Bazarlıq təşvişi — fövqəladə hal baş verdikdə və ya baş verməsi gözlənildikdə; və ya yüksək qiymət artımı və ya defisit əvvəlcədən hiss edildikdə istehlakçıların eyni bir məhsulu tələbatdan artıq sayda, çox miqdarda alması.
Bazar çaxnaşması sürü psixologiyasının bir növüdür.[1] "Moda, keçici həvəs, səhm bazarında atılan addımlar, istehlak mallarının əldə edilməsi, alış-veriş xəstəliyi, məhsul ehtiyatlarının toplanması və bank çaxnaşması kimi kollektiv hərəkətlər"i araşdıran iqtisadi tədqiqatların geniş bir sahəsi olan istehlakçı davranışı nəzəriyyəsində maraq kəsb edən sahələrdən biridir.[2]
Bazar çaxnaşması qıtlıq riskinin real olub-olmamasından asılı olmayaraq əsl qıtlıqla nəticələnə bilər; axırıncı ssenari gözlənti effektinə nümunədir.[3]
2003-cü ilin yanvar-fevral aylarında SARS infeksiyasının yayıldığı dövrdə Çinin Quandun əyalətində və qonşu Haynan və Honkonqda duz, düyü, sirkə, bitki yağı, antibiotiklər, maska və Çin xalq təbabəti vasitələri kimi bir sıra məhsulların alışında çaxnaşma baş vermişdi.[10]
2000 və 2005-ci illərdə Böyük Britaniyada dizel yanacağı ilə bağlı etiraz aksiyaları keçirilmişdir.[11][12]
2005-ci ildə Cilin kimya zavodunda partlayışlar — su, ərzaq[13]
2008–13-cü illərdə Amerika Birləşmiş Ştatlarında sursat çatışmazlığı — prezident Barak Obamanın hakimiyyəti dövründə mülki silahlanma ilə bağlı qanunların sərtləşməsindən qorxan silah sahiblərinin çaxnaşması silah-sursat çatışmazlığının səbəblərindən biri idi.[14][15]
2013-cü ilin sentyabrında Venesuela iqtisadi böhranı dövründə Venesuela hökuməti aylarla tükənən tualet kağızı kimi əsas istehlak mallarının, o cümlədən düyü və yağ kimi ərzaq məhsullarının qıtlığının qarşısını almaq məqsədilə tualet kağızının "istehsalını, satışını və yayılmasını" idarə etmək üçün tualet kağızı istehsalı ilə məşğul olan Araqua Kağız İstehsalat Şirkətini müvəqqəti olaraq satın aldı. Qıtlığın səbəbi kimi hökumətin "əsas mallara qiymət nəzarəti və xarici valyutaya sərt məhdudiyyətlər" kimi düşünülməmiş siyasəti qeyd edildi.[16]
2013-cü il Venesuela bələdiyyə seçkilərindən əvvəl dəstəyin azalması fonunda, Venesuela prezidenti Nikolas Maduro 8 noyabr 2013-cü ildə "Rəflərdə heç bir şey buraxmayın!" deyərək mağazaların hərbi işğalını elan etdi.[17] Endirimli qiymətlərin elan edilməsi Venesuelanın bir çox şəhərində talançılığa səbəb oldu.[18] Dakazonun sonunda bir çox Venesuela mağazaları bomboş qaldı.[17] Bir il sonra, 2014-cü ilin noyabrında, bəzi mağazalar hələ də Dakazonun ardınca boş qalmaqda davam edirdi.[17]
↑Bruce Jones & David Steven, The New Politics of Strategic Resources: Energy and Food Security Challenges in the 21st Century (eds. David Steven, Emily O'Brien & Bruce D. Jone: Brookings Institution Press, 2015), p. 12.
↑Mamdouch G. Salameh, "Oil Crises, Historical Perspective" in Concise Encyclopedia of the History of Energy (ed. Cutler J. Cleveland: Elsevier, 2009), p. 196.
↑Huiling Ding, Rhetoric of a Global Epidemic: Transcultural Communication about SARS (Southern Illinois University Press, 2014), pp. 70, 72, 83, 103, 111.