Bayram Yusifov

Bayram Məmməd oğlu Yusifov (26 fevral 1963, Təzəkənd, Marneuli rayonu) — Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, iş adamı.

Bayram Yusifov
Bayram Məmməd oğlu Yusifov
Doğum tarixi 26 fevral 1963(1963-02-26) (60 yaş)
Doğum yeri
Vətəndaşlığı
Atası Yusifov Məmməd
Milliyyəti azərbaycanlı
İxtisası Mühəndis-mexanik, hüquqşünas
Təhsili
Fəaliyyəti Azərbaycan Ağsaqqallar Şurası
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Bayram Yusifov 1963-cü il fevral ayının 26-da Gürcüstan Respublikasında Borçalı bölgəsinin Marneuli rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1979-cu ildə orta məktəbi başa vurduqdan sonra 16 yaşında Bakıya gələrək, Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) qəbul olan Bayram Yusifov 1984-cü ildə 21 yaşında həmin institutun mexanika fakültəsini mühəndis-mexanik ixtisası üzrə bitirmiş, "Azərelektroterm" İstehsalat Birliyində (1984–1987) gənc mühəndis-texnoloq, mühəndis-konstruktor kimi əmək fəaliyyətinə başlamışdır. 1987–1991-ci illərdə "Azərneftkimyazavodtəmir" trestində mühəndis mexanik, sonra Azərbaycan Respublikası Dövlət Təchizat Komitəsində (1991–1995) kommersiya şöbəsinin rəis müavini, daha sonra isə həmin komitədə kommersiya şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində ikinci ali təhsil alaraq, hüquqşünas ixtisasına yiyələnmişdir. Bayram Yusifov 1994-cü ildə "Gəncəli" İstehsalat Kommersiya şirkətini[1] təsis etmişdir və bu günə qədər də həmin şirkətə rəhbərlik edir. 2009-cu ildən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinidir[2].

İctimai fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Bayram Yusifov uzun illərdən bəri Azərbaycan Ağsaqqallar Şurası ilə yaxından əməkdaşlıq etmiş, təşkilatın üzvləri ilə birlikdə bir çox səmərəli işlər həyata keçirmişdir. Onun bu fəaliyyəti respublika ağsaqqallarının daim diqqət mərkəzində olmuş və yüksək qiymətləndirilmişdir. Belə ki, Bayram Yusifov Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) 2009, 2013, 2018 və 2020-ci illərdə keçirilən V, VI, VII və VIII qurultaylarında AAŞ-ın sədr müavini seçilmişdir. Hal-hazırda Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyevin rəhbərliyi altında bu təşkilatın Azərbaycan xalqının milli mənafeyinə xidmət edən fəaliyyətinin daha da intensivləşməsində və ictimai-siyasi proseslərdə yaxından iştirak edir, cəmiyyətin, xüsusilə də gənc nəslin tərbiyəsində, onların vətənpərvərlik ruhunda yetişməsində ölkə ağsaqqalları ilə birgə fəaliyyət göstərir.[2]

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Bayram Yusifovu Azərbaycan cəmiyyətində tanıdan başqa özəllikləri, keyfiyyətləri də var. O, ədəbiyyatın, poeziyanın, milli musiqinin, bütövlükdə incəsənətmədəniyyətin gözəl bilicisi və vurğunudur, incə ruhlu yaradıcı insandır. Onun şeirlərinin mövzu dairəsi rəngarəng və genişdir: Vətən, torpaq sevgisi, ana məhəbbəti, böyüyə hörmət, alın yazısı, ləyaqət və dəyanət və s. Bayram Yusifovun bəzi şeirlərinə mahnılar da bəstələnmişdir ki, onlardan tanınmış müğənni Yaqub Zurufçunun ifa etdiyi "Ana" nəğməsini göstərmək olar. Bu bəstənin sözləri Bayram Yusifovun müqəddəs varlığa həsr olunan "Qurbanam Ana" adli həzin şeirindən götürülmüşdür.[2] Azərbaycanın 44 günlük Vətən müharibəsində dillərdən düşməyən və bu gün də sevilən mahnılardan olan, müğənni Abbas Bağırovun ifa etdiyi "Zəfər Marşı"nın sözləri də Bayram Yusifovun müzəffər Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həsr olunan "Ali Baş Komandanım" adli şeirindən götürülmüşdür.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, dörd övladı var.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Gəncəli" İstehsalat Kommersiya Şirkəti". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-30.
  2. 1 2 3 4 "Bayram Yusifov". 2019-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-31.