Flaqştok və ya bayraq dirəyi — bayrağın (flaqın) bərkidilməsi, qaldırılması üçün metal, taxta və ya plastikdən hazırlanmış şaquli dayaqdır.
Bəzən bayrağın daha rahat qaldırılması üçün Flaqştok xüsusi mexanizm ilə təchiz edilir. O halda bayraq ipə birləşdirilir və həmin mexanizmi hərəkətə gətirməklə flaqştokun başına - ən hündür nöqtəsinə qaldırılır.
23 sentyabr 2014-cü il tarixindən dünyada ən hündür flaqştok Səudiyyə Ərəbistanında, Ciddə şəhərində olan bayraq dirəyi sayılır [1]. Bu dirəyin hündürlüyü 171 m-dir (561 fut). Həmin flaqştok Ginnes rekordlar kitabına qeyd edilib.[2].
Hündürlüyünə görə 2-ci yer - Tacikistanın Düşənbə şəhərində qurulmuş, hündürlüyü 165 м (və ya 541 fut) olan flaqştoka məxsusdur [3] . Həmin flaqştokun inşası 2010-cu ildə Tacikistan milli bayraq gününü qeyd etdiyi gün - 24 noyabrda başlayıb, rəsmi açılışı 2011-ci ildə 30 avqustda olub və Tacikistan Respublikasının müstəqilliyinin 20-illiyinə (9 sentyabrda qeyd olunan) həsr olunub.
Həmin tarixə qədər dünyanın rekordçu flaqştoku Azərbaycanda Bakı şəhərində olan flaqştok sayılıb [4]. Hazırda öz hündürlüyünə (162 м, və ya 532 fut) görə dünyada 3-cü yeri tutan bu flaqştok 2010-cu ildə tikilib hazır olmuşdur . 1 sentyabr 2010-cu ildə Bakı buxtasının cənub-şərqində Bayraq meydanının açılışı oldu. Meydan üçün seçilmiş yer Dövlət bayrağını şəhərin hər yerindən görməyə imkan verir.
Azərbaycanın Dövlət bayrağı hələ 9 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası - ADR hökuməti (1918-1920-ci illər) tərəfindən qəbul edilmişdi (1991-ci ildən yenidən müstəqil Azərbaycanın dövlət bayrağıdır), həmin tarixi hadisədən 90 il sonra ölkədə 9 noyabr - Dövlət Bayrağı günü elan edildi.
2010-cu ilə qədər isə dünyanın ən hündür flaqştoku Türkmənistanın Baş Bayrağı olub (hündürlüyü 133 m).[5].
Hazırda öz hündürlüyünə gğrə dünyada 4-cü yeri Şimali Koreyada Kicn-don kəndində olan flaqştok (hündürlüyü 160 m, 520 fut) tutur. Bu flaqştok əslində başəna bayraq taxılmış radioqüllədir. Rusiyada Bir neçə Flaqştok vardır ki, onlardan ən yüksəyi Ostankino teleqülləsidir.
Birləşmiş Krallıqda olan ən yüksək bayraq dirəyi 1959-cu ildən 2013-cü ilədək en:Kew Gardensdə olub, həmin bayraq dirəyi Kanadanın Douglas-fir ağacından hazırlanmış və hündürlüyü 68.5 m (225 fut) olmuşdur [6]. Hazırda Amerika Birləşmiş Ştatlarında ən yüksəkdə olan bayraq 400 fut (120 m) hündürlüyə malik flaqştokun başında yellənir. Bu flaqştok 2014-cü ildə hazırlanıb, Viskonsiya ştatında Şeboyqan şəhərində yerləşir. Bu flaqştok yüngül küləkli havada 220 funt ağırlığında, güclü külək şəraitində isə 350 funt ağırlığında bayrağı yellədə bilir [7].
Dünyanın ən hündür-rekordçu flaqştokları Trident Support (ABŞ) kompaniyası tərəfindən quraşdırılıb. Düşənbə (Tacikistan) şəhərində qurulmuş 541 fut hündürlüyündə flaqştok, Bakı (Azərbaycan) şəhərində olan flaqştok - hündürlüyü 532 fut; Aşqabad (Türkmənistan) - 436 fut; Aqaba (İordaniya) - 433 fut; Amman (İordaniya) - 417 fut; və Əbu-Dabi (BƏƏ) - 404 fut flaqştokları Trident Support kompaniyasının məhsuludur [8]. Afrikada (Anqola və Cənubi Afrika) və Hindistanda olan ən yüksək bayraq dirəkləri də Trident şirkəti tərəfindən quraşdırılıb.
Adı / Yeri | Şəhər | Ölkə | Hündürlük (m) | İl | Bayrağın sahəsi (m²) | Bayrağın eni (m) | Bayrağın uzunluğu (m) | Bayrağın çəkisi (kq) | Şəkli |
---|---|---|---|---|---|---|---|---|---|
İki ibadətgahın keşikçisi Meydanı | Ciddə | Səudiyyə Ərabistanı | 170 | 2014[2] | 1633,5 | 33 | 49,5 | 570[9] | |
Dövlət Bayraq Meydanı | Düşənbə | Tacikistan | 165 | 2011[10][11] | 1800 | 30 | 60 | 420 | |
Dövlət Bayraq Meydanı | Bakı | Azərbaycan | 162 | 2010 | 2450 | 35 | 70 | 350[12][13][14] | |
Kicn-don | Koreya Xalq-Demokratik Respublikası | 160 | 1980-е | 270 | |||||
Türkmənistanın əsas bayrağı | Aşqabad | Türkmənistan | 133[12] | 2008 | 1837,5 | 35 | 52,5 | 420[15] | |
Aqaba Flaqştoku | Aqaba | İordaniya | 130 | 2004 | 1800 | 30 | 60 | ||
Pahadan | Əmman | İordaniya | 126,8 | 2003 | 1800 | 30 | 60 | ||
Əbu-Dabi | BƏƏ | 122 | 2001[16] | 800 | 20 | 40 | |||
Dövlət Simvolları Meydanı | Astana | Qazaxıstan | 111[17] | 2009[18] | 450 | 15 | 30 | ||
Türkmənistanın Dövlət Bayrağı | Avaza | Türkmənistan | 100 | 2013[19] | 600 | 20 | 30 | ||
Daeseong-dong | Cənubi Koreya | 98,4 | 1980-е[20] | 130 | |||||
Mərdəka | Kuala-Lumpur | Malayziya | 95 | 1989[21] | |||||
Qırğızıstanın Dğvlət Bayrağı | Boz-Boltok dağı | Qırğızıstan | 75 | 2012 | 337,5 | 15 | 22,5 | 50 | |
Dövlət Bayraq Meydanı Belarus | Minsk | Belarus | 70 | 2013[22] | 98 | 7 | 14 | 25 | |
Pardauqava Damba Latviya | Riqa | Latviya | 60 | 2017[23] | ~128 | ~8 | ~16 | ||
Volqoqrad Mərkəzi Sahil | Volqoqrad | Rusiya | 50 [24] | 2017[25] | |||||
Oktyabrın 60 illiyi meydanında Park, Bolşaya Qluşisa kəndi, Samara | Bolşaya Qluşisa kəndi, Samara vilayəti | Rusiya | 35[26][27][28] | 2017[29] | 30 | 3 | 10 |