Azərbaycan Ağsaqqallar Şurası — 1989-cu ildə İmam Mustafayev tərəfindən təsis olunmuş təşkilat.
Azərbaycan Ağsaqqallar Şurası | |
---|---|
Azərbaycan Ağsaqqalları Şurası | |
Şüar | "Ağsaqqal milli mənəvi dəyərlərimizin qızıl fondudur" Heydər Əliyev |
Yaranma tarixi | 1989 |
Qeydiyyat tarixi | 1990 |
Rəsmi dili | Azərbaycan dili |
Mərkəzi | Bakı |
Yarandığı yer | Bakı, Azərbaycan |
Qurucusu | İmam Mustafayev |
Sədr | Eldar Quliyev |
agsaqqallarsurasi.az |
1989-cu ildə Azərbaycan SSR Kommunist Partiyası MK-nin birinci katibi İmam Mustafayev tərəfindən təsis olunub.[1] 1990-cı ildə dövlət qeydiyyatından keçərək rəsmi fəaliyyətə başlayıb. 1998-ci ildə İmam Mustafayevin vəfatından sonra akademik Budaq Budaqov 1998–2012-ci illərdə sədrlik edib. 2012–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini,Fəttah Heydərov rəhbərlik edib.[2] 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı — "Azərittifaq"ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru professor Eldar Quliyev keçirilən qurultayda sədr seçilib.[3]
Azərbaycan Ağsaqqallar Şurası ilə "Türk Dünyası Ağsaqqalları" qəzetinin birgə təbdirlər keçiriblər.