhlulunu xüsusi göbələklərlə qıcqırtmaqla alınır. Qeyd edək ki, tütündə 7-8%, yabanı narda 9%, limonda isə 10%-ə qədər limon turşusu olur. Limon turşusunun limon və nar şirəsindən alınması çox mürəkkəb prosesidir. Bu zaman əvvəlcə təmiz və şəffaf şirə alınır. Bu məqsədlə yabanı nardan istifadə etmək məsləhətdir. Yabanı nar şirəsindən limon turşusu almaq üçün onu əhənglə qarışdırıb limon turşusunun kalsium duznu əldə edir, üzərinə sulfat turşusu əlavə etməklə sərbəst limon turşusu alırlar. Əmələ gələn kalsium-sulfat çökür və məhlul filtrdən keçirilərək təmizlənir. Məhlulun tərkibində 10%-dən 15%-ə kimi limon turşusu olur. Məhlul ehmalca buxarlandırılır və limon turşusunun konsentrasiyası artır. Məhlul soyudulur və limon turşusu kristallaşdırılır. Alınmış kristalları ağır metallardan və boya maddələrindən təmizləmək üçün onu hidrogen-sulfid, əhəng suyu və aktivləşdirilmiş kömürlə təmizləyirlər.
Kristallaşdırılma üsulundan asılı olaraq yeyinti məqsədləri üçün istifadə olunan limon turşusu xırda və ya iri kristallar şəklində olur. Limon turşusu suda və spirtdə yaxşı həll olur. Xoş turş malikdir, ağızın selikli qişasını qıcıqlandırmır. Şirniyyat məmulatlarının, kompotların və digər yeyinti məhsullarının hazırlanmasında və kulinariyada istifadə olunur. Texniki və tibbi məqsədlər üçün də tətbiq edilir.
Pərakəndə satış üçün limon turşusu 10-20 q kütlədə kağız (karton) qutucuqlarda qablaşdırılır. Yeyinti sənayesində, sipirtsiz içkilərin, kompot və mürəbbələrin istehsalında, eləcədə kulinariyada daha çox istifadə edilir.